Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2027/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən 928 manat 81 xidmət haqqının və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 958 manat 81 qəpik tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1 və 8.1.2 maddələrinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia tələbi irəli sürülərkən iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ********* saylı xx.xx.2018-ci il tarixli 20 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz isə 1 Saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət olunması üçün ödənilmiş və hazırki məhkəmə və iddia ilə heç bir bağlılığı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2027/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2027/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver