Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2049/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” ASC-nin Abşeron rayonu, Güzdək kəndində yerləşən ona məxsus olan Daş Karxanasında xx xxxx 2020-ci il tarixdə tərtib etdiyi akta əsasən hesablanmış 13700 manat borcun silinməsi vəzifəsinin “xxxxxxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında mişar daşı kəsib satmaqla məşğuldur. xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Daş Karxanasının ərazisinə daxil olaraq akt tərtib etmişlər və 13700 manat elektrik sərfıyyatı borcu yazmışlar, eləcə də istehsalat sahəsinə gələn elektrik xəttini kəsməklə işi tam dayandırmışlar. Akt iddiaçıya sonradan təqdim edilmişdir. Cavabdehin qayda qanunlara zidd hərəkətlərlə əmək kollektivinin işi dayandırılmış və ona külli miqdarda maddi zərər dəymişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 13700 manat məbləğində zərər iddiaçıya xx xxxx 2020-ci il tarixli, NDQ 007522 №-li akta əsasən hesablanmışdır. Həmin akt tərtib olunarkən sayğaca müdaxilə aşkar edilməmişdir, qeyd olunmuşdur ki, müdaxilə imkanları var. Həmçinin, sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə protokolda müxtəlif vaxtlarda yük olmadığı qeyd olunmuşdur. İddiaçıya məxsus müəssisə daş karxanasıdır və daimi işləməsi mümkün deyildir. Belə ki, karxana yalnız verilən sifarişlər əsasında işləyir, sifariş olmadıqda isə fəaliyyət göstərmir. Müxətlif vaxtlarda yükün olmaması əsası ilə də zərərin hesablanması əsassızdır. Yəni, akt və protokol ehtimallar əsasında tərtib olunmuş və buna görə zərər hesablanmışdır. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, akt tərtib olunan zaman iddiaçı tərəfi Əlihəsənov Abbas adlı şəxs təmsil etmişdir. Köhnə sayğac demontaj olunmuş, yenisi ilə əvəz edilmişdir. Aktda sayğacın laboratoriyaya aparılması qeyd edilmişdir. Laborotriyada isə müxtəlif vaxtlarda yükün olmadığı və müdaxilə imkanlarının mövcudluğu aşkar olunmuş və buna görə də zərər hesablanmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: -xx xxxx 2020-ci il tarixli, 007522 saylı NDQ aktına əsasən EEİO-ya uyğun sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac və cərəyan transfarmatorların yerləşdiyi qutuya daxil olan tranfarmatorun OUKO-luq tərəfindən çıxan kabel xətti yuxarı və aşağı sürüşdürülmüşdür. Sayğacın yenisi ilə vəvəz edilməsi və çıxarılan sayğacın daxili yaddaşı laboratoriya şəraitində rəy verilməsi qərara alınmışdır. -xx xxxx 2019-cu il tarixli “xxxxxxxx” ASC-nin akt komissiyasının sədrinin icra vərəqinə əsasən yoxlama zamanı sayğac və cərəyan transfarmatorlarının yerləşdiyi qutuya daxil olan tranfarmatorun 0.4 kv-luq tərəfindən çıxan kabel xətti yuxarı və aşağı sürüşdürüldükdə sayğacı qidalandıran gərginlik komutasiya naqillərinin bağllandığı hissələr qutudan xaricə çıxdığı və müdaxilə imkanlarının olmasının məlum olduğu və 13703 manat ödənilməli olduğu qeyd olunmuşdur. - 188554 №-li sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə protokolda qeyd olunmuşdur ki, sayğac normal buraxılan xəta ilə işləyir, müxtəlif vaxtlarda yük olmadığı aşkar edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. - 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. - 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx xxxx 2020-ci il tarixli, 007522 saylı NDQ aktına əsasən EEİO-ya uyğun sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac və cərəyan transfarmatorların yerləşdiyi qutuya daxil olan tranfarmatorun OUKO-luq tərəfindən çıxan kabel xətti yuxarı və aşağı sürüşdürülmüşdür. Sayğacın yenisi ilə vəvəz edilməsi və çıxarılan sayğacın daxili yaddaşı laboratoriya şəraitində rəy verilməsi qərara alınmış və xx xxxx 2019-cu il tarixli “xxxxxxxx” ASC-nin akt komissiyasının sədrinin icra vərəqinə əsasən yoxlama zamanı sayğac və cərəyan transfarmatorlarının yerləşdiyi qutuya daxil olan tranfarmatorun 0.4 kv-luq tərəfindən çıxan kabel xətti yuxarı və aşağı sürüşdürüldükdə sayğacı qidalandıran gərginlik komutasiya naqillərinin bağllandığı hissələr qutudan xaricə çıxdığı və müdaxilə imkanlarının olmasının məlum olduğu və 13703 manat ödənilməli olduğu qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bunan başqa, saycağa müdaxilə olmadığı halda, yalnız müxtəlif vaxtlarda yük olmaması və müdaxilə imkanlarının olması əsası ilə zərər hesablanmasınının heç bir əsası yoxdur. Mübahisə predmeti olan akta əsasən 13703 manat zərər hesablansa da, iddia tələbində 13700 manat manat məbləğində borcun silinməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx xxxx 2020-ci il tarixli, NDQ 007522 №-li akta əsasən hesablanmış 13700 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2049/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2049/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver