Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1999/2021 30.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17.11.2020-ci il tarixli, 89/20/SA saylı alqı-satqı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 13000 manat əsas borc, 2340 manat ƏDV, 1300 manat cərimə borcu, 16,640 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 17.11.2020-ci il tarixli, 89/20/SA saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən iddiaçı malları təchiz edir, cavabdeh isə həmin malları alır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən cavabdeh təchiz edilmiş malların dəyərini təqdim edilmiş hesab əsasında 30 bank günü ərzində iddiaçıya ödəməlidir. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək tibbi maskaları 10 saylı təhvil-təslim aktı (delivery order) əsasında 18.12.2020-ci il tarixdə təhvil verməsinə və 21.12.2020-ci il tarixli, 059529 saylı elektron qaimə göndərilməsinə baxmayaraq cavabdeh müqavilənin cavabdeh müqavilənin 4.3-cü bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmir və pulun ödənilməsini təmin etməmişdir. Tərəflərindən telefon vasitəsi ilə əlaqə saxlanılıb borcun ödənilməsi tələb edilməsinə və cavabdeh tərəfindən cari ilin mart ayının əvvəlində ödənilməsinin vəd edilməsinə baxmayaraq pulun ödənilməsi təmin edilməmişdir. Yaranmış borcun ödənilməsi ilə bağlı tərəflərindən 11.03.2021-ci il tarixli, 10 saylı pretenziya məktubu ilə cavabdehə müraciət olunsa da, cavabdeh pul vəsaitinin ödənilməsini təmin etməmişdir. 30 aprel 2021-ci il tarixli məhkəmə iclasında tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək aralarında barışıq sazişinin bağlanıldığını bildirdilər. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş 14 aprel 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1 Cavabdeh iddia tələbindəki 13,000 manat əsas borc və 2,340 manat ƏDV məbləğində borc öhdəliyini etiraf edərək qəbul edir və qeyd edilən məbləği 31 avqust 2021-ci il tarixinədək aşağıdakı qaydada 4 hissədə ödəməyi öz üzərinə götürür: İ hissə - 31 may 2021-ci il tarixinə qədər 3835 manat hissəsi; İİ hissə- 30 iyun 2021-ci il tarixinə qədər 3835 manat hissəsi; İİİ hissə -31 iyul 2021-ci il tarixinə qədər 3835 manat hissəsi; İV hissə- 31 avqust 2021-ci il tarixinə qədər 3835 manat hissəsi. 1.2.İddiaçı hazırki Sazişin 1.1-ci bəndində göstərilən qaydada cavabdeh tərəfindən ödənişin həyata keçirildiyi təqdirdə iddia tələbinin 1,300 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu hissəsindən imtina edir. 2.1. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2 Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Bu Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4.Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. 2.5.Bu saziş məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. Bu Sazişi icra etməkdən birtərəfli qaydada imtina edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.1 Cavabdeh iddia tələbindəki 13,000 manat əsas borc və 2,340 manat ƏDV məbləğində borc öhdəliyini etiraf edərək qəbul edir və qeyd edilən məbləği 31 avqust 2021-ci il tarixinədək aşağıdakı qaydada 4 hissədə ödəməyi öz üzərinə götürür: İ hissə - 31 may 2021-ci il tarixinə qədər 3835 manat hissəsi; İİ hissə- 30 iyun 2021-ci il tarixinə qədər 3835 manat hissəsi; İİİ hissə -31 iyul 2021-ci il tarixinə qədər 3835 manat hissəsi; İV hissə- 31 avqust 2021-ci il tarixinə qədər 3835 manat hissəsi. 1.2.İddiaçı hazırki Sazişin 1.1-ci bəndində göstərilən qaydada cavabdeh tərəfindən ödənişin həyata keçirildiyi təqdirdə iddia tələbinin 1,300 (min üç yüz) manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu hissəsindən imtina edir. 2.1. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2 Tərəflər bu Saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3. Bu Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4.Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. 2.5.Bu saziş məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. Bu Sazişi icra etməkdən birtərəfli qaydada imtina edilməsinə yol verilmir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1999/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1999/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver