Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2007/2020 10.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il tarixli 1 saylı və xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavələrinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 141292,70 manat, 33900 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 175723,10 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il tarixli 1 saylı və xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavələrinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 141292,70 manat, 33900 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 175723,10 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, qeyd edilən Məcəllənin tələblərinə əsasən iddia, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İddia ərizəsində cavabdehin poçt ünvanı ünvan 1 ünvanı göstərilsə də, məhkəmə işlərinin elektron idarəetmə sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarında isə cavabdehin qeydə alındığı ünvan ünvan 2 mənzil 1 ünvanı göstərilmişdir. Göründüyü kimi cavabdeh Sadıqov X2 rayonu inzibati ərazisində qeydiyyatdadır. Bundan əlavə, tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixdə 2020\6671- 29 saylı alqı-satqı müqaviləsinin 5.3-cü bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə üzrə yaranan mübahisələr ikitərəfli danışıqların aparılması yolu ilə həll edilir, razılıq əldə edilmədikdə isə mübahisə iddiaçının olduğu yer üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin qeyd olunan bəndini əsas götürməklə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilməz. Belə ki, müqavilədə müraciət ediləcək məhkəmə Bakı İnzibati-İqtisadi Məhkəməsi nəzərdə tutulmuşdur ki, həmin Məhkəmələr Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli 1325 saylı sərəncamı ilə ləğv edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aidiyyət qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki iddia ərizəsi ilə cavabdehin ünvanının olduğu yerə görə Sumqayıt Konmmersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2020-ci il tarixli 1 saylı və xx xxxxxx 2020-ci il tarixli 2 saylı Əlavələrinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 141292,70 manat, 33900 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 175723,10 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2007/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2007/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver