Məhkəmə qərarları › İş №e-2-2(113)-2039/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2039/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2039/2021 03.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı tütün məmulatlarının və alkoqollu içkilərin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, alış dəyəri 6666,20 manat olan 2186 qutu tütün məmulatları, alış dəyəri 16943,40 manat olan 608 ədəd alkoqollu içkilər, o cümldən alış dəyəri 105,40 manat olan 6 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 10.03.2021-ci il tarixli **********3345 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən ünvan 1 ünvanda yerləşən fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markası ilə markalanmalı olan lakin markalanmamış alış dəyəri 6666,20 manat olan 2186 qutu tütün məmulatları, alış dəyəri 16943,40 manat olan 608 ədəd alkoqollu içkilər (o cümlədən Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021ci il tarixli 5/240 nömrəli Ekspert arayışına əsasən alış dəyəri 105,40 manat olan 6 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər) aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi Cavabdeh barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” 10.03.2021-ci il tarixli DVX seriyalı№ 000353 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı(nişanlanmalı) malların götürülməsi barədə” 10.03.2021-ci il tarixli VN seriyalı№ 000083 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh iddianı etiraf etdiyini bildirdi. İş materiallarında olan: - Markalanmalı malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair 10 mart 2021-ci il tarixli, 000353 nömrəli aktdan görünür ki, Cavabdeh məxsus aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış məmulatları aşkar edilmişdir. - “Markalanmalı(nişanlanmalı) malların götürülməsi barədə” 10.03.2021-ci il tarixli VN seriyalı№ 000083 nömrəli Protokol tərtib edilərək aşkar edilmiş məhsullar vergi ödəyicisindən götürülmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlıməhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. - 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə məxsus obyektdə operativ nəzarət tədbiri həyata keçirilərkən aksiz markası ilə markalanmalı olan markalanmamış alış dəyəri 6666,20 manat olan 2186 qutu tütün məmulatları, alış dəyəri 16943,40 manat olan 608 ədəd alkoqollu içkilər, o cümldən alış dəyəri 105,40 manat olan 6 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkar edilərək götürülmüşdür. Həmin malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, alış dəyəri 6666,20 manat olan 2186 qutu tütün məmulatları, alış dəyəri 16943,40 manat olan 608 ədəd alkoqollu içkilər, o cümldən alış dəyəri 105,40 manat olan 6 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar