Məhkəmə qərarları › İş №e-2-2(113)-2005/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2005/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2005/2021 31.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı «xxxx» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizəyə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı «xxxx» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1033,40 manat borcun **********10000 nömrəli abonent kodu üzrə hesabdan silinməsi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun Cavabdehİstehsalat Birliyindən tutularaq iddiaçı «xxxx» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı «xxxx» MMMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AMX-2027/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında «xxxx» MMMC qazla təchiz olunmuşdur (abonent kodu: **********10000). 2019-cu ilin noyabr ayında Qaz İxrac İdarəsi, Abşeron MAQS-i “İPA” və Metrologiya şöbəsinin rəisi A.Həsənov və Bakı RQSD-nin nümayəndəsi E.Bədəlov iddiaçı «xxxx» MMMC-nin sədrinin iştirakı ilə İstixananın elektron qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı qaz sayğacının maqnit ötürücüyə vurulmuş qurğusunun plombun qırıq olması, flyans birləşməsinə vurulan plombun naqlinin qırıq olması, lakin sayğacın qutusuna vurulmuş plombun mövcud olması aşkar olunmuşdır. Bununla bağlı akt tərtib olunmuşdur. 2020-ci ilin fevral ayında Cavabdeh işçiləri gəlib sayğacı yenisi ilə əvəz etmişlər. 2020-ci ilin mart ayında, yəni sayğac aparılandan bir ay sonra Metrologiya Departamentinə dəvət etdilər və sədrin iştirakı ilə sayğaca baxış keçirildi. Baxış zamanı qaz sayğacının təmirə ehtiyacı olduğunu bildirdilər və təmirə lazım olan ehtiyat hissələrinin siyahısını və qiymət göstərilməklə ödəniş edilməsini bildirdilər. Bununla bağlı iddiaçı «xxxx» MMMC ilə SOCAR-ın Cavabdeh X1 Departamenti arasında iddiaçı «xxxx» MMMC-yə məxsus bir ədəd rotor tipli G-250 markalı 75096440 nömrəli qaz sayğacının xx.xx.2020-ci il tarixli 09163 nömrəli Qüsur aktı nəzərə almaqla təmir və ehtiyyat hissəsinin ayrılması dair xx.xx.2020-ci il tarixdə Xidmət müqaviləsi bağlanılmışdır. Qeyd edilən Xidmət Müqaviləsinin əsasən Metrologiya Departamentinə 663,24 manat ödənilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı «xxxx» MMMCyə Bakı Regional Qazın Satışı Departamenti tərəfindən hesab faktura daxil edildi ki, sayğac səhv işlədiyindən 1033,40 mana təlavə ödəniş olmalıdı. İddiaçı «xxxx» MMMC-nin Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyinə göndərilən müraciətinə cavab olaraq bildirilmişdir ki, korrektorun arxiv məlumatları əsasında xx.xx.2020-xx.xx.2020-ci il müddət ərzində korreksiya əmsalının müəyyən olunması, qeyd edilən dövr üçün istehlak olunan qazın həcminin turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun yenidən hesablanması və həmin qaz həcminin müəssisə ilə aparılmış hesablaşmalarda nəzərə alınması, habelə, 2020-ci ilin aprel ayı üzrə qeyri-qanun hesablanmış 1033,40 manat məbləğində vəsaitin müəssisəsinin abonent saldosundan silinməsini məqsədəuyğun hesab edilir. Ona görə də, həmin nöqsanların aradan qaldırılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi tərəfindən Cavabdehnə və “Qaz İxrac” İdarəsinə xx.xx.2020-ci il tarixdə məktub göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, G-250 markalı 75096440 nömrəli qazsayğacı 3 ildən bir növbəti dövlət yoxlamasından keçirilməli olduğu halda 4 il 2 ay sonra, xx.xx.2020-ci il tarixində (sonuncu dəfə sayğac xx.xx.2015-ci il tarixində dövlət yoxlamasından keçirilmişdir) növbəti dövlət yoxlamasından keçirilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” haqqında xx.xx.2016-cı il tarixli **********04 saylı Əmrinə əsasən sənaye tipli qaz sayğacları 3 ildə 1 dəfə dövrü yoxlanmalıdır. Bununla da qaz paylayıcısı tərəfindən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin tələbləri pozularaq ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitəsi yoxlama dövrliyinə uyğun olaraq yoxlamaya təqdim edilməmişdir. Bundan əlavə, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qazanxananın G-250 markalı 75096440 nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz xəttindən çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və həmin tarixdə G-250 markalı, 80108800 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılan qaz sayğacına xx.xx.2020-ci il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilərkən impuls ötürücüsünə vurulan plombun aşkar olunmadığı, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əxatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P=1,18 bar, impuls ötürücüsünün yuvadan aralı vəziyyətdə və impuls ötürücüsünün nasaslığı səbəbindən elektron göstəricinin V mexaniki göstəricidən 182 924 m az olduğu barədə SS29/1640-00371 №-li akt tərtib edilmişdir. Cavabdeh İB tərəfindən 2020-ci ilin aprel ayı üzrə sayğac göstəricisindən kənar 5167 m3 (1033,40 manat) əlavə hesabat aparılmış və müəssisəsinin abonent saldosuna daxil edilmişdir. Həmin hesabat təhlil olunarkən belə məlum olmuşdur ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı departamenti tərəfindən sayğacın laboratoriya rəyinə əsasən qaz sayğacının elektron və mexaniki göstəriciləri arasında yaranmış fərq maksimal təzyiqə vurularaq dəymiş ziyan hesablanmışdır. Bununla da qaz paylayıcısı tərəfindən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən, “Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qazsayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Eyni zamanda, sayğac göstəricisinin təzyiqə vurmaqla qaz sərfinin hesablanması üsulu və ya dövlət standartı mövcud deyil. Həmçinin məlum olmuşdur ki, “Qaz İxrac” İdarəsi ilə Cavabdeh” İB arasında tərtib edilmiş 2020-ci ilin aprel ayı üçün nəql edilən təbii qazın qəbulu aktında “xxxx” MTK üzrə 43381 m3 göstərilsə də, Cavabdeh” İB tərəfindən abonent saldosuna 48 548 m3 qaz sərfi daxil edilmişdir. 2020-ci ilin aprel ayı üzrə qeyri-qanun hesablanmış 1033,40 manat məbləğində vəsaitin müəssisəsinin abonent saldosundan silinməsi üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi tərədindən Cavabdehnə və “Qazİxrac ”İdarəsinə xx.xx.2020-ci il tarixdə məktub göndərilsə də bu günə kimiqeyri-qanun hesablanmış 1033,40 manat məbləğində borc iddiaçının abonent saldosundan silinməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.4.-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddələrə əsasən, müvafiq olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsinin cavabdehə göndərilməsini təsdiq edən sənədin əlavə edildisə də, qanunvericiliyini tələbinə əsasən cavabdeh tərəfindən almasını təsdiq edən sənəd aşkar edilməmişdir.. Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı «xxxx»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən **********22 nömrəli, xx.xx.2021-ci il tarixli qəbz geri qaytarılsın. «xxxx»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında cavabdeh tərəfindən iddia ərizənin almasını təsdiq edən sənəd əlavə edldikdə sonra iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar