Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1998/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X2 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin qanuni təmsilçisi X4, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili X3 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.Sazişin Predmeti 1.1 Barışıq sazişinin predmetini tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli 2020\6774-38 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə üzrə mübahisənin həll edilməsi təşkil edir.
2. Tərəflərin öhdəlikləri 2.1. İddiaçı Tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixdə 2020\6774-38 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-1998/2020 saylı “Cavabdeh MMC-nin “xxxx” ASC və “xxxx” QSC-də olan bank hesablarına həbs qoyulmasına dair qərardadının bu Saziş imzalandıqdan sonra ləğv olunmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməyi öhdəsinə götürür. 2.2. Hazırkı sazişin 2.1-ci bəndi iddiaçı tərəfindən icra olunduqdan və cavabdehin bank hesabında olan həbs götürüldükdən sonra, lakin xx xxxxxxxx 2020-ci il tarixdən gec olmayaraq Cavabdeh MMC 30.000 (otuz min) manat borcun iddiaçıya bank köçürməsi yolu ilə ödənilməsini öhdəsinə götürür. 2.3. Hazırkı sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən icra olunduqdan sonra xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qalıq qalan 46999,26 (qırx altı min doqquz yüz doxsan doqquz manat, 26) manat manat borc məbləğindən xx xxxxxxx 2020-ci il tarixdən gec olmayaraq 16999,26 (on altı min doqquz yüz doxsan doqquz manat, 26) manat və xx xxxxxx 2020-ci il tarixdən gec olmayaraq 30.000 (otuz min) manat, eləcə də ödənilmiş və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının ödənilməsini öhdəsinə götürür. 2.4. Hazırkı sazişin 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş öhdəliklərdən hər hansı biri vaxtında və ya tam və lazımi qaydada icra olunmadıqda cavabdeh 5000 /(beş min) manat məbləğində xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə penya ödənilməsini öhdəsinə götürür. 3.Digər Müddəalar 3.1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaq. 3.3. Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə imzalanmışdır, Tərəflərin hər birində bir nüsxədə və məhkəmədə bir nüsxə saxlanılır. 3.4. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması nəticələri tərəflərə aydındır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.Sazişin Predmeti 1.1 Barışıq sazişinin predmetini tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli 2020\6774-38 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə üzrə mübahisənin həll edilməsi təşkil edir.
2. Tərəflərin öhdəlikləri 2.1. İddiaçı Tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixdə 2020\6774-38 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-1998/2020 saylı Cavabdeh MMC-nin “xxxx” ASC və “xxxx” QSC-də olan bank hesablarına həbs qoyulmasına dair qərardadının bu Saziş imzalandıqdan sonra ləğv olunmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməyi öhdəsinə götürür. 2.2. Hazırkı sazişin 2.1-ci bəndi iddiaçı tərəfindən icra olunduqdan və cavabdehin bank hesabında olan həbs götürüldükdən sonra, lakin xx xxxxxxxx 2020-ci il tarixdən gec olmayaraq Cavabdeh MMC 30.000 (otuz min) manat borcun iddiaçıya bank köçürməsi yolu ilə ödənilməsini öhdəsinə götürür. 2.3. Hazırkı sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən icra olunduqdan sonra xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qalıq qalan 46.999,26 (qırx altı min doqquz yüz doxsan doqquz manat, 26) manat manat borc məbləğindən xx xxxxxxx 2020-ci il tarixdən gec olmayaq 16999,26 (on altı min doqquz yüz doxsan doqquz manat, 26) manat və xx xxxxxx 2020-ci il tarixdən gec olmayaraq 30.000 (otuz min) manat, eləcə də ödənilmiş və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının ödənilməsini öhdəsinə götürür. 2.4. Hazırkı sazişin 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş öhdəliklərdən hər hansı biri vaxtında və ya tam və lazımi qaydada icra olunmadıqda Cavabdeh 5000 (beş min) manat məbləğində xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə penya ödənilməsini öhdəsinə götürür. 3.Digər Müddəalar 3.1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir. 3.2. Bu barışıq saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaq. 3.3 Bu barışıq sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə imzalanmışdır, Tərəflərin hər birində bir nüsxədə və məhkəmədə bir nüsxə saxlanılır. 3.4. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması nəticələri tərəflərə aydındır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva