Məhkəmə qərarları › İş №e-2-2(113)-2066/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2066/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2066/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və “xxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və “xxxxxxxxxxxx” MMC-dən müştərək qaydada 17000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı üzlük daşların materiallarının istehsalı və satışı ilə məşğuldur. 2018-ci ilin noyabr ayının əvvəllərində işi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu Baksol qəsəbəsində yerləşən daş sexində müştəri axtararkən özünü aqlay ustası və aqlay işləri görən iş icraçısı kimi təqdim edən Beyləqan rayonu Özqala qəsəbə sakini Cavabdeh2 ilə tanış olmuş və ümumi tanışlıqdan sonra, cavabdeh ona bildirmişdir ki, müəssisənin rəhbərliyi onun həmyerlisi və tanışı olduğundan, hal hazirda Xətai rayonu, Nəcəfqulu Rəfiyev 29 ünvanında yerləşən “xxxxxxxxxxxx” MMC-nin inşa etdiyi hündür mərtəbəli yaşayış kompleksindəki binanın üzlük daşla üzlənməsi işləri və üzlük daş materiallarının alınması ona tapşırılmışdır. O, bu işlərin görülməsi üçün tələb olunan daşları ondan ala biləcəyini, bunun qarşılığında isə ümumi dəyərin müvafiq faizi miqdarında pul alacağını bildirdi. Daha sonra cavabdehlə birlikdə həmin ünvanda inşa edilən binaya baxış keçirmiş və işlərlə yerində tanış olmuşdur. Mobillə birlikdə binanın üzlük daşla üzlənməsi üçün binaya hansı materialların lazım olduğunu işləyib, hazırlamış, məsələ müqavilə bağlanması mərhələsinə çatdıqda cavabdeh hər partiya mala görə əraziyə çatdırıldıqdan sonra ayrıca müqavilənin bağlanması tələb olunduğunu və hər partiyanın ayrıca odəniləcəyini bildirmişdi. Ümumi razılığa gəldikdən sonra işlərə xx.xx.2018-ci ildə başlanmış və ilk günlərdən hər dəfə müqavilənin bağlanması üçün tələb olunan şəxsin ərazidə olmadığını və sair bəhanələr gətirməyə başlamışdır. Bu baxımdan ilk aylarda işlər çox ləng və ağır getmiş, cavabdeh tərəfindən üzlük daş materiallarının pulunun ödənilməsi gecikdirilmiş və hissələrlə ödənilmişdir. Malın dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənildikdən sonra, qalanını və müqavilələri sonrakı dəfə verəcəyini bildirmişdir. Mobil çətinliklərin müvəqqəti olduğunu bildirmiş və inandırmağa çalışmıdır ki, rəhbərliklə çox yaxındırlar və materialların pulunun ödənilməsində heç bir problem olmayacaqdır. Cavabdeh Mobil borcların ödənilməsi və vəziyyətdən çıxmaq üçün 2017-ci ilin fevral ayında Nizami rayonu, Xalqlar Dostluğu ərazisində yerləşən “Uğur-3” hündürmərtəbəli yaşayış binalarının üzlük daşla üzlənməsi işlərinin də, müəssisənin rəhbərliyi tərəfindən ona tapşırıldığını və həmin binanın üzlənməsi tez bitirilsə, oradan gələn vəsaitlə borcu ödəyə biləcəyini bildirmişdir. Bundan sonra Mobillə birlikdə həmin yaşayış binasına ümumi baxış keçirilmiş, binanın üzlük daşla üzlənməsi üçün binaya hansı materialların lazım olduğu işlənib hazırlanmışdır. Ümumi razılığa gəldikdən sonra xx.xx.2019-cu idə binada işə başlanmışdır. Cavabdeh 2019-cu ilin mart ayının əvvəllərində Kamil Hüseynovun, Badamdar qəsəbəsində yerləşən böyük bir villasının aqlay işlərinin ona tapşırıldığını bildirərək bu işdə vəsaitin əvvəlcədən veriləcəyini və işin az olduğundan daha tez bitirərək, pulu daha tez ödəyəcəklərini bildirmişdir. Bu əsaslarla Badamdar qəsəbəsində yerləşən villaya cavabdehlə birlikdə baxış keçirilmiş və aqlay işlərinin aparılması üçün binaya lazım olan materiallar işlənib hazırlanmışdır. Ümumi razılığa gəldikdən sonra xx xxxx 2019-cu il tarixində Badamdarda işə başlanmışdır. 2019cu il aprel ayının əvvəllərində borcun çoxalması səbəbindən sexlə bağlı borclar ödənə bilinmədi üçün Cavabdeh2 Məhəmməd oğluna üzlük daş materiallarına görə olan borcunun ödənilməsini tələb olunmuş, lakin o, müxtəlif bəhanələrə və vədlərlə ödəmədən yayınmışdır. Cavabdeh ayın əvvəlində 35179 manat borca qarşı 10.200 manat pul ödəmiş və 24.979 manat borcu qalmışdır. 2019-cu ilin əvvəllərində cavabdeh X2 villasının üzlük daş materiallarının alınmasının ona tapşırıldığını və ora verildikdən sonra borcun ödəniləcəyini bidirdirmişdir. Cavabdehə bu müddət ərzində görülən işlərə görə sexə üzlük daş materiallarına görə borcunun ödənilməsindən sonra ona daş verilməsi mümkün olmayacaqdır. Lakin sonra X1 adlı şəxslə sexə gələrək, özünü şirkətin nümayəndəsi, Kamil Hüseynovun yaxın adamı kimi təqdim etdi. Və şirkətlə aparılan bütün işlərin ona tapşırıldığını və aqlay işlərində Mobillə birlikdə bu işlərin icra olunacağını bidirdi. Afiq Qəbələyə aparılan materialların pulunun bir qismini ödədikdən sonra malın Qəbələyə göndərilməsinə razılıq verilmişdir. Lakin Afiq malın qalan hissəsinin pulunu Qəbələdə veriləcəyini söyləsə də bundan yayınmışdır. Bundan sonra Afiq və Mobilin yalan söylədiklərini görüb, şirkət rəhbərindən Elvin adlı şəxsin dəfələrlə qəbuluna gedilmişdir. Elvin ətraflı söhbət etdikdən sonra, işlərin davam etdirilməsini, görülən işlərin və borcun hissə-hissə onun tərəfindən ödənilcəyini bildirmişdir. Elvin tərəfindən may-iyul aylarında ümumi borcun hissə-hissə 19890 manat ödənilmişdir. Dəfələrlə edilən müraciətlərə baxmayaraq cavabdehlər müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışlar. Daha sonra Xətaii rayon X3 bölməsinə müraciət edilərək Cavabdeh2 və xxxxxxxxxxxx MMC-nin əməllərinə hüquqi qiymət verilinəsi xahiş edilmişdir. Bölmə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul emiş və qərarda Cavabdeh2 izahatında 17000 manat pul verməli olduğunu, lakin xxxxxxxxxxxx MMC-nin vəzifəli şəxsi olan Elvindən pulu ala bilmədiyi üçün qaytara bilmədiyini etiraf etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və “xxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx xxxxxx 2018-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı üzlük daş materiallarının satışını təşkil etməyi, bu müqaviləni ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı Cavabdeh2 təhvil verməyi, oda öz növbəsində bu müqavilənin təkib hissəsi olan sifariş ilə razılaşdırlmış miqdarda, keyfiyyətdə malı qəbul edib, bu müqavilə ilə şərtləşdirilmiş qaydada malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - Bakı şəhəri Xətai Rayon X3 şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdə olan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 2.3-cü bəndinə əsasən hər növbəti ayın 01 tarixində üzləşmə aparılır və tərəflə qarşılıqlı olaraq razılıığa gəlirlər ki, qəbul edilən malın dəyəri 10 təqvim günü müddətində cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın məzmunundan da görünür ki, Cavabdeh2 iddiaçıya 17000 manat məbləğində borcunun olmasını etiraf etmiş, Elvin adlı şəxsdən ala bilmədiyi üçün qaytara bilmədiyini izahatında göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia 17000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması hissəsində təmin edilməlidir. Lakin iddianın “xxxxxxxxxxxx” MMC-yə aid hissəsini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 14.2 və 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasdır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 387.3-ci maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. İşin faktiki hallarından da görünür ki, iddiaçı ilə “xxxxxxxxxxxx” MMC arasında müqavilə münasibətləri olmamışdır, digər cavablehlə iddiaçı arasında olan müqavilə münasibətlərində isə tərəf kimi iştirak etmədiyindən onun üçün hər hansı vəzifə yarada bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia “xxxxxxxxxxxx” MMC-yə aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və “xxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 17000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia “xxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar