Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1978/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10069,04 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeharasında Baki şəhərində bağlanılmış 17 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh ümumi dəyəri 13896,04 dollar məbləğində gübrə və pestisid verib. Lakin Cavabdeh tərəfindən bu günədək satılmış malın dəyərindən yalnız 3827 dollar ödənilmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə alqı-satqı müqavilə öhdəliklərini könüllü yerinə yetirilməsindən yayınmışlar. Aramızda bağlanmış 17 iyul 2020-cu il tarixli üzləşmə aktı ilə Cavabdeh tərəfindənsifariş olunan malın dəyərini sifariş təsdiq edildikdən sonra ödənişi həyata keçirməli idi. Lakin göründüyü kimi alqı-satqı edildikdən sonra müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehə 13896,04 ABŞ dollar məbləğində mal satılmış, lakin həmin borcdan Cavabdeh tərəfindən 3827 ABŞ dollar qaytarılmış, lakin 10069,04 ABŞ dolları məbləğində vəsaitin qaytarılmadığını nəzərə alaraq iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 17 iyul 2020-ci il tarixli 01 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin sürətindən görünür ki, müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh gübrə və pestisid satır, Cavabdeh isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini İddiaçı MMC-yə ödəyir. 17 iyul 2020-ci il tarixli üzləşmə aktın sürətindən görünür ki, Cavabdeh İddiaçı MMCdən mal almış və hesabat üzrə həmin tarixə 13896,04 ABŞ dolları məbləğində borcu vardır. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İV.Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh 13896,04 ABŞ dolları məbləğində alınan mallara görə borcdan 3827 ABŞ dollarını ödəsə də, 10069,04 ABŞ dolları məbləğində borcu ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir, belə ki, iş materiallarına əlavə edilmiş müqavilə və üzləşmə aktına əsasən iddiaçı cavabdehə 13896,04 ABŞ dolları məbləğində mal satmış, iddiaçı isə həmin borcdan 3827 ABŞ dolları məbləğində vəsaitin ödənildiyini etiraf etdiyinə görə cavabdehin ödənilməmiş 10069,04 ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10069,04 ABŞ dollarıv ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10069,04 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1978/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1978/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver