Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2077/2021 24.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Limited Liability Company MMC Lider TV Radio Azərbaycan MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 8.310.74 (səkkiz min üç yüz on manat yetmiş dörd qəpik) əsas borc və həmin məbləğdən 3 il müddətdə faydalanmağa görə bank uçot dərəcəsi ilə 1.246.61 (min üç yüz qırx altı manat altmış bir qəpik) faiz, ümumilikdə 9.557.35 (doqquz min beş yüz əlli yeddi manat otuz beş qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 15 sentyabr 2012ci il tarixli MU/CS-12/057-3 nömrəli “Xidmət müqaviləsi” və həmin müqavilənin ayrılmaz hissələri olan razılaşma protokollarına əsasən “İcraçı”, yəni İddiaçı MMC xidmətlər göstərməyi “Sifarişçi”, yəni cavabdeh isə müqavilənin şərtlərinə uyğun həmin xidmətləri qəbul edib, dəyərini ödəməyi barədə üzərlərinə öhdəliklər götürmüşlər. Müqavilənin 6.1-ci bəndində-Hazırkı müqavilə 15 sentyabr 2012-ci il tarixindən qüvvəyə minir və 15 sentyabr 2013-cü il tarixədək qüvvədə qalır-qeyd edilməsinə baxmayaraq ondan sonrakı müddətlərdə də mütəmadi olaraq razılaşma protokolları tərtib edərək xidmətlər göstərilmiş və cavabdeh müvafiq aktlarla həmin işləri qəbul edib onların dəyərini ödədiyindən müqavilə ikitərəfli şifahi qaydada razılığa gəlməyimizlə avtomatik uzadılmışdır. Daha sonra müqavilənin şərtlərinə uyğun habelə razılaşma protokollarında göstərilənlərlə əlaqədar 12 iyun 2017-ci, 18 dekabr 2017-ci və 19 fevral 2018-ci il tarixlərdə yeni razılaşma protokolları bağlamaqla ümumi dəyəri (ƏDV daxil olmaqla) 8.310.74 (səkkiz min üç yüz on manat yetmiş dörd qəpik) AZN məbləğində xidmətlər göstəilməsinə baxmayaraq, cavabdeh müqavilənin 1.1-ci bəndindəki öhdəliklərini yerinə yetirmədiyinə görə (halbuki cavabdeh müvafiq aktlara əsasən həmin işləri qəbul etmişdir) ona 07 may 2018-ci il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə xəbərdarlıq edərək borcun tam bağlanması xahiş edilmişdir. Cavabdeh həmin xəbərdarlığı aldıqdan sonra guya hazırda maliyyə çətinlikləri ilə üzləşdiyindən, borcu 6 ay müddətində ödəyəcəklərini bildirmiş və ona müddət verilməsini xahiş etmişdir. Cavabdehin xahişi nəzərə alıaraq ona müddət verilsə də, o vədinə əməl etməmiş və sonradan müxtəlif bəhanələr gətirərək nəinki vaxtı uzatmaqda davamlı olmuş, hətta onların hüquqşunaslarının sözlərinə istinad etməklə tərəfimizdən iddia müddətinin buraxılması niyyətində olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, ilkin olaraq AR-sı MPM-nin 152.1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia ərizəsinin surətini məhkəməyə iddia ərizəsi göndərməmişdən öncə cavabdehə göndərilmişdir. Göründüyü kimi cavabdeh nəinki müqavilə və onun ayrılmaz hissələri olan 12 iyun 2017-ci, 18 dekabr 2017-ci və 19 fevral 2018ci il tarixli razılaşma protokollarına və xidmətlərin göstərilməsi ilə bağlı müvafiq aktlara əsasən onları qəbul etməsinə baxmayaraq nəinki bizə 8.310.74 AZN manatı məbləğində zərər vurmuş,hətta həmin puldan 3 il müddətində faydalandığına görə AR-sı Mərkəzi Bankının illik uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizləridə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki iş üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1455/2020 saylı 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə müflis elan olunmuş, Radio-Televiziya Yayımı və X7 Birliyinin texniki direktoru X4 əmlak inzibatçısı təyin edilmişdir. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanmışdır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci bəndinə əsasən borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur (a); borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər (b). Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin hazırki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, o, hazırkı iddia tələblərini yalnız iflas prosesi çərçivəsində irəli sürə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2077/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2077/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver