Məhkəmə qərarları › İş №e-2-2(113)-2076/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2076/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2076/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı maddi ziyanın ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə 14645,75 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh 05 mart 2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (e-2-2(113)-1758/2021 saylı iş) cavabdeh “xxxx” MMC-dən 19099,495 manat borcun, nümunə kimi Qüllə Restoranında yerləşdirilmiş 8 qutu Gül buketlərinin dəyərini təşkil edən 5000 Avronun qaytarılacağı gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan manatı ilə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 500 manatın tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Hər 2 iddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin predmeti və tərəflər eynidir. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin “xxxx” MMC-yə qarşı borcun ödənilməsi barədə e-2-2(113)-1758/2021 saylı iş 05 mart 2021-ci il tarixdə, hazırkı iş isə 04 aprel 2021-ci il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı mülki iş yəni e-2-2(113)-2076/2021 saylı iş daha sonra icraata qəbul olunduğundan e-2-2(113)-1758/2021 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi barədə e-2-2(113)-2076/2021 saylı iş Cavabdeh İddiaçınə qarşı borcun ödənilməsi barədə e-2-2(113)-1758/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar