Məhkəmə qərarları › İş №e-2-2(113)-1995/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1995/2025

12.02.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1995/2025 12.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna borcu vardır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, vergi ödəyicisindən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

3. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxsdur.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, ZAM-TM" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 461,59 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5386,71 manat, İşsizlikdən sığorta fonduna olan 167,48 manat, İcbari Tibbi Sığorta Fonduna olan 600,96 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1986-cı il, Doğulduğu yer – İmişli rayonu, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 461,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 306,95 manat, faizlər üzrə ,38 manat, maliyyə sanksiyası üzrə 154,26 manat) , İşsizlikdən sığorta fonduna 167,48 manat, İcbari Tibbi Sığorta Fonduna 600,96 manat, Dövlət Sosial Müdafiə Fonduna 5386,71 manat olmaqla, ümumilikdə 6616,74 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********706100, xx.xx.2024-cü il tarixli **********363100, xx.xx.2024-cü il tarixli **********428200, xx.xx.2024-cü il tarixli **********277200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 2 ünvanda yaşayır.

6. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir.

b) Ərizəyə qarşı etirazın dəlilləri

7. Maraqlı şəxs ərizəyə qarşı etiraz təqdim edərək göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cəmiyyətin qanuni təmsilçisi direktoru təyin edilmişdir. Məlumatlar vergi xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınaraq yeni çıxarış təqdim edilmişdir. Fəaliyyətə başladığı vaxt "xxxx" MMC-nin ondan əvvəlki direktoru X2 cəmiyyəti idarə etdiyi dövrdə yarıtmaz fəaliyyəti ilə müəssisəni artıq müflis vəziyyətinə salmışdı. MMC-nin əsas fəaliyyəti olan toyuq əti məhsullarının istehsalı olduğundan müqavilə əsasında elektron qaimə ilə nisyə məhsul satdığı alıcı “X4” MMC-nin (vöen **********) ümumi borcu xx.xx.2024-cü il tarixinə ƏDV daxil 201925 (iki yüz bir min doqquz yüz iyirmi beş) manat olmuşdur. Artıq həmin vaxt "xxxx" MMC-nin fəaliyyəti iflic olmuş, öhdəlik yaranmış, amma ödəməyə vəsait yox idi. Fəaliyyətə başladığı gündən ilk olaraq xx.xx.2024-cü il tarixli məktubla "xxxx" ASC-ə rəhbər dəyişikliyi barədə məlumat göndərməklə əvvəlki direktor İlham Salmanovun hesab üzərindən əməliyyat aparmasına məhdudiyyət qoyulmasını xahiş etmişdir. Daha sonra fəaliyyətinin faktiki olaraq dayandığından "xxxx" MMC-nin öhdəliyinin artmaması üçün xx.xx.2024-cü il tarixdə fəaliyyətinin bir il müddətinə dayandırılması barədə rəsmi müraciət etmişdir. "xxxx" MMCnin öhdəliklərinin ödənilməsi və fəaliyyətinin bərpa edilməsi məqsədi ilə yuxarıda qeyd etdiyi borcun cəmiyyətin hesabına ödənilməsi barədə danışıqlara başlamış, rəsmi olaraq pretenziya məktubu göndərmiş və iddia ərizəsi hazırlayaraq məhkəməyə verilməsi istiqamətində tədbirlər görmüşdür. Hazırda "xxxx" MMC-nin yaranmış vergi öhdəlikləri direktor təyin edildiyi gündən əvvəlki dövrü əhatə etdiyindən hesab edir ki, məsuliyyəti əvvəlki direktor X2 daşıyır. Onun faliyyəti nəticəsində MMC-nin fəaliyyəti tamamilə dayanmış, öhdəliklər ödənilməmiş, kreditorlardan borclarını ödəmələri barədə tədbir görməmişdir. Odur ki, hesab edir ki, hazırki ərizə üzrə əvvəlki direktor X2 məsuliyyət daşıyır və maraqlı şəxs qismidə işə cəlb edilərək əslində onun barəsində tədbir görülməlidir. Buna görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin onun “ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsinə etiraz edir. Etiraza əlavə edilən sənədlərə, qüvvədə olan qanunvericiliyə, ədalət və humanizm prinsiplərinə əsaslanaraq onun ərizə üzrə maraqlı şəxs qismindən çıxarılması və X1 iş üzrə maraqlı şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

a) İşdə iştirak edən şəxslər və onların izahatları

8. Məhkəmə iclasında maraqlı şəxs izahatında borclu olan hüquqi şəxsin yaranmış vergi öhdəliklərinin direktor təyin edildiyi gündən əvvəlki dövrü əhatə etdiyini, məsuliyyəti əvvəlki direktor X1 daşıdığını, ölkədən çıxış hüququnun məhdudlaşdırılması barədə ərizəyə etiraz etdiyini bildirdi.

9. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Аzərbаycаn Rеspublikаsı Vergi Məcəlləsinin: - 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.

14. AR MPM-in: - 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

15. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

18. Məhkəmə maraqlı şəxsin etirazında borclu hüquqi şəxsin vergi öhdəliklərinin əvvəlki direktorun rəhbərlik etdiyi dövrdə yaranmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, müəssisənin ödənilməmiş vergi öhdəlikləri üzrə məsuliyyəti hazırkı rəhbər olan şəxs daşıyır.

19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri – xx.xx.1986-cı il tarixdə İmişli rayonunda anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

20. Məhkəmə xərclərinə gəldikdə hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət büdcəsinə olan ümumilikdə 461,59 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5386,71 manat, İşsizlikdən sığorta fonduna olan 167,48 manat, İcbari Tibbi Sığorta Fonduna olan 600,96 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri – xx.xx.1986-cı il tarixdə İmişli rayonunda anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar