Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2044/2023 28.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. AR Mülki Prosessua Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsindən məlum olur ki, iddia ərizəsi vətəndaşın işgüzar nüfuzunun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi haqqındadır və iddiaçı vergi ödəyicisidir. Bununla belə iddia ərizəsinin məzmunundan məlum olur ki, tərəflər arasında olan mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir. Belə olan halda isə məhkəmə hesab edir ki, mülki iş üzrə məhkəmə mübahisəsində tərəflərin subyekt tərkibi deyil həm də mübahisənin xarakteri nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2044/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2044/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver