Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2062/2023 25.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, iddiaçı “X3” qapalı səhmdar cəmiyyətinin Cavabdeh MMC-yə qarşı ("xxxx" MMC və Azərbaycan Respublikası Müdafiə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı “X3” qapalı səhmdar cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 134.704.90 (bir yüz otuz dörd min yeddi yüz dörd manat 90 qəpik) AZN əsas borcun, 400 (dörd yüz) AZN mediasiya xərcinin, 25.10 (iyirmi beş manat 10 qəpik) AZN məhkəmə xərcinin, ümumilikdə isə 135.130 (bir yüz otuz beş min yüz otuz manat) AZN borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC (hazırda İddiaçı QSC) arasında BCS 07-04/12-21 nömrəli 07 dekabr 2021-ci il tarixli “Müdafiə Nazirliyi layihəsi üzrə” alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə malların ümumi dəyəri tərəflər arasında 184.704.90 (bir yüz səksən dörd min yeddi yüz dörd manat 90 qəpik) AZN məbləğində təsdiq edilmişdir. Bu məbləğin 156.529.58 (bir yüz əlli altı min beş yüz iyirmi doqquz manat 58 qəpik) AZN hissəsi əsas məbləğ, 28.175.32 (iyirmi səkkiz min yüz yetmiş beş manat 32 qəpik) ƏDV hissəsini təşkil edir. Alqı-satqı müqaviləsi şərtləri əsasında xx.xx.2021-ci il tarixli BC-SASO-21-12878 nömrəli 2 (iki) sayda təhvil-təslim sənədi üzrə Cavabdeh MMC şirkətinə 79 ədəd “HP 260 G4 DM i310110U 4GB/256 PC” və 43 ədəd “Abura 2530 48G PoE+Switch” adlanan, ümumilikdə 122 (bir yüz iyirmi iki) ədəd və dəyəri 184.704.90 (bir yüz səksən dörd min yeddi yüz dörd manat 90 qəpik) AZN təşkil edən kompyuter avadanlıqları təhvil verilmişdir. İddiaçı QSC şirkəti öz öhdəliklərini tam icra etsə də Cavabdeh MMC-nin bu günə kimi şirkətə 134.704.90 (bir yüz otuz dörd min yeddi yüz dörd manat 90 qəpik) AZN borcu qalmaqdadır. Belə ki, tam ödəniş aparılması üçün cavabdehə göndərilən seriya EBBN № 685943 saylı xx.xx.2021 tarixli elektron qaimə üzrə cavabdeh şirkət tərəfindən xx.xx.2021-ci il tarixdə borcun ƏDV-hissəsindən 20.000 (iyirmi min) AZN sub-uçot hesabına ödəniş etmiş, xx.xx.2022-ci il tarixdə isə borcun əsas hissəsindən 30.000 (otuz min) AZN-i "xxxx" ASC-də olan manat hesaba ödəniş aparmışdır. Yerdə qalan 134.704.90 (bir yüz otuz dörd min yeddi yüz dörd manat 90 qəpik) AZN ilə bağlı Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 ilə və digər məsul şəxsləri ilə 7 (yeddi) ay müddətində keçirilən görüşlər və telefon zəngləri və elektron yazışmalar üzrə borc məbləği etiraf edilsə də ödəniş aparılması üzrə müsbət nəticə verməmişdir. Eyni zamanda mallar buraxılan “Müdafiə Nazirliyi layihəsi üzrə” tenderin qalibi olmuş, əldə edilən kompyuter avadanlığlarını “müstəqil tələblər irəli sürməyən üçüncü şəxs” olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə çatdıran, habelə cavabdeh (faktiki olaraq tender üzrə subpodratçı Cavabdeh MMC) şirkəti ilə tanış edən mübahisə üzrə “müstəqil tələblər irəli sürməyən üçüncü şəxs” "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri Nümayəndə1 ilə də aparılan telefon zəngləri və elektron yazışmalar borc məbləği etiraf edilsə də ödəniş aparılması üzrə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Halbu ki, Cavabdeh MMC şirkətin və "xxxx" MMC şirkətlərinin yuxarıda adları çəkilən rəhbərləri yaxın qohumluq əlaqəsindədirlər. Cavabdeh MMC-yə sürətli poçt, mail adresi və vergi karguzarlığı vasitəsi ilə göndərilən pretenziya məktubu üzrə də borcun könüllü qaydada bağlanması ilə bağlı son xəbərdarlıq müddəti başa çatdığından, hazırkı kommersiya mübahisəsinin ilk olaraq məhkəmədən kənar qaydada “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə və Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə 400 (dörd yüz) AZN İMS (ilkin mediasiya sessiyası) xərci ödənilməklə iddiaçı tərəfin nümayəndəsinin və mediatorun iştirakı ilə baxılmışdır. Cavabdeh MMC şirkəti kifayət qədər məlumatlı olsa da mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etmədiyindən tam mediasiyaya keçid etmək və “Barışıq sazişi” əldə etmək mümkün olmamış və mediator R.T.Abışov tərəfindən “X1 X2” xx.xx.2022-ci il tarixli № MŞB/2-1135 nömrəli arayış tərtib edilərək nümayəndəyə təqdim edilmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, eyni zamanda məhkəməyə izahatında qeyd etmişdir ki, tərəflər arasında müqavilə imzalanmış, daha sonra 20.000 və 30.000 manat ödəniş olmuşdur. Qarşı tərəfə göndərilmiş elektron qaimə təsdiq edilmiş, eyni zamanda məhkəməyə təqdim edilmiş sübutlarla iddia tələbinin əsaslı olması öz təsdiqini tapmışdır. Tərəflər arasında müqavilə münasibətlərinin olması işin halları ilə sübuta yetirilir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mübahisə predmeti barədə tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəməyə müraciət edərək qeyd etmişdir ki, bu prosesdə İddiaçı MMC adlı iddiaçı və Cavabdeh MMC adlı cavabdeh şirkətlərlə əlaqəli maliyyə əməliyyatı olmamış və ümumiyyətlə adı çəkilən prosesdə hüquqi və maliyyə öhdəliyi olan heç bir iştirakı qeydə alınmamışdır. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: BD2 nömrəli xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən Bakı 2 saylı Mediasiya Təşkilatının bank hesabına 400 manat köçürülmüşdür. "xxxx" ASC tərəfindən İddiaçı QSC-nin rəhbərliyinə göndərilmiş xx.xx.2022 tarixli PB/VB-OUT-01402-2022 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2022 tarixində İddiaçı QSC-nin "xxxx" ASC-də olan AZN cari hesabına 30.000 manat mədaxil olmuşdur. “Nümayəndə2 “Elektron ünvan ” adlı istifadəçi tərəfindən “Samir Yusubov “Samir.Y@bestcomp.net” adlı istifadəçiyə göndərilmiş elektron poçt məktubunda qeyd edilmişdir ki, pretenziya məktubu ilə tanış oldu. Açıq demək lazımdırsa, real vəziyətə görə (3 gün ərzində qeyri-adi bir dəyişiklik baş verməsə) bu ödəməni edə bilmə şansı yoxdur. Əlbətdə ki, istər hüquqi müstəvidə istərsə də daxili razılaşma ilə, heç bir halda bu öhdəlikdən imtina etmir. Cavabdeh MMC də qanuni təmsilçi də özü olduğu üçün, ticarətdə yaranan hesablanılmamış risklər səbəbindən bu gün öhdəliyi icra edə bilməməsi, çox məyus edir və əlindən gələni etməyə hazıdır ki, bu öhdəliyi tamamlasın. 3 ilə yaxındır ki, xeyli əməkdaşlıqlar olub. Bu məbləğin 5 qatı qədər ödəmə borcu da olub və hər biri vaxtında və ya gecikmə ilə olsa belə ödənilmişdir. Bu gün də məsələlərin bura gəlib çıxması arzuolunmazdır və bütün gələcək planlara birbaşa təsir edir. Daha əvvəl də qeyd edildiyi kimi, ödəmələrin ödənməsi üçün fərqli proyektlərlə, ticarətə davam edərək də mümkündür. Lakin qeyd edildiyi kimi, hüquqi müstəvidə həll etmək də tam haqqıdır. EBBN seriyalı 685943 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən İddiaçı QSC tərəfindən 184704,90 manat məbləğində malların dəyərinin Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2021 tarixli BC-SA-SO-21-12878 saylı təhvil-təslim sənədində 43 ədəd “Aruba 2530 48G PoE+Switch” adlı malın Cavabdeh MMC-yə təhvil verildiyi qeyd edilmişdir. Akt imzalanmış, möhürlə təsdiq edilməmişdir. xx.xx.2021 tarixli BCS 07-05/12-21 saylı təhvil-təslim sənədində 79 ədəd “HP 260 G4 DM i310110U 4GB/256 PC” adlı malın Cavabdeh MMC-yə təhvil verildiyi qeyd edilmişdir. Akt imzalanmış, möhürlə təsdiq edilməmişdir. İddiaçı QSC-nin ƏDV sub uçot hesabı çıxarışından məlum olur ki, Cavabdeh MMC tərəfindən 3172.50 manat hesaba mədaxil olmuşdur. İddiaçı QSC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 07 dekabr 2021-ci il tarixli BCS 07-04/12-21 nömrəli müqaviləyə əsasən 184.704,90 manat məbləğində malların alğı-satqısı tərəflər arasında razılaşdırılmışdır. Həmin müqavilə İddiaçı QSC möhürü ilə təsdiq edilmişdir. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, tərəflər arasında müxtəlif malların alğısatqısı barədə razılaşma olmuş, həmin razılaşma əsasında iddiaçı tərəfindən cavabdehə ödənilməsi ilə bağlı elektron qaimə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 3172,5 manat ƏDV ödənişi və 30.000 manat bank hesabına köçürülmüşdür. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10.1 maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 329.2 maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 409.4 maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malın qarşı tərəfə təqdim edilməsi barədə sənədlər eyni zamanda alğı-satqı müqaviləsində Cavabdeh MMC-nin möhürü və ya səlahiyyətli şəxsinin imzası göstərilməmişdir. Bununla belə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara məcmu halında qiymət verdikdə iddia tələbinin əsaslı olması sübuta yetirilir. Belə ki, qarşı tərəfə göndərilmiş və təsdiq edilmiş elektron qaimədə göstərilən məbləğ iddiaçının iddia tələbini əhatə edir. Bundan başqa məhkəməyə təqdim edilmiş iddiaçının bank hesabına cavabdeh tərəfindən ödənişin həmin qaimə əsasında olması və eyni zamanda iddiaçının ƏDV sub-uçot hesabına mədaxil olmasını məhkəmə cavabdehin borcu qəbul etməsi kimi qiymətləndirir. Belə olan halda isə 134.704.90 (bir yüz otuz dörd min yeddi yüz dörd manat 90 qəpik) AZN əsas borc Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Vİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X1 iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 4000 manat mediasiya xərci və 25.10 (iyirmi beş manat 10 qəpik) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehndən 134.704.90 (bir yüz otuz dörd min yeddi yüz dörd manat 90 qəpik) AZN əsas borc, 400 (dörd yüz) AZN mediasiya xərci, 25.10 (iyirmi beş manat 10 qəpik) AZN dövət rüsumu İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2062/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2062/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver