Məhkəmə qərarları › İş №e-2-2(113)-1995/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1995/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1995/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12.769,59 manat, həmçinin iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 129 manat, ümumilikdə cəmi 12.898,59 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı artıq uzun illərdir ki, Bakı şəhərində həm fiziki həm də hüquqi şəxslərə müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olur. Həmin hüquqi şəxslərdən biri də Cavabdeh MMC-dir. Tərəflər arasında bağlanmış 05 may 2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən müxtəlif növ elektrik mallarının cavabdehə satışı razılaşdırılmışdır. Bununla bağlı müxtəlif vaxtlarda iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilərək, elektron qaimələr elektron kabinet vasitəsi ilə göndərilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər vaxtında icra olunsa da, satılmış malların dəyəricavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə müxtəlif tarixlərdə tərtib olunmuş elektron qaimələr üzrə ümumilikdə 12.769,59 manat məbləğində borc yaranmışdır. Bununla əlaqədar dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin vaxtında icra olunmamasıİddiaçı MMC-yə maddizərər vurmaqla onun işgüzar nüfuzuna xələl gətirir

II. Tərəflərin mövqeləri:

3. İşdə iştirak edən şəxslər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

8. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İş materiallarından görünür ki iddiaçı tərəfindən cavabdehə: xx.xx.2022-ci il tarixli EBBW 184104 saylı dəyəri 96 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 181877 saylı dəyəri 21.930 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 339038 saylı dəyəri 141,60 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 341371 saylı dəyəri 585 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 337689 saylı dəyəri 1.440 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 344682 saylı dəyəri 776 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 339543 saylı dəyəri 301 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 342687 saylı dəyəri 559 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 601923 saylı dəyəri 100,4 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 601308 saylı dəyəri 873,2 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 769278 saylı dəyəri 30,68 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 805314 saylı dəyəri 232 manat olan; xx.xx.2022-ci il tarixli EBBW 893531 saylı dəyəri 232 manat olan; xx.xx.2022-ci il tarixli EBBX 204864 saylı dəyəri 286 manat olan xx.xx.2022-ci il tarixli EBBY 169642 saylı dəyəri 400 manat olan; xx.xx.2022-ci il tarixli EBBY 173836 saylı dəyəri 2.211,71 manat olan; xx.xx.2022-ci il tarixli EBBY 177778 saylı dəyəri 129 manat olan; xx.xx.2022-ci il tarixli EBBY 167357 saylı dəyəri 325 manat olan; xx.xx.2022-ci il tarixli EBBY 166129 saylı dəyəri 553 manat olan; xx.xx.2022-ci il tarixli EBBZ 989118 saylı dəyəri 640 manat olan; elektron qaimələr göndərilmişdir.

11. Sadə riyazi hesablama ilə görünür ki, qeyd edilmiş elektron qaimələrdəki məbləğlərin cəmi 37.841,59 manat təşkil edir.

12. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətlərin məzmuna nəzər yetirildikdə aydın olur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

13. Ona görə də, məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə malların təhvil verilibverilməməsi və verilmiş olan mallara görə cavabdehin borcunun olub-olmamasıdır.

14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, sonuncu dəfə cavabdeh tərəf 2.000 manat məbləğində ödəniş etmiş və 12.769,59 manat məbləğində borcu qalmışdır.

15. Qeyd edilən hal isə, o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh, iddiaçı tərəfindən ona müvafiq malların verilməsini qəbul etmiş və bundan sonra müvafiq olaraq ödənişlər aparsa da, ödənilməmiş 12.769,59 manat məbləğində borcu qalmışdır.

16. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarına və xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasına gəlməməklə yanaşı, iddiaya münasibətini (etirazını) bildirməmiş, verilmiş olan mallara görə ödəniş sənədlərini məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə qeyd edilən halı da, cavabdehin iddianı dolayısı ilə qəbul etməsi kimi qiymətləndirir.

18. Ona görə də, 12.769,59 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Bundan başqa Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI.Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 12.769 (on iki min yeddi yüz altmış doqquz) manat, 59 (əlli doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar