Məhkəmə qərarları › İş №e-2-2(113)-2027/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2027/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2027/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli, UDG-BCF-01 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə verilməli olan 5682,29 manat (beş min altı yüz səksən iki manat iyirmi doqquz qəpik) məbləğində borc, vəkilə hüquqi xidmətə görə ödənilmiş 1020 (min iyirmi) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6759,29 manat (altı min yeddi yüz əlli doqquz manat iyirmi doqquz qəpik) məbləğində pulun cavabdehdən tulularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, UDG-BCF-01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən tikintidə istifadə olunan müxtəlif xırdavat, təmir və digər tikinti materialları alınmışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin cavabdeh şirkət tərəfindən müqaviləyə əsasən 5682,29 manat (beş min altı yüz səksən iki manat iyirmi doqquz qəpik) məbləğində borc bu günə qədər ödənilməmişdir. Cavabdeh şirkət borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrlə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh şirkət 5682,29 manat (beş min altı yüz səksən iki manat iyirmi doqquz qəpik) məbləğində borcunu ödəməkdən boyun qaçırmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 324.1, 324.2, 324.3, 331.1, 442, 443.1, 445.1, 445.7, 446.1, 448.2, 739.1, 739.2-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vəkilə hüquqi xidmətə görə ödənilmiş 1020 (min iyirmi) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1078 (min yetmiş səkkiz) manat məbləğində pulun cavabdehdən tulularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bildirilmişdir ki, hazırkı kommersiya işi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh MMC tərəfindən xx.xx.2023-ci il tarixli, UDG-BCF-01 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə verilməli olan 5682,29 manat (beş min altı yüz səksən iki manat iyirmi doqquz qəpik) məbləğində borc ödənilmiş, lakin hüquqi yardıma görə ödənilmiş 1020 manat və dövlət rüsumu olaraq ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində pul ödənilməmişdir.

5. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, UDG-BCF-01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilənin ayrılmaz hissəsi olan əlavələrə əsasən qeyd olunan malları alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, 537237 nömrəli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyərini 515,31 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, 537237 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 515,31 manat olan aktda qeyd edilən mallar təhvil verilmiş, Cavabdeh MMC tərəfindən həmin mallar təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 537237 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 515,31 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, UDG-BCF-01 nömrəli müqavilə göstərilmişdir.

10. xx.xx.2024-cü il tarixli, 249945 nömrəli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyərini 306,68 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2024-cü il tarixli, 249945 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 306,68 manat olan aktda qeyd edilən mallar təhvil verilmiş, Cavabdeh MMC tərəfindən həmin mallar təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 249945 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 306,68 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, UDG-BCF-01 nömrəli müqavilə göstərilmişdir.

13. xx.xx.2024-cü il tarixli, 717380 nömrəli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyərini 977,63 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2024-cü il tarixli, 717380 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 977,63 manat olan aktda qeyd edilən mallar təhvil verilmiş, Cavabdeh MMC tərəfindən həmin mallar təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 717380 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 977,63 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, UDG-BCF-01 nömrəli müqavilə göstərilmişdir.

16. xx.xx.2024-cü il tarixli, 11128548 nömrəli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyərini 3453,86 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2024-cü il tarixli, 11128548 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 3453,86 manat olan aktda qeyd edilən mallar təhvil verilmiş, Cavabdeh MMC tərəfindən həmin mallar təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11128548 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 3453,86 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, UDG-BCF-01 nömrəli müqavilə göstərilmişdir.

19. xx.xx.2024-cü il tarixli, 10661636 nömrəli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyərini 421,73 manat təşkil edir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. xx.xx.2024-cü il tarixli, 10661636 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 421,73 manat olan aktda qeyd edilən mallar təhvil verilmiş, Cavabdeh MMC tərəfindən həmin mallar təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10661636 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 421,73 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, UDG-BCF-01 nömrəli müqavilə göstərilmişdir.

22. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, **********6/933788796 saylı müqavilənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən “Kredo” Vəkil Bürosunun bank hesabına 1020 manat vəsait köçürülmüşdür.

23. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, bu halda o, təkcə borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və hüquqi yardımla bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

26. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı öhdəliyini icra edərək, cavabdehə mallar təqdim etmiş, lakin cavabdeh tərəfindən malların dəyəri ödənilməmiş, yaramış borc məbləği müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilmədiyindən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən borc məbləği qeyd edilən müddətdə ödənilməmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli, UDG-BCF-01 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 5682,29 manat məbləğində borcun, vəkilə hüquqi xidmətə görə ödənilmiş 1020 manatın, iddia ərizəsinin verilməsi üçün 58 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Daha sonra cavabdeh tərəfindən borc ödənildiyindən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 5682,29 manat məbləğində borcun ödənildiyini qeyd etmiş, cavabdehdən 1020 manat vəkil xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ağlabatan məbləğ olaraq 300 (üç yüz) manat hüquqi yardım xərci iddiaçının xeyrinə tutulmalıdır.

29. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda mövcud borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciətlə bağlı dövlət rüsumu və hüquqi yardım xərcinin də cavabdehdən tələb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı iş üzrə ağlabatan məbləğ olaraq 300 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması qənaətinə gəlmişdir.

30. Eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 300 (üç yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat olmaqla, ümumilikdə 358 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar