Məhkəmə qərarları › İş №e-2-2(113)-204/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-204/2020

28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-204/2020 28.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 610 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC X6 arasında 043/18 saylı, 31 yanvar 2018-ci il tarixli malların satışı haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən X6 diler olaraq İddiaçı MMC-dən satmaq üçün mobil telefon almışdır. Cavabdeh X6 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və onun İddiaçı MMC-yə borcu yaranmışdır. X3 xx.xx.2019-cu il tarixinə İddiaçı MMC-yə olan borcu 610 (altı yüz on) manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh X2 610 (altı yüz on) manat borc məblıği və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1450/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması, e-2-2(81)-1450/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş: - xx xxxxxx 2018-ci il tarixli malların satışı haqqında müqaviləsininsurətindən görünür ki, tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi və malların dəyərinin ödənilməsini öz üzərinə görürür. - xx.xx.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, X3 həmin tarixə 31 yanvar 2018-ci il tarixli malların satışı haqqında müqavilə üzrə 610 manat məbləğində borcu vardır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasənfiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 385.1-ci maddəsinə əsasənöhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 427.3-cü maddəsinə əsasənəgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəməmişdir. Ona görə dəiddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiticavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh X2 610 (altı yüz on) manat borc məbləği və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinəərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində BakıKommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar