Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2056/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh “X1 Evrascon” ASC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı ”xxxxcavabdeh “X1 Evrascon ” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1 Evrascin” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 iyul 2019-cu il tarixli, 060/19-RS saylı Alğısatqı müqaviləsinə əsasən 1.350.816,80 (bir milyon üç yüz əlli min səkkiz yüz ona altı manat səksən qəpik) manat əsas borcun, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1.350.996,80 (bir milyon üç yüz əlli min doqquz yüz doxsan altı manat səksən qəpik) manatın cavabdeh “X1 Evrascon” ASC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 iyul 2019-cu il tarixində İddiaçıxxxx“X1 EVRASCON” Açıq Səhmdar Cəmiyyəti arasında 060/19-RS saylı Alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçıxxxx“X1 EVRASCON” ASC-yə müqavilənin əlavəsində göstərilən mal-material dəyərlilərini satmağı, cavabdeh isə həmin malları qəbul edib, müqavilə ilə razılaşdırılmış müddətlərdə, malın haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 600.000,0 (altı yüz min) Avro + 18% ƏDV, yəni 708.000,0 (yeddi yüz səkkiz min) Avro təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən 102.000,0 Avro + 18% ƏDV ilkin ödəniş formasında, 5 bank günü ərzində cavabdeh təşkilat tərəfindən İddiaçı QSC-yə tam şəkildə ödənilməli idi. Müqavilənin 3.3-cü bəndinə əsasən isə, qalıq məbləğ 2019-cu ilin avqust ayından başlayaraq aylıq 41.500,0 Avro + 18% ƏDV olmaqla, bərabər hissələrlə 12 ay ərzində həyata keçirilməli, aylıq ödəniş hər ayın 5-dən gec olmayaraq ödənilməli idi. 3.5-ci bəndə əsasən, ödənişlər Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə həyata keçirilməlidir. İddiaçıxxxxmüqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilənin predmetini təşkil edən AVN-800 markalı mikrotunel qazma qurğusu tam komplektləşdirilmiş və saz vəziyyətdə cavabdehə təhvil verilmiş və bununla bağlı 24.08.2019-cu il tarixli təhvil-təslim aktı bağlanmışdır. Eyni zamanda, cavabdehə ödənişin edilməsi üçün İddiaçıxxxxtərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə 1.468.816,80 (bir milyon dörd yüz altmış səkkiz min səkkiz yüz on altı manat səksən qəpik) manat məbləğində 24.12.2020-ci il tarixli, EBAV seriyalı, 338512 nömrəli elektron qaimə göndərilmişdir. Elektron qaimə cavabdeh təşkilat tərəfindən qəbul edilmiş, lakin 30.12.2020-ci il tarixdə əsas məbləğ üzrə 100.000,0 (bir yüz min) və ƏDV üzrə 18.000,0 (on səkkiz min), cəmi 118.000,0 (bir yüz on səkkiz min) manat ödəniş aparılmış, qalan 1.350.816,80 (bir milyon üç yüz əlli min səkkiz yüz on altı manat səksən qəpik) manat bugünədək ödənilməmişdir. Beləliklə, cavabdeh “X1 EVRASCON” ASC-nin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödəməli olduğu borc məbləğinin həcmi 1.350.816,80 (bir milyon üç yüz əlli min səkkiz yüz on altı manat səksən qəpik) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə 01.03.2021-ci il tarixində 02/707 nömrəli pretenziya məktubu göndərilərək, borcun ödənilməsi üçün 10 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçı tərəflə aralarında yaranmış mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, daha sonra ərizələrlə müraciət edərək məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir, lakin ərizələrdə təxirə salınmanın üzrlü səbəbləri qeyd olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan “satıcı” İddiaçıxxxxilə “alıcı” olan “X1 Evrascon” ASC arasında 01.07.2019-cu il tarixdə bağlanmış 060/19-RS nömrəli alğı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya müqaviləyə əlavədə göstərilən mal-material dəyərlilərini satır, “alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. İş materiallarında olan “satıcı” İddiaçıxxxxilə “alıcı” olan “X1 Evrascon” ASC arasında 01.07.2019-cu il tarixdə bağlanmış 060/19-RS nömrəli alqı-satqı müqaviləsinə 01 saylı əlavədən görünür ki, tərəflər satılan məhsulun adı, istehsalçısı və modeli qeyd edilməklə ƏDV daxil olmaqla yekun məbləğin 708000 EUR olmasını təsdiqləmişdir. 24.08.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, AVN 800 markalı mikrotunel qazma qurğusunun tam komplektləşdirilmiş və saz vəziyyətdə X3 təhvil verilməsi barədə akt tərtib edilmiş, həmin akt İddiaçı QSC-nin Nəqliyyat Departamentinin asistenti kimi qeyd edilmiş N.Manafov,Evrascon ASC-nin tunel-tikinti sahəsinin rəisi kimi qeyd edilmiş C.Rəfiyev və Evrascon ASC-nin tunel-tikinti sahəsinin mexaniki kimi qeyd edilmiş P.Əhmədzadə tərəfindən imzalanmışdır. İş materiallarında olan 24.12.2020-ci il tarixli 338512 nömrəli EBAV seriyalı elektron qaimənin surətindən görünür ki, İddiaçı”xxxxtərəfindən “X1 Evrascon” ASC-yə 01.07.2019cu il tarixdə bağlanmış 060/19-RS nömrəli alqı-satqı müqaviləsinə əsasən 1468816,80 manat məbləğində elektron qaimə təqdim edilmişdir. İddiaçıxxxxtərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 118000 manat (ƏDV daxil) ödəniş edilmiş, “X1 Evrascon” ASC–nin 26 mart 2021-ci il tarixinədək əsas borcu 1350816,80 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçıxxxxtərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 150 manat-ödənişin əsası 454 nömrəli 29.03.21 tarixli müqavilə, təyinatı Vəkil olmaqla ödəniş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X1 Evrascon” ASC–dən 1.350.816,80 (bir milyon üç yüz əlli min səkkiz yüz ona altı manat səksən qəpik) manat əsas borc, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 1.350.996,80 (bir milyon üç yüz əlli min doqquz yüz doxsan altı manat səksən qəpik) manat tutularaq İddiaçı QSC–nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “X1 Evrascon” ASC – dən 1.350.816,80 (bir milyon üç yüz əlli min səkkiz yüz ona altı manat səksən qəpik) manat əsas borc, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi , cəmi 1.350.996,80 (bir milyon üç yüz əlli min doqquz yüz doxsan altı manat səksən qəpik) manat tutularaq «İddiaçı ” QSC–nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2056/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2056/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver