Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2036/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sifarişlərin çatdırılmaması məsələsi ilə bağlı qanun pozuntusuna Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində tədbir görülməsi, cavabdeh tərəfindən ümumilikdə dəyəri 150 ABŞ dolları olan sifarişlərin təhvil verilməməsinin səbəbləri bəradə açıqlama verilməsi və cavabdehin işgüzar fəaliyyətə vurduğu maddi və mənəvi ziyanının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 112.1 və 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat qaydasında yalnız qiymətləndirilən iddia tələbləri irəli sürülə bilər. Halbuki iddiaçı qiymətləndirilən və qiymətləndirilməyən iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdehin işgüzar fəaliyyətə vurduğu maddi və mənəvi ziyanının ödənilməsi hissəsində iddianın obyekti müəyyən oluna bilmir. Belə ki, iddiaçı hansı məbləğdə maddi və mənəvi zərərin tutulması ilə bağlı müraciət etdiyini göstərməmişdir. Digər tərəfdən, iddia tələbi mülki məhkəmə icraatı çərçivəsində çəkişmə və dispozitivlik prinsiplərinə müvafiq olaraq iddiaçı tərəfindən müəyyən edilir. Bu zaman iddia tələbinin qeyri-dəqiq ifadə edilməsi və ya iddia tələbinin müəyyən edilməsini məhkəməyə həvalə etmək yolverilməzdir. Bu mənada iddiaçının cavabdeh tərəfindən sifarişlərin çatdırılmaması məsələsi ilə bağlı qanun pozuntusuna Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində tədbir görülməsi, cavabdeh tərəfindən ümumilikdə dəyəri 150 ABŞ dolları olan sifarişlərin təhvil verilməməsinin səbəbləri bəradə açıqlama verilməsi tələbləri qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məzmunla bağlı tələblər pozulmaqla verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2036/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2036/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver