Məhkəmə qərarları › İş №e-2-2(113)-1968/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1968/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1968/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “Weir Solutions FZE” şirkətinin Cavabdeh MMC-yə qarşı (“Veir Sos Limited” şirkəti Azərbaycan Respublikasındakı Nümayəndəliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Weir Solutions FZE” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 07-16 nömrəli, xx.xx.2016-cı il tarixli, 06/17 nömrəli xx.xx.2017-ci il tarixli və 12/17 nömrəli xx.xx.2017-ci il tarixli alış sifarişləri üzrə ödənilməmiş 217.916,40 manat qalıq borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, (“Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) ilə Cavabdeh MMC arasında bağlanmış bir sıra alış sifarişlərinə əsasən Cavabdeh MMC tərəfindən müxtəlif malların alınmasına və işlərin görülməsinə dair sifarişlərin verilməsi və həmin sifarişlər əsasında (“Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) tərəfindən malların çatdırılması və işlərin görülməsi və Cavabdeh MMC tərəfindən bunlar üçün vaxtaşırı ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Malların çatdırılması və işlərin görülməsi faktiki olaraq, (“Veir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (ləğv prosesindədir) tərəfindən həyata keçirilmişdir. Ümumiyyətlə, bu günə qədər cavabdeh tərəfindən cəmi 7 alış-sifarişləri verilmişdir və sifarişlər (“Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) tam yerinə yetirilmişdir. Cavabdeh tərəfindən alınan malların və görülən işlərin bir hissəsi üçün vaxtaşırı ödənişlər edilsə də, təəsüflər olsun ki, bir müddət sonra bu ödənişlər cavabdeh tərəfindən tamamilə dayandırıldı və bu günə qədər 4 invoys üzrə ödənilməmiş borc mövcuddur. Cavabdeh MMC-nin bu günə olan borcu 217 916,40 manat təşkil edir. Onu da qeyd edir ki, yuxarıda qeyd olunmuş məbləğlər üzrə təqdim edilən elekton vergi hesab fakturalar cavabdeh tərəfindən sistem üzərindən qəbul olunmuşdur və bu bir daha onu sübut edir ki, cavabdeh öhdəliyi qəbul edir lakin faktiki olaraq icra etmir.(“Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) və “Veir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (ləğv prosesindədir) və həmçinin “Weir Solutions FZE” şirkəti (Dubay şəhəri, BƏƏ) və “Veir Solutions FZE” şirkətinin Azərbaycan Respublikasındakı filialı hamısı birlikdə İngiltərənin “X5 PLC” Şirkətlər Qrupuna daxildir. Belə ki, cari ilin fevral ayının əvvəlində “Veir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (ləğv prosesindədir) ləğv olunması barədə qərar qəbul olunmuşdur. İlkin olaraq, cavabdehdən borcun “Weir Sos Limited” şirkətinin xeyrinə tutulması məqsədi ilə bütün məhkəmə işlərində iştirak və təmsilçilik “Veir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (ləğv prosesindədir) tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Lakin ləğv barədə qərar qəbul olunduğunu, məhkəmə çəkişməsinin ləğv prosesindən daha uzun müddətə uzanacağını və sair məsələləri nəzərə alaraq, “Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) tərəfindən borcun cavabdehdən tələb etmə hüququ “Weir Solutions FZE” şirkətinə (Dubay şəhəri, BƏƏ) ötürülmüşdür və bu barədə tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə birbaşa olaraq müvafiq “Hüquqların Ötürülməsi Haqqında Saziş” imzalanmışdır. Ödənilməmiş qalıq borcun ödənilməsinə dair iddiaçı tərəfindən cavabdehin ünvanına çoxsaylı müraciətlərin olunmasına, keçirilən görüşlərə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin ünvanına iddiaçı tərəfindən rəsmi pretenziya məktubu göndərilmişdir və həmin məktub cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Pretenziya məktubundə qeyd olunmuş müddət ərzində borcun ödənilməsinin həyata keçirilməsi tələb edilsə də, cavabdeh tərəfindən bu günə qədər heç bir ödəniş edilməmişdir. Cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi borc məbləği tərəflər arasında bağlanmış 07-16 nömrəli xx.xx.2016-cı il tarixli, 06/17 nömrəli xx.xx.2017-ci il tarixli və 12/17 nömrəli xx.xx.2017-ci il tarixli əqdlər əsasında yaranmışdır. Sözügedən əqdlərin üzərindən 3 ildən artıq müddət keçmişdir və bu müddət ərzində tələbkar bununla bağlı qanunla müəyyən olunmuş qaydada tələb irəli sürməmişdir, borcun ödənilməsi riski tələbkarın üzərində qalır. Eyni zamanda Z.Niftəliyev bildirmişdir ki, iddiaçıya ilə razılaşmaya əsasən iddiaçıya mübahisəli invoyslar üzrə 40% endirim edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi əsassızdır. xx.xx.2020-ci il tarixdə “Veir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: xx.xx.2016-cı il tarixli 07-16 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə cəmi 381.045,60 manat dəyərində mallara dair sifariş verilmişdir. Həmin sifariş aktına əsasən “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə 151.110,00 manat (ƏDV daxil 178.309,80) dəyərində mallar təqdim etmiş və həmin malların təqdim edilməsinə dair xx.xx.2017-ci il tarixli ********* saylı invoys və xx.xx.2017-ci il tarixli, HN seriyalı, 779689 saylı elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. xx.xx.2017-ci il tarixli 06/17 R-1 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış cəmi 14.042,00 manat məbləğində mallar sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə 14.042,00 manat dəyərində mal təqdim etmiş, həmin malların təqdim edilməsinə dair xx.xx.2017-ci il tarixli ********* saylı invoys və invoys əsasında isə xx.xx.2017-ci il tarixli, HO seriyalı, 212550 saylı elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. xx.xx.2017-ci il tarixli 12/17 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış cəmi 13849,66,00 manat məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə ƏDV daxil 13849,66,00 dəyərində mal təqdim etmiş, həmin malların təqdim edilməsinə dair xx.xx.2017-ci il tarixli ********* saylı invoys və həmin invoys əsasında xx.xx.2017-ci il tarixli, HO seriyalı, 843912 saylı elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. xx.xx.2017-ci il tarixli 12/17 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış ƏDV daxil cəmi 125.279,89 manat məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə ƏDV daxil 125.279,89 manat dəyərində mallar təqdim etmiş, həmin malların təqdim edilməsinə dair xx.xx.2017-ci il tarixli ********* saylı invoys və həmin invoys əsasında HP seriyalı, 728235 saylı elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. ƏDV sub-uçot hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC xx.xx.2017-ci il tarixdə HO 212550 saylı EVF-ya əsasən 2.142,00 manat məbləğində ödəniş etmişdir. ƏDV sub-uçot hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC xx.xx.2017-ci il tarixdə HO 843912 saylı EVF-ya əsasən 2.112,66 manat məbləğində ödəniş etmişdir. ƏDV sub-uçot hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC xx.xx.2017-ci il tarixdə HN 779689 saylı EVF-ya əsasən 27.199,80 manat məbləğində ödəniş etmişdir. ƏDV sub-uçot hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC xx.xx.2017-ci il tarixdə HP 728235 saylı VHF-ya əsasən 19.110,49 manat məbləğində ödəniş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Weir SOS Limited şirkəti (hüquq və vəzifələri ötürən) və “Weir Solutions FZE” şirkəti (ötürülən hüquq və vəzifələri qəbul edən) arasında bağlanmış hüquq və vəzifələrin ötürülməsi haqqında müqaviləyə əsasən Weir SOS Limited şirkəti tərəfindən 60007859, 60007970, 60008063 və 60008203 saylı invoyslar üzrə cəmi 217.916,40 manat məbləğində borcun ödənilməsini Cavabdeh MMC-dən tələb etmə hüququ “Weir Solutions FZE” şirkətinə güzəşt edilmişdir. “Weir Solutions FZE” şirkətipretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, 217.916,40 manat məbləğində borcun məktubu rəsmi qaydada aldığı andan 10 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə “Weir SOS Limited” şirkəti arasında şifahi alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələrə əsasən “Weir SOS Limited” şirkətiCavabdeh MMC-nin ünvanladığı sifariş aktlarına əsasən malları təqdim etməyi, Cavabdeh MMC isə sifariş edilmiş malların razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “Weir SOS Limited” şirkəti sifariş edilmiş malları alıcıya təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda Cavabdeh MMC 4 invoys - 60007859, 60007970, 60008063 və 60008203 saylı invoyslar əsasında təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla müqavilə öhdəliklərini pozmuş, nəticədə onun 4 invoys əsasında 217.916,40 manat məbləğində borcu yaranmışdır. “Weir SOS Limited” şirkəti (hüquq və vəzifələri ötürən) və “Weir Solutions FZE” şirkəti (ötürülən hüquq və vəzifələri qəbul edən) arasında bağlanmış hüquq və vəzifələrin ötürülməsi haqqındaxx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən “Weir SOS Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı 217.916,40 manat məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Weir Solutions FZE” şirkətinə güzəşt edilmişdir. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredtorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 193.1-ci maddəsinə görə güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 194.1-ci maddəsinə görə maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəskinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin “Weir SOS Limited” şirkətinə 217.916,40 manat məbləğində borcunun olduğunu, eləcə də həmin borc üzrə tələb hüququnun iddiaçı “Weir Solutions FZE” şirkətinə güzəşt edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı “Weir Solutions FZE” şirkəti həmin borcun tutulmasını Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, cavabdeh Cavabdeh MMC tərəfindən tələbin ilkin sahibi Weir SOS Limited” şirkətinə 60007859, 60007970, 60008063 saylı invoyslar üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə, 60008203 saylı invoys üzrə isə xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Belə olan halda isə yuxarıda göstərilən üç invoys üzrə iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən, 60008203 saylı invoys üzrə isə xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Belə olan halda isə hazırkı iddianın xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edildiyini nəzərə alsaq 60008203 saylı invoys üzrə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddətinin buraxılmaması açıq-aşkardır. Digər üç invoys üzrə iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, həmin invoyslar üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin sonuncu günü xx.xx.2020-ci il tarixinə - qeyri-iş gününə təsadüf etmiş, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi isə həmin tarixdən sonrakı iş günündə - xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş, yəni həmin tələblər üzrə də iddia müddəti iddiaçı tərəfindən buraxılmamışdır. Belə ki, Mülki Məcəllənin: 369.1-ci maddəsinə görə illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. 370.2-ci maddəsinə görə əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 217.916,4 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Weir Solutions FZE” şirkətinə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 217.916,4 (iki yüz on yeddi min doqquz yüz on altı manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Weir Solutions FZE” şirkətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar