Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1979/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “ATS FEED" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 520350,0 (beş yüz iyirmi min üç yüz əlli) manat həcmində borcun, 156105,0 (bir yüz əlli altı min bir yüz beş) manat həcmində dəbbə pulunun, 970,0 (doqquz yüz yetmiş) manat həcmində ödənilmiş dövlət rüsumunun və 1000,0 (bir min) manat həcmində ödənilmiş hüquqi yardımla əlaqədar xidmət haqqı məbləği olmaqla, ümumilikdə 678425,0 (altı yüz yetmiş səkkiz min dörd yüz iyirmi beş) manat pulun tutularaq, İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (MMC) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Müqaviləyə əsasən tərəflər arasında müxtəlif malmaterialların alqı-satqısı əməliyyatları həyata keçirilmişdir. İddiaçı tərəfindən satılan bütün məhsulların satışı təhvil-təslim aktı əsasında və elektron qaimə-faktura əsasında həyata keçirilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında tərtib olunan xx.xx.2024-cü il tarixli 1678 saylı "Üzləşmə aktı"na əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş mal-materiallarla bağlı cavabdehin, ümumilikdə 520350 manat iddiaçıya borcu yaranmışdır. Lakin, cavabdeh tərəfindən bugünədək həmin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 520350,0 manat borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsini tələb etsə də, sözügedən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilənin 3.2-ci bəndinə əsasən alqı-satqı əməliyyatları zamanı ödənişlər satıcı tərəfin təqdim etdiyi elektron qaimə-fakturanın tarixindən 14 (on dörd) gün ərzində nağdsız qaydada (bank hesablaşma-hesabına) alıcı tərəfindən həyata keçirilməlidir. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən ödənişlərlə bağlı hər gecikmə günü üçün ümumi məbləğin 0,1 %-i həcmində, lakin ümumi məbləğin 10 %-dən çox olmamaqla dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən isə alıcı tərəfindən təqdim edilən malların ödənişləri 2 (iki) təqvim ayından çox ödənilmədikdə satıcı malların cəmi dəyərinin 30 (otuz) %-i həcmində dəbbə pulu tələb edə bilər. Tərəflər arasında münasibətləri tənzimləyən xx.xx.2021-ci il tarixli Müqavilə bağlanarkən cavabdeh tərəfin adı "GP Stock Feed) MMC olmuş, lakin sonradan həmin Cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMC olaraq adlandırılmışdır. Cavabdehin adı dəyişməzdən öncə və sonrakı vergi öədyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) də görünüdüyü kimi hər iki adlı Cəmiyyət eyni VÖEN-ə məxsusdur. Beləliklə, iddia ərizəsinə əlavə olunan bütün hüquqi sənədlərdən də göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə, ümumilikdə 520350 manat borcu vardır.
3. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin dəbbə puluna dair hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, 520350 manat əsas borc məbləğinə münasibətdə 156105 manat dəbbə pulunun tələb edilməsi ilə razı deyilik. Belə ki, əvvəla, tələb olunan dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksəkdir. Digər tərəfdən, cavabdehin hazırda satış mövsümünün olmaması, debitorlarm şirkət qarşısında olan öz borc öhdəliklərini vaxtında icra etməməsi və s. bu kimi digər səbəblərdən hazırda bir çox maddi problemləri yaranmış və ödəmə qabiliyyəti çox aşağıdır. Məhz qeyd olunan səbəblərə görə cavabdeh iddiaçı qarşısmda olan borc öhdəliyini gecikdirmişdir. İddia dəbbə puluna dair hissədə təmin olunacağı təqdirdə, cavabdeh əlavə problemlərlə üzləşəcəkdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. "xxxx" MMC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Müqaviləyə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Malı (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən X2 telefon, elektron poçt və ya kuryer (poçt) vasitəsilə bildirdiyi sifarişi əsasında Satıcı tərəfindən tərtib olunan və Alıcıya elektron qaydada göndərilən elektron qaimə-faktura üzrə müəyyən olunan adda, çeşiddə, miqdarda və məbləğdə Satıcı tərəfindən Alıcıya təchiz olunur. Elektron qaiməfaktura həmçinin Alıcının sifarişi hesab olunur.Tərəflərin razılaşması əsasında sifarişdə dəyişiklik edilə bilər.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən Malların sifarişi qəbul olunarkən. Satıcının sifariş vaxtı öz ehtiyatında tam və ya qismən mövcud olmayan Malları Alıcıya təchiz etməmək və ya belə Mallarını alternativini Alıcıya təklif etmək hüququ vardır. Alıcı ona təklif olunan alternativ qismində təklif olunan malı sifariş və ya qəbul etməkdən imtina edə bilər.
13. Müqavilənin 2.3-cü bəndinə əsasən Satıcı Malları miivafıq tara və qablaşdırmasmda. Mallara aid olan ləvazimat və sənədlərlə birlikdə, komplekliyi nəzərə alınmaqla Alıcı tərəfimdən müəyyən edilən qaydada Malların çatdırılma məntəqəsində öz vəsaiti və qüvvəsi hesabına təhvil verir.
14. Müqavilənin 2.4-cü bəndinə əsasən Malların çatdırılma məntəqəsi, təchizat müddəti və qaydaları Müqaviləyə əlavə edilmiş müvafiq Qiymətlərin Razılaşdırılması protokolları ilə müəyyən edilir.
15. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə Malların qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri ilə müəyyən edilir.
16. Müqavilənin 3.2-ci bəndinə əsasən Müqavilə üzrə ödənişlər. Satıcı tərəfindən Alıcıya göndərilən elektron qaimə-fakturanın tarixindən etibarən 14 (on) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır.
17. Müqavilənin 4.1.1-ci bəndinə əsasən Alıcıya keyfiyyətli və istismara yararlı Malları satmaq və həmin Mallar haqqında Alıcını zəruri və düzgün məlumatlarla təmin etmək:
18. Müqavilənin 4.2.2-ci bəndinə Alıcı tərəfindən Müqavilə ilə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəyən zərərin ödənilməsini tələb etmək;
19. Müqavilənin 8.2-ci bəndinə əsasən ödənişlərlə bağlı hər gecikmə günü üçün ümumi məbləğin 0,1 %-i həcmində, lakin ümumi məbləğin 10 %-dən çox olmamaqla dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur.
20. 08.07.2024-cü il tarixli, 10525272 saylı (MT2407 serialı) e-qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 122400 manat dəyərində, xx.xx.2024-cü tarixli, 11107549 saylı (MT2407 serialı) e-qaiməyə əsasən 47250 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 12102579 saylı (MT2407 serialı) e-qaiməyə əsasən 87800 manat dəyərində və xx.xx.2024-cü il tarixli 10108619 saylı (MT2408 serialı) e-qaiməyə əsasən 135190 manat dəyərində və xx.xx.2024-cü il tarixli 11249771 saylı (MT2408 serialı) e-qaiməyə əsasən 127710 manat dəyərində elektron qaimələr göndərilmişdir.
21. 08.07.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 122400 manat dəyərində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən – 47250 manat dəyərində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən – 87800 manat dəyərində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən – 127710 manat dəyərində mallar təhvil verilmişdir. Aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
22. 1678 saylı xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi 520.350 manat borcun olduğu hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
31. Göründüyü kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Malı satmağa, “Alıcı” isə həmin Malı qəbul edib və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh MMC-nin iddiaçıya müqavilə üzrə 520350 manat ödənilməmiş borcu qalmışdır. Həmin borcun mövcudluğu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə öz təsdiqi tapır.
32. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktı və üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 520350 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 520350 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 520350 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
34. Bundan əlavə iddiaçı 156105 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
37. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (520.350 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından tutulacaq dəbbə pulu 26.018 manat məbləğində müəyyən edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “ATS FEED" MMC 09 iyun 2021-ci il tarixli 01 nömrəli müqavilə üzrə 520350 manat əsas borc məbləği və 26018 manat dəbbə pulu (cərimə) tutularaq İddiaçı MMCyə ödənilməlidir.
40. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1000 manat məbləğində vəkil xərci və 970 manat dövlət rüsumu ödənilmişdir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq (rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 837 manat və vəkil xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 520350 ( beş yüz iyirmi min üç yüz əlli) manat əsas borc, 26018 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 837 manat, vəkil xərcinin əvəzi olaraq 1000 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova