Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2047/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnə olan 109990,90 manat borcunu ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 19-00084 saylı alqı-satqı müqaviləsi və malların adlarını, miqdarlarını, qiymətlərini, yekun dəyərini, malların təhvil verilməsini və dəyərinin ödənilməsini özündə əks etdirən həmin müqavilənin tərkib hissəsi olan xx.xx.20xx xxxxxxx 876106,77 manat (ƏDV daxil) dəyərində X2 bağlanmışdır. Həmin X2nun 3-cü bəndində təhvil verilmiş malların ödəniş şərti: Alıcı tərəfindən 30% əvvəlcədən, 70% məbləğ isə mallar təhvil verildikdən sonra 14 gün müddətinə satıcının hesabına köçürmə yolu ilə ödənilməlidir. X2 şərtində görsəndiyi kimi Qoşmaya əlavə etdikləri Təhvil-təslim AKT-ları ilə malların hamısı vaxtında təhvil verilmişdir. Lakin 109990,90 manat məbləğ ödənilməmiş olaraq qalır. Bununla bağlı firmalarında Vergi öhdəliklərinin və digər firmalar qarşısında olan öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaranmışdır. Borcun vaxtında ödənilməsi ilə bağlı, xx.xx.2020 tarixdə ünvana və xx.xx.2020 tarixdə X4 Online Kargüzarlıq bölməsindən göndərilmiş məktublarına nə cavab verilmiş nə də borc ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxxx 2019-cu il tarixli, 19-00084 nömrəli alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavə olan xx.xx.2019 tarixli X1 görünür ki, satıcı - İddiaçı MMC müxtəlif çeşiddə 876106,77 manat (ƏDV daxil) dəyərində metalı (bundan sonra – mal) alıcıya - Cavabdeh MMC-yə təhvil verməyi (satmağı), Alıcı – Cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödənilməsi şərti ilə təhvil almağı öz öhdəsinə götürmüşdür. Təhvil-Təslim aktlarından görünür ki, İddiaçı MMC tərəfindən müxtəlif miqdarda və adda olan mallar "Cavabdeh" MMC-yə təhvil verilmişdir İddiaçı MMC tərəfindən verilən EBAE seriyalı 188154 nömrəli, xx.xx.2019-cu il tarixli və EBAE seriyalı 720497 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı MMC ümumi dəyəri 876106,76 manat (vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 133643,4 manat) məbləğində olan müxtəlif adda metallar (mallar) alıcı "Cavabdeh" MMC-yə satılmışdır. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, "Cavabdeh" MMC-yə 876106,76 manat (o cümlədən 133643,4 manat ƏDV daxil) məbləğində mal satılmış, 766115,86 manat (o cümlədən 133643,4 manat ƏDV daxil) ödəniş edilmiş, "Cavabdeh" MMC-nin 109990,90 manat borcu qalmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələri). Göründüyü kimi İddiaçı MMC və cavabdeh "Cavabdeh" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı 109990,90 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Cavabdeh" MMC-dən 109990,90 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən 109990,90 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2047/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2047/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver