Məhkəmə qərarları › İş №e-2-2(113)-204/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-204/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-204/2021 26.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı (Azərbaycan Respublikası Millli Elmlər Akademiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 65.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tiarixli LO/18-01№-li “Tərəfdaşlıq müqaviləsi” bağlanmışdır. Sözügedən müqavilənin 1.1.-ci bəndində İddiaçı MMC innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün “xxxx”xxxx“xxxx№ MMC isə İddiaçı MMC-nin verdiyi maliyyə dəstəyini innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün sərf etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.3-cü bəndində – öhdəliyini vicdanla yerinə yetirib İddiaçı MMC-nin ödədiyi maliyyə vəsaiti əsasında görüləcək işlərdən əldə olunacaq gəlirlərin bölüşdürülməsi, qarşılıqlı razılaşma əsasında Müqaviləyə gələcəkdə əlavə ediləcək “Əlavə Razılaşma” sənədində göstəriləcək şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3-cü bəndində maliyyə vəsaitinin ödənişi ilkin olaraq 80.000 manat müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı əsasında 80.000 manat vəsait “xxxx” MMC-nin bank hesabına köçürülmüşdür. Bundan sonra İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tarixli Müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixli “Razılaşma protokolu” imzalanmış, həmin sənədlə müqaviləyə xitam verilməsi və ödənilmiş 80.000 manat məbləğində vəsaitin geri qaytarılması razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli razılaşmanın icrası qaydasında xx.xx.2019-cu ilə tarixdə “xxxx” MMC tərəfindən geri ödənilməli olan 80.000 manat məbləğində vəsaitin 15.000 manat hissəsi İddiaçı MMC-yə bank hesabından köçürmə vasitəsilə ödənilmişdir. xx.xx.2019-cu il tarixli razılaşmada 80.000 manat məbləğində vəsaitin hissəvi ödənişi nəzərdə tutulmasa da, xx.xx.2019-cu il tarixli ödənişdən sonrakı dövrdə qalan hissənin ödənilməsi barədə müəssisə rəhbərliyinin vədinə güvənərək ödənişi gözləmişlər. Bir neçə dəfə ödəniş barədə müraciət etdikdə, öhdəliyin yaxın zamanda icra olunacağına vəd verilmişdir. Lakin hazırkı vaxtadək ödəniş olunmamışdır. Beləliklə, hazırkı vaxta “xxxx” MMC-nin İddiaçı MMC-yə 65.000 manat ödənilməmiş borcu qalmışdır. Bu barədə sonuncu danışıqlardan sonra xx.xx.2020-ci il tarixdə müəssisələr arasında üzləşmə aktı da tərtib olunmuş, lakin keçən müddət ərzində yenə də öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Hazırkı vəziyyətdə daha artıq gözləməyin maddi cəhətdən onlara böyük zərər vura biləcəyini nəzərə alaraq, xx.xx.2020-ci il tarixdə cavabdehə pretenziya göndərilmiş, 3 bank günü ərzində İddiaçı MMC-yə ödənilməmiş 65.000 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişlər. Əks təqdirdə, ödənilməmiş 65.000 manat məbləğində vəsaitin, əldən çıxmış faydanın və məhkəməyə müraciətlə bağlı əlavə xərclərin “xxxx” MMC-dən tutulmasına dair müvafiq qaydada məhkəmədə iddia qaldırılacağı cavabdehin diqqətinə çatdırılmışdır. Sonuncu xəbərdarlıq – pretenziyaya cavabdeh tərəfindən xx.xx.2020-ci ildə cavab verilərək bildirilmişdir ki, “xxxx” MMC 65.000 manat vəsaitin ödənilməsindən heç zaman yayınmamışdır. Lakin respublikada yayılmış pandemiya şəraitində müəssisənin maliyyə çətinlikləri yarandığından, eləcə də “xxxx” MMC-yə borclu olan digər şəxslərdən vəsaitlər daxil olmadığından İddiaçı MMC qarşısında öhdəliyin icrasında fasilə yaranmışdır. 3 gün müddətində vəsaitin tam ödənilməsi mümkünsüz olsa da, «xxxx» MMC olaraq qısa müddətdə qalıq vəsaitin ödənilməsi təmin ediləcəkdir. Göründüyü kimi, cavabdeh tərəfindən borcun ödəniləcəyinə dair yenə də qeyri-müəyyən vəd verilmiş, pretenziya tələbi icra olunmamışdır. Bundan sonra iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia tələbinə baxılıb həll edilənədək cavabdeh «xxxx» MMC-nin h/h AZ14İBAZ******************** VÖEN: ********** Azərbaycan Beynəlxalq Bankı ASC Mərkəzi filialı Kod: 805722 m/h: AZ03NABZ******************** SWİFT: İBAZ2AZ2X ********** hesabına 65000 (altmış beş min) manat həddində həbs qoyulması və pul vəsaitinin (vergi və məcburi dövlət ödənişləri istisna olmaqla) üçüncü şəxslərə köçürülməsinin cavabdehə qadağan olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh «xxxx» MMC-nin h/h AZ14İBAZ******************** VÖEN: ********** Azərbaycan Beynəlxalq Bankı ASC Mərkəzi filialı Kod: 805722 m/h: AZ03NABZ******************** SWİFT: İBAZ2AZ2X ********** nömrəli hesablaşma hesabında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 65.000 manat həcmində həbs qoyulmuşdur. Sonradan məhkəmə iclasında tərəflərin nümayəndələri məhkəməyə yazılı ərizələri təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə maraqlarına toxunan şəxs Azərbaycan Milli Elmlər Akademiyası qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2294/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktının maraqlarına toxunan şəxs Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2294/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Milli Elmlər Akademiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin tədbiri kimi cavabdehin ərizədə göstərilən bank hesablarının üzrərinə 65.000 manat həddində həbs qoyulmasını və pul vəsaitinin (vergi və məcburi dövlət ödənişləri istisna olmaqla) üçüncü şəxslərə köçürülməsinin cavabdehə və bu banklara qadağan olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-nin Azərbaycan X1 AZ04İBAZ******************** saylı hesablaşma hesabına və “xxxx” ASC-nin Xətai filialında olan AZN, EUR, USD, Rubl/USD hesablarına - AZ91AİİB********************; AZ61AİİB********************, AZ81AİİB********************, AZ73AİİB******************** (Rubl), AZ81AİİB******************** (USD), AZ76AİİB******************** saylı hesablaşma hesablarında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 65.000 manat həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və və vəkili məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli LO/18-01 saylı tərəfdaşlıq müqaviləsinə əsasən İddiaçı MMC innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün “xxxx”xxxx“xxxx” MMC isə İddiaçı MMC-nin verdiyi maliyyə dəstəyini innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün sərf etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən öhdəliyini vicdanla yerinə yetirib İddiaçı MMC-nin ödədiyi maliyyə vəsaiti əsasında görüləcək işlərdən əldə olunacaq gəlirlərin bölüşdürülməsi, qarşılıqlı razılaşma əsasında müqaviləyə gələcəkdə əlavə ediləcək əlavə razılaşma sənədində göstəriləcək şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən vəsaitin ödənişi ilkin olaraq 80.000 manat müəyyən edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişir. “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli razılaşma protokoluna əsasən tərəflər xx xxxxxx 2018-ci il tarixli tərəfdaşlıq müqaviləsinə xitam verilməsi və ödənilmiş 80.000 manat vəsaitin geri qaytarılması barədə razılığa gəlmişlər. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli 101/18 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin hesabına 80.000 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə 15.000 manat pul vəsaiti ödənilmiş, qalıq borc isə 65.000 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə “xxxx” MMC-yə müraciət edərək 65.000 manat məbləğində borcunun 3 bank günü ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tarixli tərəfdaşlıq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 80.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli razılaşma protokoluna əsasən tərəfdaşlıq müqaviləsinə xitam verilmiş və cavabdeh həmin müqaviləyə əsasən ona ödənilmiş 65.000 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən razılaşma protokoluna əsasən götürülmüş öhdəlik qismən icra edilmiş, 80.000 manat məbləğində borcunun yalnız 15.000 manat hissəsi iddiaçıya ödənilmiş, 65.000 manat hissəsi isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC tərəflər arasında imzalanmış razılaşma protokoluna əsasən ona qaytarılmalı olan 65.000 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 65.000 (altmış beş min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar