Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2033/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi, vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən əsas borca görə 244854,48 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 5500 manat, cəmi 250354,48 manat məbləğində pul vəsaitinin və 545 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:
1. Cavabdeh, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 244854,48 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 5500 manat, cəmi 250354,48 manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixədək İddiaçıya ödəməyi öhdəsinə götürür.
2. İddiaçı, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2033/2025 saylı mülki iş üzrə iddiasından imtina edir.
3. Saziş, hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib olunmuşdur. Nüsxələrdən bir İddiaçıda, biri Cavabdehdə, digəri isə Məhkəmədə saxlanılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehlə aralarında barışıq sazişi bağlandığını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı ilə barışıq sazişi bağlandığını, barışıq sazişinin bütün bəndləri ilə tanış olduqlarını, barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia tələbi ilə bağlı iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh, xx.xx.2023-cti il tarixli Müqavilə üzrə 244854,48 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 5500 manat, cəmi 250354,48 manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixədək İddiaçıya ödəməyi öhdəsinə götürür.
2. İddiaçı, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2033/2025 saylı mülki iş üzrə iddiasından imtina edir.
3. Saziş, hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib olunmuşdur. Nüsxələrdən bir İddiaçıda, biri Cavabdehdə, digəri isə Məhkəmədə saxlanılır. İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov