Məhkəmə qərarları › İş №e-2-2(113)-2030/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2030/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2030/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “Ninox Alliance” Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Ninox Alliance” Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azneft” İB-dən 30977,78 avro məbləğində borc məbləğinin tutularaq “Ninox Alliance” Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli Nümayəndə qismində çıxış etmək üçün verilmiş etibarnamə qanunvericiliyin tələblərinə uyğun qaydada təsdiq edilməmişdir. Belə ki, iddiaçı “Ninox Alliance” Səhmdar Cəmiyyəti xarici hüquqi şəxs olduğuna görə hüquqlarının müdafiə olunması və təmsilçilik üçün nümayəndəyə vermiş olduğu etibarnamə konsul orqanları tərəfindən qanuniləşdirildikdən (appostile) sonra məhkəməyə təqdim edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamə isə azərbaycan dilində tərtib edilməklə qanuniləşdirilməmişdir. Göründüyü kimi iddia ərizəsi (hüquqi şəxsin direktoru tərəfindən imzalansa belə) səlahiyyəti olmayan (etibarnamə lazımi qaydada təsdiq edilməyib) Nümayəndə istifadəsində olan elektron kabineti vasitəsi ilə elektron qaydada imzalanaraq elektron məhkəmə sistemi vasitəsilə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 457-ci maddəsinə əsasən, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq hüququ (elektron qaydada) olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxx 2021-ci il tarixli, ********* nömrəli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Ninox Alliance” Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxx 2021-ci il tarixli, ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçı “Ninox Alliance” Səhmdar Cəmiyyətinə izah edilsin ki, təmsilçilik üçün nümayəndəyə vermiş olduğu etibarnamə konsul orqanları tərəfindən qanuniləşdirildikdən (appostile) sonra həmin nümayəndə istifadəsində olan elektron imza ilə imzaladığı iddia ərizəsini elektron kabineti vasitəsi ilə elektron məhkəmə sistemində yerləşdirməklə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar