Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2063/2021 23.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “X7” ATSC-nin və “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASCnin səhmlərinə görə ödəmiş olduğu 26900000 manatın inflyasiya nəzərə alınaraq hazırda mövcud Azərbaycan manatına olan məzənnə ilə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi (hazırki adı AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən keçirilmiş “X7” X9 Cəmiyyətinə məxsus adi səhmlərin çek hərracı zamanı “X7” ATSC-yə məxsus 1480 ədəd adi səhmini (Protokol № 046/21, 09.02.2001) və həmin Cəmiyyətə məxsus 1060 ədəd adi səhmini (Protokol № 050/20, 20.03.2001), həmçinin “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-yə məxsus olan adi Səhmlərin çek hərracı zamanı “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-yə məxsus 300 ədəd adi səhmini (protokol № 088/02; 22.06.2005) almışdır. Bunu AR-sı İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin çek hərracı Komissiyasının Bildiriş”i təsdiq edir. “X7” ATSC-nin 1060 və 1480 ədəd adi Səhminin, “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-yə məxsus 300 ədəd adi səhminin sahibidir. “X7” ATSC-nin çek hərracı keçirilən zaman hər bir səhminin nominal dəyəri 10000 manat, “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-nin çek hərracı keçirilən zaman hər bir səhminin nominal dəyəri 5000 manat olmuşdur. O, X7” ATSC-nin adi səhminə görə dövlət əmlakının satıcısı olan AR-sı Dövlət Əmlak Nazirliyinin hesabına 25400000 (iyirmi beş milyon dörd yüz min) (1480+1060 adi səhm x 10000 manat), “Aydın və Fəxrəddin Quliyev qardaşları dına X5” ASC-nin adi səhminə görə AR-sı Dövlət Əmlak Nazirliyinin hesabına 150000 (bir milyon beş yüz min) manat (300 ədəd x 5000 manat) pul ödəmişdir. Xətai rayon Məhkəməsinin 20.06.2003-cü il tarixli, 2-1187/03 nömrəli qətnaməsi ilə “X7” ASC-nin yaradılması barədə keçmiş Dövlət Əmlak Nazirliyinin 25.10.2000-ci il tarixli, 262 nömrəli Sərəncamı, 07.08.2007-ci il arixli, 2-1925/2006 nömrəli qətnaməsi ilə “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-nin yaradılması barədə keçmiş İqtisadi-inkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 07.03.2005-ci il tarixli, 52 nömrəli Sərəncamı və hər iki Səhmdar Cəmiyyətlərinin səhmlərinin satışına dair keçirilmiş hərracların nəticələri etibarsız hesab edilmişdir. Yuxarıda adları çəkilən Səmdar Cəmiyyətlərin səhmlərinin satışına dair keçirilmiş hərracın nəticələri etibarsız hesab edilsə də cavabdehə ödəmiş olduğu cəmi 26900000 AZM ona ödənilməmişdir (əvvəlki pul vahidi ilə). O, cavabdehə almış olduğu səhmlərə görə kompensasiya ödənilməsi xahişi ilə AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Cavabdeh özünün 18 sentyabr 2020-ci il tarixli, **********67 saylı məktubla məhkəməyə müraciət tməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 izahat verərək iddia müddətinin keçməsinə dair ərizə təqdim etdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh kimi cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 sentyabr 2020-ci il tarixli **********67 saylı məktubundan görünür ki, Xətai rayon Məhkəməsinin 20.06.2003-cü il tarixli, 2-1187/03 nömrəli qətnaməsi ilə “X7” ASC-nin yaradılması barədə keçmiş Dövlət Əmlak Nazirliyinin 25.10.2000-ci il tarixli, 262 nömrəli Sərəncamı, Xətai rayon Məhkəməsinin 07.08.2007-ci il tarixli, 2-1925/2006 nömrəli qətnaməsi ilə “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-nin yaradılması barədə keçmiş İqtisadi-inkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 07.03.2005-ci il tarixli, 52 nömrəli Sərəncamı və hər iki Səhmdar Cəmiyyətlərinin səhmlərinin satışına dair keçirilmiş hərracların nəticələri etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Çek Auksion Komissiyası tərəfindən verilmiş bildirişlərdən görünür ki, “X7” X9 Cəmiyyətinə aid səhmlərdən keçirilmiş hərrac zamanı cəmi 2540 adi səhm, “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-yə aid səhmlərdən keçirilmiş hərrac zamanı 300 ədəd adi səhm almışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X3 “X7” X9 Cəmiyyətinə aid cəmi 2540 adi səhm, “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-yə aid 300 ədəd adi səhm sahibi olmuşdur. Xətai rayon Məhkəməsinin 20.06.2003-cü il tarixli, 2-1187/03 nömrəli qətnaməsi ilə “X7” ASC-nin yaradılması barədə keçmiş Dövlət Əmlak Nazirliyinin 25.10.2000-ci il tarixli, 262 nömrəli Sərəncamı, Xətai rayon Məhkəməsinin 07.08.2007-ci il tarixli, 2-1925/2006 nömrəli qətnaməsi ilə “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-nin yaradılması barədə keçmiş İqtisadi-inkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 07.03.2005-ci il tarixli, 52 nömrəli Sərəncamları etibarsız sayılmışdır. Hazırda iddiaçı səhmlərin alınması zamanı sərf etdiyi pulu cavabdehdən tələb edir. Məhkəmə iclası zamanı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, Xətai rayon Məhkəməsinin 20.06.2003-cü il tarixli, 2-1187/03 nömrəli qətnaməsi ilə “X7” ATSC-nin yaradılması barədə Dövlət Əmlak Nazirliyinin 25.10.2000-ci il tarixli, 262 nömrəli Sərəncamının etibarsız hesab edilməklə, həmin səhmdar cəmiyyətin ləğv edildiyini, “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-nin isə Xətai rayon Məhkəməsinin 07.08.2007-ci il tarixli, 2-1925/2006 nömrəli qətnaməsi ilə ləğv edildiyini və həmin tarixlərdən 10 ildən artıq müddətin keçdiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu arqumentinə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən umumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375-ci maddəsinə görə isə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 367-ci maddəsinə əsasən “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddəti “X7” ATSC-yə məxsus səhmlərin alınmasına sərf edilmiş pulun qaytarılmasına aid hissədə 20.06.2013-cü il tarixdə, “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X5” ASC-yə məxsus səhmlərin alınmasına sərf edilmiş pulun qaytarılmasına aid hissədə isə 07.08.2017-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 02 aprel 2021-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2063/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2063/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver