Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1985/2020 10.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il 1 saylı əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 17000 manat, 11400 manat penya, habelə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 28930,40 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Fəxrəddin oğlu arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixdə 2020\6642-35 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Ukrayna mənşəli Soya Şrotunu (230400001 TNVD kodu) alıcı Cavabdeh Fəxrəddin oğluna xx xxxxxx 2020-ci il tarixli müqavilə şərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin xx xxxxxx 2020-ci il tarixli 1 saylı Əlavəsinə əsasən ümumi dəyəri 61287 manat olan Soya Şrotu Cavabdeh Fəxrəddin oğluna satılmış və mallar göndərilmişdir. Müqavilə üzrə qeyd olunan malların satılması və cavabdehə göndərilməsi aşağıdakı sənədllərlə təsdiq olunmaqdadır: – Elektron qaimə, Seriya: EBAF № 897159, xx.xx.2020-50350.20 manat dəyərində – Elektron qaimə, Seriya: EBAG № 351886, xx.xx.2020-10936.80 manat dəyərində cavabdehə göndərilmiş elektron qaimələrə dair heç bir mübahisə açmamışdır. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə ümumilikdə 61287 manat dəyərində olan Soya Şrotu cavabdehə satılmış və bu muqavilə və onun əlavəsinə əsasən sonuncu tərəfindən iddiaçıya 23286,80 manat vəsait ödənilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin 61287 manat İddiaçı MMC-yə 38000,20 manat borcu qalmışdır. Müqavilənin yuxarıda qeyd olunmuş 1 saylı Əlavəsinin 3.1-ci maddəsinə sasən faktiki göndrilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə iddia qaldırılan tarixə cavabdehin İddiaçı MMC-yə müqavilə üzrə ümumilikdə 38000,20 manat borcu qalmışdır. Borcun tam olaraq ödənilməsi üçün bir necə dəfə pretenziya məktubu göndərilsədə cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir.Müqavilənin 5.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə müqavilə üzrə penyanın məbləği xx xxxx 2020-ci il tarixdən (sonuncu elektron qaimə verildiyi tarix) xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə 11400 manat təşkil edilməkdədir (hesablanması: əsas borc 38000,20x0.2%=76 manat gündəlik, 76x150 gün (gecikdirilən günlərin sayı)=11400 manat).İddiaçı MMC ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair xx xxxx 2020-cu il tarixli 1398 saylı müqavilə və xx xxxx 2020-ci il tarixli 696272/00526 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə izahatında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh iddianı qismən qəbul edərək, izahatında İddiaçı MMC-yə 17000 manat əsas borcunun olduğunu, lakin yüksək penya ilə razı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 2020/6642-35 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavəsindən görünür ki, Satıcı – İddiaçı MMC 1 tonun qiyməti ƏDV-daxil olmaqla 930 manat məbləğində olmaqla 70 ton ümumi məbləği 65100 manat olan Soya Şrotu (bundan sonra – malı) müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə alıcı – Cavabdeh satır, alıcı – P.Abbasov da öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə, əgər gecikdirilərsə hər gecikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 faizi həcmində penya (cərimə) ödənilməsi şərti ilə alaraq dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilən EBAG seriyalı, 351886 nömrəli, xx.xx.2020-ci il tarixli və EBAF seriyalı, 897159 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı MMC (1 tonun qiyməti 930 manat olan) ümumi çəkisi 65,9 ton, ümumi dəyəri 61287 manat məbləğində olan Soya Şrotu alıcı Cavabdeh satılmışdır. xx.xx.2020-ci il tarixli, 696272/00526 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli ödənişin təyinatı və əsası hüquqi yardım olan 500 manat vəsait İddiaçı MMC tərəfindən 18 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, qeyd olunan qaimələr üzrə təhvil verilən ümumi dəyəri 61287 manat olan malların müqabilində 44287 manat məbləğində ödəniş etmişdir. Cavabdehin əsas borcunu qismən etiraf etdiyini nəzərə alan məhkəmə iddiaçının əsas borc kimi 17000 manat məbləğində pul tələbini əsaslı hesab edir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 11400 manat məbləğində penya hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan penya azaldılaraq 470 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş materiallarına əlavə edilmiş ödəniş tapşırığını nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 500 manat məbləğində pul tələbi hissəsində də tələb əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh müqaviləyə əsasən 17000 manat ödənilməmiş borc, gecikdirilmiş günlərə görə 470 manat penya, həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat, ümumilikdə 17970 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat tələbi hissəsində 0,40 manat faktiki bank xərci olduğuna görə tələb həmin hissədə rədd edilməli, digər hissədə isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 2020/6642-35 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavə üzrə ödənilməmiş 17000 manat məbləğində borc, 470 manat penya, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul cəmi 18000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1985/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1985/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver