Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-205/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh X4 iştirakı ilə, İddiaçı X5 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 3740 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik (2 il) 5% hesablanmaqla 374 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ümumilikdə 4144 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 02 may 2018-ci il tarixində 211.00928 nömrəli alqı-sat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 13 fevral 2019-ci il tarixində tərtib olunan və cavabdeh tərəfindən imzalanan üzləşmə aktına əsasən X4 müqavilə üzrə İddiaçı MMC-yə 3740 manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Borcun olması faktı cavabdehin Bakı şəhər Prokurorluğuna vermiş izahatda öz təsdiqini tapmışdır. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Həmçinin, tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, dəyəri 3740 manat məbləğində olan tikinti materiallarını almamış, üzləşmə aktında olan yazılar isə onun tərəfindən yazılmamışdır. Materialların onun tərəfindən alınmasını təsdiq edən qəbz, qaimə və ya digər sənədlər yoxdur. Prokurorluqda izahat verərkən ona təzyiq göstərilməsə də ilk dəfə orada olduğuna görə həyəcanlı olmuş və buna görə də borcunun olmasını etiraf etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - 02.05.2018-ci il tarixli. 211.00928 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC istehsal və topdan satş olunan malları X1 və alıcı kimi sonuncuda müqavilədən qeyd olunan malın satış qiymətini müəyən edilən məbləğdə və şərtdə ödəməyi öhdəsinə götürmüşdür. - 13.02.2019-cu il tarixli üzləşmə aktından görünür ki, X6 İddiaçı MMC-yə 3740 manat borcunun olduğunu etiraf etmişdir. - X4 Bakı şəhər prokurorluğuna verdiyi izahatda qeyd olunmuşdur ki, “...İddiaçı MMC-dən şpaklovka, kafel sementi, ara doldurucu, izolatekslər, penoplast və sair məhsullar alımışam. Almış olduğum mallar mənə qaimə ilə verilmiş, mallara görə pullar dərhal və ya 1-2 gün fasilə olmaqla nağd şəkildə satış təmsilçilərinə ödənilmişdir. Mənim MMC-yə 3740,02 manat borcum qalsa da, faktiki olaraq bu o qədər deyil. Belə ki, onlara qaytarılası mallarım var ki, bu barədə MMC-nin satış müdiri Həsən müəllimə demişəm...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş 13 fevral 2019-cu il tarixli üzləşmə aktı ilə cavabdehin 3740 manat borcunun olduğunu etiraf edilmiş, həmin aktın əsli məhkəməyə təqdim olunmuşdur. Məhkəmə-xətşünaslıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 4/1364 №-li rəyində qeyd olunmuşdur ki, Ekspertizaya təqdim edilmiş 13 fevral 2019-cu il tarixli üzləşmə aktında “Hüquqi və fiziki şəxs: “ qrafasındakı “Qoça Təhməzov D o” yazıları və imza X6 tərəfindən icra olunmuşdur. Bundan sonra X6 rəyin eksperimental xətt nümünələri hissəsində tədqiqat aparılmadan verilməsini bildirərək təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin olunması barədə vəsatət vermiş və vəsatət təmin olunaraq təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 25 aprel 2022-ci il tarixli, 4/482 №-li rəyində qeyd olunmuşdur ki, “....ekspertizaya təqdim edilmiş, işin 58-ci vərəqində olan 13.02.2019cu il tarixli Üzləşmə aktında “Hüquqi və fiziki şəxs: “ qrafasındakı “Qoça Təhməzov D o” yazıları və qarşısındakı imza - X6 tərəfindən icra olunmuşdur. “...“Qoca Təhməzovun KARTAŞ LTD-yə - 3740- Azn üç min yeddi yüz qırx manat borcu vardır.” yazıları - X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” Cavabdehin iddiaya etirazını 3740 manat məbləğdə tikinti materiallarının alınmaması və həyacanlı olduğundan borc məbləğinin Bakı şəhər prokurorluğuna verdiyi izahatda etiraf etməsi təşkil etsə də, məhkəmə iclasında Bakı şəhər prokurorluğuna izahat verərkən ona hər hansı formada təyziq göstərilmədiyini qeyd etmişdir. İşdən də göründüyü kimi cavabdehin iddiaçıya borcunun olması faktı tərəflər arasında tərtib edilmiş üzləşmə aktında və cavabdehin Bakı şəhər prokurorluğuna verdiyi izahatda əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaya etirazın əsasını təşkil edən hallar - cavabdehin həm üzləşmə aktını imzalayarkən məzmunu ilə tanış olmaması, həmçinin, izahatı hər hansı təzyiq olmadan imzalasa da həyəcanlı olduğundan borcu etiraf etməsi inandırıcı deyildir və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsi gecikdirildiyinə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi barədə iddiası təmin edilsin. 3740 manat məbləğində əsas borc və əsas borca münasibətdə illik 5% hesablanmaqla 374 manat olmaqla ümumilikdə 4114 manat məbləğində pul vəsaiti X3 tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti X3 tutularaq İddiaçınə ödənilsin. Məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-205/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-205/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver