Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2054/2020 21.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin və abunəçiliyin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin və abunəçiliyin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə onun arasında bağlanan xx.xx.2018-ci il tarixli 070843 saylı müqavilənin xx.xx.2020-ci il tarixindən ləğv edilməsi, onun adına (Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev 2 olan 04/69-1 saylı abunə kodundan adının çıxarılması (abunəçiliyin ləğvi), iddia tələbinin təmin edilməsi vəzifəsinin “xxxx” ASC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini notariat qaydada bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2018-ci il tarixli icarə müqavilələri ilə icarəyə götürüb fərdi sahibkar kimi işlətmişdir. Daha sonra xx.xx.2018-ci il tarixdə “xxxx” ASC ilə arasında 070843 nömrəli enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli notariat qaydada bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 568-ci məhəllə 2, yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 42A-ünvanında yerləşən ümumi sahəsi 194.9 kv/m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixdə 3 saylı Asan Xidmət Mərkəzində notariat ofisində təsdiq edilmiş 3M/819 reyestrli icarə müqaviləsi ləğv edilmişdir, eyni zamanda göstərilmişdir ki, İddiaçı icarə müqaviləsinin ləğv edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən sonrakı kommunal xidmətlərlə bağlı öhdəliklərə, borclara, o cümlədən elektrikdən, qazdan, sudan istifadə ilə bağlı yaranmış borclara görə məsuliyyət daşımır. Həmin qeyri-yaşayış sahəsinin də icarəsi mülkiyyətçi tərəfindən başqa şəxsə verilmişdir. Hazırda başqa şəxs həmin qeyri-yaşayış sahəsinin icarəsini həyata keçirir. Artıq icarə müqaviləsinin ləğvindən sonra abonent adının ləğvi üçün Asan Kommunal Mərkəzinə müraciət edəndə ona orada bildirdilər ki, borc olduğu üçün abonent adının ləğvi mümkün deyil. Halbuki borc olduğunu həmin mərkəzdə öyrənmişdir. Bundan sonra icarə müqaviləsinin ləğvini əsas gətirərək xx.xx.2018-ci il tarixli elektrik enerjisinin alqı satqı müqaviləsinin ləğvi, həmin müqavilədə göstərilən 04/69-1 abonent kodunun adından onun adının çıxarılması (abunəçiliyin ləğvi) barədə “xxxx” ASC-yə yazılı müraciətlər etdim. Həmin müraciətlərə “xxxx” ASC-nin “Asan Xidmət”lə İş və X2 11-01/11/S- 104/1/1622 saylı, xx.xx.2020-ci il tarixli və “xxxx” ASC-nin X4 7-01/08-07/S-104/1/1698 saylı, xx.xx.2020-ci il tarixli məktubları ilə cavab verərək bildirmişlər ki, “Abonent etirazları üzrə mərkəzi Komissiya”da 04/69-1 saylı kod altında qeydiyyatda olan qeyri-yaşayış sahəsinin Abunə haqqında məlumat vərəqi təhlil edilmişdir. Qeyd olunan 19553,75 manat debitor borcun “BarMek” dövrünə, yəni 2002-2006-cı illərə aid olduğu müəyyənləşdirilmişdir. Göstərilən məbləğin ödənişi Sizdən yalnız, Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə Arayış alınarkən tələb olunur. Hesab edir ki, “xxxx” ASC abunəçiliyin ləğvini təmin etməməsi qanunsuzdur, əsassızdır və hüquqlarının kobud surətdə pozulmasıdır. Yuxarıda o, 2014-cü ildən sayğacın quraşdırıldığı qeyri-yaşayış sahəsindən istifadə etmişdir, sonradan qeyri-yaşayış sahəsindən sayğacın binanın pilləkən qəfəsində quraşdırıldıqdan sonra onunla “xxxx” ASC arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Nə 2014-cü ildə elektrik enerjisinin istehlakı zamanı, nə də 2018-ci ildə müqavilə bağlanarkən həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisinə görə 2002-2006-cı illərə aid borc haqqında ona şifahi və ya yazılı məlumat, yaxud hər hansısa bildiriş verilməmişdir. Ümumiyyətlə həmin borc haqqında məlumatı adına olan abunəçiliyin ləğvini istədikdə 2020-ci ilin aprel-may aylarında almışdır. İddia ərizəsinə əlavə etdiyi icarə müqavilələrinin, icarə müqaviləsinin xitamı barədə müqavilənin, həmçinin elektrik enerjisinin alqı-satqı müqaviləsindən aydın görünür ki, o, həmin qeyri-yaşayış sahəsindən və elektrik enerjisindən hansı tarixlərdə istifadə etmişdir. Həmçinin “xxxx”ASC onun abunəçiliyinin ləğvi barədə müraciətinə verdiyi cavabında da 04/69- 1 kod altında qeydiyyatda olan abunənin debitor borcunun “Barmek” dövrünə, yəni 2002-2006-cı illərə aid olduğunu təsdiq edir. Bu halda sual yaranır ki, elektrik enerjisindən istifadə etməyə başlayan zaman və müqavilə bağlanan zaman niyə ona borc haqqında məlumat verməyiblər? Əgər “xxxx” ASC-nin cavabında deyildiyi kimi göstərilən məbləğin ödənişi ondan yalnız, Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə Arayış alınarkən tələb olunurdusa, onda yenə sual yaranır ki, 2014-cü il tarixdən ona elektrik enerjisi verilirdisə və 2018-ci il tarixdən müqavilə bağlananda abunə vərəqində onun adı qeyd olunanda 2002-2006-cı illərə aid borc var idisə niyə adını abunə vərəqəsinə əlavə etmişlər və yaxud niyə həmin borcu əsas gətirib abunə adının dəyişdirilməsinə icazə vermişlər və abunə vərəqsində adın dəyişdirilməsindən imtina etməmişlər? Həmçinin işlədiyi müddətdə də həmin borc haqqında heç bir məlumat verməyiblər. Eyni zamanda borc 2002-2006-cı illərə aid olduğu üçün o həmin borca görə öhdəlik daşıya bilməz, həmin borc məbləği abonent adından adının çıxarılmaması üçün səbəb ola bilməz. Çünki xx.xx.2014-cü ildən icarə müqaviləsinin ləğv edildiyi tarixədək yəni, xx.xx.2020-ci il tarixədən elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləğini tam ödəmişdir. Həmin tarixə heç bir borcu qalmamışdır. Hətta yuxarıda qeyd etdiyi icarə müqaviləsinin ləğvi barədə notariat qaydada bağlanmış müqavilədə də bu barədə qeyd verilmişdir. Həmçinin iddia ərizəsinə əlavə etdiyi ödəniş tapşırığlarının və “xxxx” ASC-nin ona təqdim etdiyi bildirişin surətlərindən də aydın görünür ki, 2002-2006-cı illərə aid borc barədə (hansı ki ona aid deyildir) ona heç bir məlumat verilməyib. Həmçinin bildiriş verməməkləri ilə özləri təsdiq edirlər ki, mübahisəli borc ona aid deyildir və həmin borca görə öhdəlik daşıya bilməz, ona aid olan borcları tam ödəmişdir. Abunəçiliyinin ləğvindən imtina edilməsinə əsas olan 19553,75 manat borcun “Barmek” dövrünə, yəni 2002-2006-cı illərə aid olması faktını sübut etməklə bağlı neqativ öhdəliyi vardır, çünki həmin borcun həmin dövrlərə aid olmasını “xxxx” ASC müraciətlərinə verdiyi cavabında özü təsdiq edir. Həmin məktubların əsli və abunə haqqında məlumat verən sənədlər də iddia ərizəsinə əlavə edilmişdir. Əvvəllər “xxxx” ASC-ə mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə yuxarıda qeyd etdiyi müraciətlərə müsbət cavab vermədiklərinə baxmayaraq yenə də xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-ə xx.xx.2018-ci il tarixli elektrik enerjisinin alqısatqı müqaviləsinin ləğvi, həmin müqavilədə göstərilən 04/69-1 saylı abonent kodunun adından İddiaçı adının çıxarılması (abunəçiliyin ləğvi) üçün mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə yazılı pretenziya məktubu göndərilmişdir və həmin tarixdə də pretenziya məktubu “xxxx” ASC tərəfindən qəbul edilmişdir. Lakin yenə də həmin pretenziya məktubuna müsbət cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək bildirdi ki, qarşı tərəf nəyi istifadə edibsə onun dəyərini ödəyib. Borc onlara yazılmayıb. İş materiallarında iki məktub var. Hər iki məktubda bildirilmişdir ki, borcun dəyəri 19553.75 manat təşkil edir və borc 2002-2006-cı illər üçün hesablanıb. Borcun İddiaçı heç bir aiddiyyəti yoxdur. Borc Barmekin borcudur. Dondurulmuş borcdur. Həmin borcu nə silinə, nə də tələb edilə bilməz. Abonent gərək idarədən borcun ona aid olmamasına dair arayış alsın. Sonda R.T.Hüseynova iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Səfərov Tofiq Əliövsət oğlu (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 195.5 kv.m olan qeyriyaşayış sahəsini icarəçiyə icarəyə verir. X7 və X6 (icarəyə verənlər) ilə İddiaçı (icarəçi) arasında bağlanan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 297.5 kv/m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hər biri 1/3 hissə olmaqla, ümumilikdə 2/3 hissəni icarəçiyə icarəyə verirlər. xxxx ASC və İddiaçı arasında bağlanan enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2018-ci il tarixli 070843 nömrəli müqaviləsindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydalarını” rəhbər tuturlar. Hesablaşma elektrik sayğacları 04 Kv gərginlik tərəfində. Sayğac pilləkən qəfəsində quraşdırılıb. TM-711. X7 və İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 568-ci məhəllə 2, Yeni qaydalarla AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 42A ünvanında yerləşən ümumi sahəsi 194.9 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisində təsdiq edilmiş 3M/819 reyestrli icarə müqaviləsi ləğv edilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən, İddiaçı icarə müqaviləsinin ləğv edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən sonrakı kommunal xidmətlərlə bağlı öhdəliklərə, borclara, o cümlədən elektrikdən, qazdan, sudan istifadə ilə bağlı yaranmış boclara görə məsuliyyət daşımır. “xxxx” ASC tərəfində T.Ə.Səfərova ünvanlanan xx.xx.2013-cü il tarixli, TMX-13/0364 nömrəli məktubdan görünür ki, müraciət nəzərə alınaraq obyektin elektrik təchizatının mövcud sxemlə yerinə yetirilməsinə “xxxx” ASC etiraz etmir, bununla əlaqədar “xxxx” ASCdən istismara buraxılma aktı alınmalı, “xxxx” ASC ilə enerji alqı-satqı müqaviləsi bağlanmalıdır. “ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən mağaza) verilən BA-13/616 saylı xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, o həqiqətən “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli TMX-13/0364 nömrəli texniki şərti yerinə yetirmişdir, obyektin şəbəkəyə qoşulmasına etiraz edilmir. xx.xx.2020-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, qeydiyyat tarixi xx.xx.2018-ci il olan icarə müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilib qeydi aparılmışdır. xxxx ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, “Abonent etirazları üzrə mərkəzi Komissiya”da 04/69-1 saylı kod altında qeydiyyatda olan qeyri-yaşayış sahəsinin Abunə haqqında məlumat vərəqi təhlil edilmişdir. Qeyd olunan 19553.75 manat debitor borcun “BarMek” dövrünə, yəni 2002-2006-cı il tarixə aid olduğu müəyyən edilmişdir. Göstərilən məbləğin ödənişi İddiaçı yalnız Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alarkən tələb olunduğu bildirilmişdir. - 04/69-01 saylı abunə kodu üzrə Abunə haqqında arayışdan görünür ki, abonent İddiaçı BŞEŞ dövrü üçün 19553.75 manat borc yazılmışdır. Abonentin “xxxx” ASC-yə borcu yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarə müqaviləsi əsasında İddiaçı istifadəsində olmuşdur. İddiaçı həmin qeyri-yaşayış sahəsini paltar mağazası kimi istifadə etmişdir. Həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün iddiaçı və cavabdeh “xxxx” ASC arasında xx.xx.2018-ci il tarixli 070843 nömrəli elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. Elektrik enerjisindən istifadə üzrə hesablamalar 04/69-01 saylı abunə kodu üzrə abonent kimi İddiaçı adına aparılmışdır. xx.xx.2020-ci il tarixdən isə Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 42A ünvanında yerləşən ümumi sahəsi 194.9 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. İcarə müqaviləsinin ləğv edilməsinə dair müqavilənin 1.4-cü bəndinə əsasən, İddiaçı icarə müqaviləsinin ləğv edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən sonrakı kommunal xidmətlərlə bağlı öhdəliklərə, borclara, o cümlədən elektrikdən, qazdan, sudan istifadə ilə bağlı yaranmış boclara görə məsuliyyət daşımadığı razılaşdırılmışdır. Abonent haqqında məlumatdan da İddiaçı “xxxx” ASC-yə hər hansı borcunun olmadığı müəyyən edilir. Eyni zamanda “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan da görünür ki, abonent haqqında məlumatda qeyd olunan 19553,75 manat debitor borc 2002-2006-cı illərə aid borcdur. Yəni, iddiaçının xx.xx.2020-ci il tarixdən istifadəsində olmayan Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 568-ci məhəllə 2, Yeni qaydalarla AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 42A ünvanında yerləşən qeyri-yaşayış sahəsində istifadə olunan elektrik enerjisinə görə hər hansı borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.3-cü maddəsinə əsasən, əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 568-ci məhəllə 2, Yeni qaydalarla AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 42A ünvanında yerləşən qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadə üçün cavabdeh “xxxx” ASC ilə müqavilə bağlamışdır. Lakin hazırda həmin obyektdə fəaliyyət göstərməsinə əsas olan icarə müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmiş və həmin obyektdə istifadə olunan elektrik enerjisinə görə iddiaçı məsuliyyət daşımır. Müqavilənin ləğvi ilə bağlı “xxxx” ASC-yə müraciət etsə də, cavabdeh ilə müqavilənin ləğvinə dair nəticə olmamışdır. Müqavilə münasibətlərinin mövcud olması iddiaçı üçün həmin müqavilədən irəli gələn öhdəliklər və vəzifələr yaradır. Hazırki halda isə xx.xx.2018-ci il tarixli 070843 nömrəli elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar müqavilə üzrə yarana biləcək öhdəliklər üçün iddiaçının məsuliyyət daşıması onun hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Həmin qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadə edildiyi halda həmin istifadə edən istelakçı ilə alqı-satqı müqaviləsi bağlanmalıdır. İddiaçı isə həmin obyektdən istifadə etmədiyi üçün məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 070843 nömrəli elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar müqavilə xx.xx.2020-ci il tarixdən, yəni İddiaçı həmin obyektdən istifadə etdiyi son tarixdən ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 568-ci məhəllə 2, Yeni qaydalarla AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 42A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 04/69-1 saylı abunə kodu İddiaçı adınadır. Çünki xx.xx.2018-ci il tarixli 070843 nömrəli elektrik enerjisinin alqı-satqısı müqaviləsinin tərəfi olmuşdur. Lakin hazırda həmin müqavilə ləğv edildiyindən onun həmin kod üzrə abunəliyi də ləğv olunur. Çünki onun abonent statusu qazanmasının səbəbi həmin müqavilə olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 070843 nömrəli elektrik enerjisinin alqı-satqısı müqaviləsi ləğv edildiyindən İddiaçı adına (Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev 2) olan 04/69-1 saylı abunə kodundan onun adı çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018- ci il tarixli, 070843 saylı müqavilə xx.xx.2020-ci il tarixindən ləğv edilməli, İddiaçı adına (Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev 2) olan 04/69-1 saylı abunə kodundan onun adının çıxarılması vəzifəsi «xxxx» Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018- ci il tarixli, 070843 saylı müqavilə xx.xx.2020-ci il tarixindən ləğv edilsin. İddiaçı adına (Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev 2) olan 04/69-1 saylı abunə kodundan onun adının çıxarılması vəzifəsi «xxxx» Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2054/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2054/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver