Məhkəmə qərarları › İş №e-2-2(113)-2033/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2033/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2033/2024 17.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azəriş LTD MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, iddiaçı Azəriş LTD MMC-nin Cavabdeh qarşı qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azəriş LTD MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 26 yanvar 2023-ci il tarixdə 32-A/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə görə tərəflərin müqaviləni təsdiqlədikləri andan etibarən, satıcı rəsmi distribütoru olduğu və özünün iidxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları, alıcıın sifarişlərinə əsasən, qaimə-fatura, təhvil-təslim aktı və (və ya) elektron qaimə əsasında alıcıya satmağı öhdəsinə götürmüşdür. 2.4-ci bəndinə əsasən alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməlidir. 2.5-ci bəndinə görə müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% həcmində peniya ödəyir. 5.1.1-ci bəndinə əsasən satıcı alıcıdan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. 2.8-ci bəndinə görə alıcıya elektron qaimə-faktura kəsildiyi gündən başlayaraq 4 təqvim günü müddətində alıcı həmin elektron qaimə-fakturanı işin hallarından asılı olaraq təsdiq və ya ləğv etməlidir. Alıcıya kəsilmiş elektron qaimə-faktura elektron sistem tərəfindən təsdiq edldiyi təqdirdə, elektron qaimə-fakturada göstərilmioş mallar alıcıya təhvil verilmiş və elektron qaimə-faktura alıcı tərəfindən təsdiqlənmiş hesab edilir. Müqavilə tərəflərin imzası və “Mətanət A” şirkətinin möhürü ilə təsdiq edilmişdir.

2. Azəriş LTD MMC tərəfindən Cavabdeh 1410,76 manat dəyərində malların təqdim edilməsinə görə xx.xx.2023-cü il tarixli EBCN seriyalı 660376 saylı; 36,6 manat dəyərində malların təqdim edilməsinə görə xx.xx.2023-cü il tarixli EBDM seriyalı, 616098 nömrəli və 122.80 manat məbləğində malların təqdim edilməsinə görə xx.xx.2023 EBDN seriyalı 091188 saylı elektron qaimələr göndərilmiş, elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir. “YapıKredit Bank Azərbaycan tərəfindən verilmiş qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən Azəriş LTD MMC-ni bank hesabına xx.xx.2023-cü il tarixdə 169,50 və xx.xx.2023-cü il tarixdə 423,72 manat məbləğində ödəniş edilmişdir.

3. 13.02.2024-cü il tarixdə Azəriş LTD MMC tərəfindən Cavabdeh pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 təqvim gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı Azəriş LTD MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 Yanvar 2023-cü il tarixli, 32-A/23 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 870.17 (səkkiz yüz yetmiş manat on yeddi qəpik) manat əsas borc, 174.03 (bir yüz yetmiş dörd manat üç qəpik) manat peniya və iddianın verilməsi üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu, cəmi 1076.2 (bir min yetmiş altı manat iyirmi qəpik) tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdehnCavabdeh arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqısatqısına dair 26 Yanvar 2023-cü il tarixli, 32-A/23 saylı müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Belə ki, müqavilənin 2.4.-cü bəndinə görə alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətində faktura üzrə göstərilən ümumi məbləğ nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməlidir . Müqavilənin 2.5.-ci bəndinin tələbləri pozulduqda , ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0.5 % faiz həcmində peniya ödəyir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 060188, 616098 və 660376 nömrəli elektron qaimələrdən görünür ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 1570.16 manat borcu yaranmışdır. Alıcı 1570.16 manat borcdan xx.xx.2023-cü il tarixində 169.5 manat və xx.xx.2023-cü il tarixində 423.72 manat olmaqla cəmi 593.22 manat ödəmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixində 30.5 manat və xx.xx.2023-cü il tarixində 76.27 manat ƏDV ödənilmişdir. Yekun olaraq “ALİCİ”-nın 870.17 manat borcu qalmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı 13 Fevral 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu 13 Fevral 2023-cü il tarixdə alsa da, borcu ödəməkdən imtina etmişdir.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsininİİ hissəsi, 26-cı maddəsi, 60-cı maddəsinin İ hissəsinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

8. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri). 10.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

11. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -- 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

13. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azəriş LTD MMC ilə Cavabdeh arasında 26 yanvar 2023-ci il tarixli 32-A/23 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifairş edilmiş malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh qeyd edilən müqavilə üzrə Azəriş LTD MMC-yə olan borcu ƏDV daxil 870,17 manat (1570,16 manat – 593,22 manat əsas borcdan ödəniş- 106,77 ƏDV ödənişi) manat təşkil edir.

15. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 870,17 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 870,17 manat məbləğində pul tutularaq “Mətanət A” şirkətinə ödənilməlidir.

16. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 174,03 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

17. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

18. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 45 manat məbləğində müəyyən edilməlidir.

19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

20. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 31 manat təşkil edir.

21. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 26 yanvar 2023-cü il tarixli 32-A/23 saylı alqı-satqı müqaviləsi üzrə 870,17 manat əsas borc, 45 manat məbləğində dəbbə pulu, cəmi 915,17 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 27 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Mətanət A” şirkətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar