Məhkəmə qərarları › İş №e-2-2(113)-206/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-206/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-206/2021 03.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması, su dispanserlərinin, su qablarının qaytarılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "Cavabdeh” MMC-dən 2.264,61 manat məbləğində borcun, ödənilməmiş borca hesablanmış 5.037,40 manat məbləğində dəbbə pulunun, ümumilikdə isə 7.302,01 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını, istifadəyə verilmiş ümumi dəyəri 1.000 manat olan 5 ədəd "Nobel HSM 16 LBA" markalı su dispenserlərinin, ümumi dəyəri 500 manat olan 50 ədəd 19 litrlik su qablarının (bidonlarının) cavabdeh "Cavabdeh” MMC-dən alınaraq İddiaçı MMC-yə geri qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə İddiaçı MMC ilə "Cavabdeh” MMC arasında qablaşdırılmış suyun alqı-satqısına dair müqavilə bağlanılmışdır. Tərəflər arasında borcun müəyyən edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə üzləşmə aktı tərtib edilmişdir ki, həmin akta əsasən "Cavabdeh” MMC 03.01xx.xx.2019-cu il tarixləri arası dövrdə İddiaçı MMC-dən ümumi dəyəri 2.264,61 manat olan mal almışdır. xx.xx.2016-cı il tarixli KR_414/2016-cı il tarixli alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən verilmiş malın dəyəri 15 gün müddətində ödənilməlidir. Həmin müqavilə üzrə "Cavabdeh” MMC-nın aldığı mala görə İddiaçı MMC-yə 2.265,61 manat məbləğində ödənilməmiş borcu vardır. xx.xx.2016-cı il tarixli KR_414/2016-cı il tarixli müqavilənin 6.2ci bəndinə əsasən alıcı hər gecikdirilən gün üçün malın dəyərinin 0,5 faizi həcmində satıcıya dəbbə pulu ödəyir. Üzləşmə aktının tərtib edildiyi gündən, yəni xx.xx.2019-cü il tarixdən müqavilə üzrə təhvil verilmiş malın 15 gün müddətində ödənilməli olduğunu nəzərə alsaq, 445 gün keçdiyi müəyyən edilir ki, "Cavabdeh” MMC vaxtında ödəməli olduğu 2.264,61 manat borca görə İddiaçı MMC-yə 5.037,40 manat məbləğində dəbbə pulu ödəməlidir. İddiaçı MMC dəfələrlə "Cavabdeh” MMC-yə müraciət edərək, yaranmış borclrın ödənilməsini tələb etsə də, "Cavabdeh” MMC borcunu bu günə qədər də ödəməmişdir. Bununla yanaşı bağlanılmış müqavilə üzrə İddiaçı MMC içməli suyun verilməsi ilə bağlı "Cavabdeh” MMC-yə ümumi dəyəri 1.000 manat olan 5 ədəd "Nobel HSM 16 LBA"markalı su dispenserləri, ümumi dəyəri 500 manat olan 50 )ədəd 19 litirlik su bidonlarını müvəqqəti istifadəyə vermişdir ki, "Cavabdeh”MMC həmin əmlakları daİddiaçı MMC-yə qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh verdiyi izahatında iddianı qəbul etmədiyini, alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan aldığı malların bazarda baş vermiş yanğın zamanı məhv olduğunu, ona görə həmin malların dəyərini ödəməli olmadığını bildirdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, KR_414/2016 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı AZS ***-**** tələblərinə uyğun 19 litrlik polikarbonat qablara qablaşdırılmış içməli suyu alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə görə içməli suyun qabı bu müqavilə üzrə tərəflərin alqı-satqı predmetinə aid deyildir. 2.3-cü bəndinə görə alıcı müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş pul məbləğini ödəniş sənədləri təqdim edildikdən sonra 15 təqvim günü ərzində köçürmə ( və ya nağd) yolu ilə ödəyir. 5.1-ci bəndinə görə satıcı alıcıya verməli olduğu əşyanı içməli su üçün nəzərdə tutulmuş 19 litrlik polikarbonat qabda təhvil verir. Həmin qablar satıcının mülkiyyəti hesab edilir. 5.2-ci bəndinə görə müqavilə müddəti bitdikdə və ya tərəflərin ümumi razılığı ilə müqaviləyə vaxtından əvvəl xitam veirldikdə alıcı ona verilmiş polikarbonat qabları satıcıya saz və təmiz vəziyyətdə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. 6.2-ci bəndinə əsasən alıcı tərəfindən təhvil verilmiş əşyanın dəyəri bu müqavilədə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi halda, alıcı hər gecikdirilən gün üçün əşyanın dəyərinin 0,5 %-i həcmində satıcıya dəbbə pulu ödəyir. 10.1-ci bəndinə görə müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2017-ci il tarixli 04033/17 saylı aktla müəyyən edilir ki, İddiaçı MMC tərəfindən cəmi 1000 manat dəyərində 5 ədəd dispenser və cəmi 500 manat dəyərində 10 ədəd 19 litrlik su bidonu Cavabdeh MMC-yə təhvil verilmişdir. Akta qeyddə göstərilmişdir ki, verilən əmlakların bu aktda göstərilən dəyəri əmlakı təhvil alan tərəf tərəfindən əmlak itirildikdə və ya yararsız hala düzdüyü halda əmlakı təhvil verən tərəfə tam həcmdə ödənilir. - xx.xx.2019-xx.xx.2019-cu il dövr üçün qarşılıqlı hesablaşma sənədinə əsasən müəyyən edilir ki, alqı-satqı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 2.264,61 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehdən 5 iş gün müddətində borcun ödənilməsi, eləcə də su bidonlarının və su dispenserlərinin qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli, KR_414/2016 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehi polikarbonat qablarda içməli su ilə təchiz etməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcu 2264,61 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 2264,61 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh MMC-dən 2264,61 məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 2264,61 manat məbləğində əsas borcla yanaşı həmin borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,5% olmaqla hesablanmış 5037,40 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir. İddiaçının iddia ərizəsində irəli sürdüyü su bidonlarının və su dispenserlərinin qaytarılması tələbinə gəldikdə işin yuxarıda göstərilən hallarından göründüyü kimi su bidonlarının və su dispenserləri tərəflər arasında alqı-satqı müqaviləsinin predmetinə daxil olmamış, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə əvəzsiz istifadəyə verilmişdir. Məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 736.1-ci maddə təşkil edir. Həmin maddəyə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Hazırkı işdə su bidonları və dispenserləri tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddətə cavabdehin əvəzsiz istifadəsinə verilmişdir. Belə olan halda isə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin müddəti bitdiyindən iddiaçı İddiaçı MMC-nin yuxarıda göstərilən yuxarıda göstərilən əşyaların qaytarılması barədə tələbi əsaslıdır. MPM-nin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Belə olan halda məhkəmə hesab edir ki, əşyaların naturada geri qaytarılması tələbinə dair hissədə iddia təmin edilməli, ümumi dəyəri 1.000 manat olan 5 ədəd “Nobel HSM 16 LBA” markalı su dispenserlərinin, ümumi dəyəri 500 manat olan 50 ədəd 19 litrlik su qabları, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmadığı halda isə onların dəyəri Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2.264,61 manat (iki min iki yüz altmış dörd manat altmış bir qəpik) məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində dəbbə pulu, cəmi 2.364,61 manat (iki min üç yüz altmış dörd manat altmış bir qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Ümumi dəyəri 1.000 (bir min) manat olan 5 ədəd “Nobel HSM 16 LBA” markalı su dispenserlərinin, ümumi dəyəri 500 (beş yüz) manat olan 50 (əlli) ədəd 19 litrlik su qabları, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmadığı halda isə onların dəyəri Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar