Məhkəmə qərarları › İş №e-2-2(113)-2068/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2068/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2068/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Nümayəndə Anonim Şirkətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Anonim Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə cavabdeh arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli xidmət və ehtiyat hissələrinin alqı-satqısı müqaviləsi üzrə ƏDV daxil olmaqla 16679,78 manat əsas borc, 1040 manat cərimə məbləği olmaqla ümumilikdə 17719,78 manat və ödənilmiş 145 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim etmiş və barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim etmiş və iclasın iştirakları olmadan keçirilməsini, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazişini müdafiə edərək təsdiq olunmasını xahiş etdi. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Lakin əvvəla məhkəmənin beynəlxalq səlahiyyəti məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır. Məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: – Tərəflər arasında 15 yanvar 2018-ci il tarixli BM-15/18 saylı “xidmət müqaviləsi” və ehtiyat hissələrinin “alqı-satqı müqaviləsi” bağlanmışdır; – Həmin müqavilə üzrə hazırkı tarixə cavabdehin iddiaçıya 16 679,78 (on altı min altı yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilməyən əsas borcu və 145 (yüz qırx beş) manat dövlət rüsumunun ödənilməsinə dair borcu – cəmi 16 824,78 (on altı min səkkiz yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır; – Cavabdeh 16 679,78 (on altı min altı yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, üç hissədə iddiaçıya ödəyəcəyini qəbul edir: Ödənişin tarixi Ödənişin məbləği 30 aprel 2024-cü il tarixinə qədər 5000 (beş min) AZN 5912,39 (beş min doqquz yüz on iki 20 may 2024-cü il tarixinə qədər manat otuz doqquz qəpik) AZN 5912,39 (beş min doqquz yüz on iki 20 iyun 2024-cü il tarixinə qədər manat otuz doqquz qəpik) AZN – Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzrlü hesab edilməyəcəkdir; – Tərəflər razılaşırlar ki, barışıq sazişinində qeyd olunan məbləğ əsas borc üzrə cavabdehin iddiaçıya ödəməli olduğu yeganə, dəyişilməz və yekun məbləğdir; – Cavabdeh tərəfindən barışıq sazişində göstərilən məbləğ ödənildikdə müqavilələr üzrə cavabdehin bütün öhdəlikləri tam şəkildə icra edilmiş hesab olunur; – Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır; – Saziş cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə iddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və borc məbləği məcburi qaydada cavabdehdən tutularaq iddiaçıya veriləcəkdir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X3 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində iddiaçının ödədiyi 145 manat məbləğində dövlət rüsumunun cavabdeh tərəfdən ödənilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Nümayəndə Anonim Şirkəti ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: – Tərəflər arasında 15 yanvar 2018-ci il tarixli BM-15/18 saylı “xidmət müqaviləsi” və ehtiyat hissələrinin “alqı-satqı müqaviləsi” bağlanmışdır; – Həmin müqavilə üzrə hazırkı tarixə cavabdehin iddiaçıya 16 679,78 (on altı min altı yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilməyən əsas borcu və 145 (yüz qırx beş) manat dövlət rüsumunun ödənilməsinə dair borcu – cəmi 16 824,78 (on altı min səkkiz yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır; – Cavabdeh 16 679,78 (on altı min altı yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcunu aşağıdakı qrafikə uyğun olaraq, üç hissədə iddiaçıya ödəyəcəyini qəbul edir: Ödənişin tarixi Ödənişin məbləği 30 aprel 2024-cü il tarixinə qədər 5000 (beş min) AZN 5912,39 (beş min doqquz yüz on iki 20 may 2024-cü il tarixinə qədər manat otuz doqquz qəpik) AZN 5912,39 (beş min doqquz yüz on iki 20 iyun 2024-cü il tarixinə qədər manat otuz doqquz qəpik) AZN – Ödənişlər qrafikdə nəzərdə tutulmuş tarixlərə qədər ödənilməli və nəzərdə tutulmuş məbləğlərdən az olmamalıdır. Cavabdeh tərəfindən ödəniləcək ödənişlərdə hər hansı səbəbdən gecikmələrin olması üzrlü hesab edilməyəcəkdir; – Tərəflər razılaşırlar ki, barışıq sazişinində qeyd olunan məbləğ əsas borc üzrə cavabdehin iddiaçıya ödəməli olduğu yeganə, dəyişilməz və yekun məbləğdir; – Cavabdeh tərəfindən barışıq sazişində göstərilən məbləğ ödənildikdə müqavilələr üzrə cavabdehin bütün öhdəlikləri tam şəkildə icra edilmiş hesab olunur; – Saziş məhkəmə qərarı ilə təsdiq olunduğu gündən qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır; – Saziş cavabdeh tərəfindən könüllü icra olunmadığı təqdirdə iddiaçının müraciəti üzrə məhkəmə tərəfindən iş üzrə icra vərəqəsi veriləcək və borc məbləği məcburi qaydada cavabdehdən tutularaq iddiaçıya veriləcəkdir. İddiaçı Nümayəndə Anonim Şirkətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar