Məhkəmə qərarları › İş №e-2-2(113)-208/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-208/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-208/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri 5 nömrəli tam orta məktəb və digərləri üçüncü şəxs olmaqla, Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri 5, 13, 18, 19, 27, 34, 36, 47, 54, 56, 82, 93, 95, 99, 115, 135, 159, 163, 164, 177, 178, 182, 193, 214, 248, 251, 258, 272 nömrəli tam orta məktəblər, həmçinin 70, 83, 220 və 229 nömrəli məktəb liseylər üçüncü şəxs olmaqla, Cavabdeh MMC-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-dən 7.435,47 (yeddi min dörd yüz otuz beş manat qırx yeddi qəpik) manat məbləğində pulun tutularaq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 10 nömrəli qərarına uyğun olaraq, cavabdeh “X1” MMC ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – İdarə) və Bakı şəhəri 5, 13, 18, 19, 27, 34, 36, 47, 54, 56, 70, 82, 83, 93, 95, 99, 115, 135, 159, 163, 164, 177, 178, 182, 193, 214, 220, 248, 251, 258, 272, 299 nömrəli ümümi təhsil müəssisələri arasında 2017-2018-ci tədris ili çərçivəsində üçtərəfli birgə fəaliyyət haqqında müqavilələr bağlanmışdır. Müqavilələrdə müvafiq təhsil müəssisələrində ingilis dilində danışıq kursları üzrə dərnəklərin təşkil olunması ilə bağlı tərəflərin qarşılıqlı öhdəlikləri nəzərdə tutulmuşdur. Təhsil müəssisələri və İdarə tərəfindən üzərlərinə düşən öhdəliklər tam şəkildə icra olunaraq Cavabdeh MMC-yə müəyyənləşdirilmiş vaxtlarda məktəb ərazisində ödənişli dərnəklərin təşkilinə lazımi şərait yaradılmış və Cavabdeh MMC tərəfindən məktəbin maddi-texniki bazasından istifadə olunaraq ödənişli dərnəklər təşkil olunmuşdur. Bunun müqabilində Cavabdeh MMC tərəfindən İdarənin bank hesabına 5 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 13 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 18 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 19 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 27 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 34 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 36 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 47 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 54 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 56 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 70 nömrəli məktəb-lisey üzrə 100 (bir yüz) manat məbləğində, 82 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 83 nömrəli məktəb-lisey üzrə 150 (bir yüz əlli) manat məbləğində, 93 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 95 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 99 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 115 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 135 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 159 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 163 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 164 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 177 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 178 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 182 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 193 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 214 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 220 nömrəli məktəb-lisey üzrə 150 (bir yüz əlli) manat məbləğində, 248 nömrəli məktəb üzrə 150 (bir yüz əlli) manat məbləğində, 251 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 258 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 272 nömrəli məktəb üzrə 100 (bir yüz) manat məbləğində, 299 nömrəli məktəb-lisey üzrə 100 (bir yüz) manat məbləğində aylıq ödəniş ödənilməli idi. Lakin Cavabdeh MMC, müqavilələrin 4.1-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etməyərək, həmin bəndlə müəyyən edilmiş aylıq ödənişi İdarənin hesabına ödəməmişdir. Bununla əlaqədar dəfələrlə Cavabdeh MMC-yə şifahi qaydada, habelə xx.xx.2019-cu il tarixli, 3110-02/18 nömrəli məktubla yazılı qaydada xəbərdarlıq olunmasına baxmayaraq, hər dəfə müxtəlif əsassız fikirlər bildirərək ödənişləri ödəməmişlər. Cavabdehin ödəməli olduğu məbləğlərin cəmi 7.435,47 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınınnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşdə olan xx.xx.2017-ci il tarixli, **********1104701, xx.xx.2017-ci il tarixli, **********1111501, **********1102701, xx.xx.2017-ci il tarixli, **********1115901, **********1121401, **********1307001, **********1322001, **********1109501, xx.xx.2017-ci il tarixli, **********1329901, xx.xx.2017-ci il tarixli, **********1100501, xx.xx.2017-ci il tarixli, **********1113501, xx.xx.2017-ci il tarixli, **********1125801, **********1101301, xx.xx.2017ci il tarixli, **********1308301, **********1101801, xx.xx.2017-ci il tarixli, **********1118201, **********1125101, **********1117701, **********1116301, xx.xx.2017-ci il tarixli, **********1105401, xx.xx.2017-ci il tarixli, **********1101901, **********1116401, **********1127201, **********1103601, **********1108201, **********1109301, **********1119301, xx.xx.2017-ci il tarixli, **********1124801,xx.xx.2017-ci il tarixli, **********1109901, **********1103401, **********1105601 və xx.xx.2017-ci il tarixli, **********1117801 nömrəli birgə fəaliyyət haqqında müqavilələrdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı şəhərində yerləşən müxtəlif məktəblərlə və Cavabdeh MMC öz aralarında müqavilənin tərəflərindən biri sayılan məktəbin balansında olan sinif otağında ödənişli ingilis dilində danışıq kursları üzrə dərnəklərin, məşğələlərin, habelə digər tədbirlərin təşkili üçün birgə fəaliyyət göstərməyə . birgə razılığa gəlmişlər. Eyni zamanda cavabdeh öz növbəsində birgə fəaliyyətdən əldə olunan gəlirdən həmin müqavilədə müəyyən edilmiş haqqı hər növbəti ayın ilk 5 günü ərzində iddiaçının bank hesabına köçürməyə, təhsil müəssisəsi isə öz növbəsində həmin müqavilə üzrə müəyyən edilmiş vaxtlarda heç bir maneəçilik törətmədən müəsissənin müvafiq ərazisindən birgə fəaliyyətin məqsədlərinə uyğun olaraq cavabdeh tərəfindən istifadə olunmasına şərait yaratmağa öhdəlik götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2019-cu il tarixli, 4401-05/12 saylı maliyyə arayışında görünür ki, Cavabdeh MMC ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri, 5, 13, 18, 19, 27, 34, 36, 47, 54, 56, 70, 82, 83, 93, 95, 99, 115, 135, 159, 163, 164, 177, 178, 182, 193, 214, 220, 248, 251, 258, 272 və 299 nömrəli ümumi təhsil müəsissələri arasında 2017-2018-ci tədris ili çərçivəsində cavabdeh müqavilənin 4.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, **********1109901 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 97,00 manat **********1103401 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 145,00 manat, **********1105601 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 253,00 manat **********1308301 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 525,00 manat **********1101801 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 111,97 manat **********1118201 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 150,35 manat **********1125101 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 156,87 manat **********1117701 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 150,00 manat **********1116301 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 99,90 manat **********1105401 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 150,04 manat **********1101901 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 150,06 manat **********1116401 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 150,06 manat **********1127201 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 175,70 manat **********1103601 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 150,06 manat **********1108201 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 350,70 manat **********1109301 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 99,99 manat **********1119301 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 102,06 manat **********1124801 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 639,92 manat **********1117801 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 224,20 manat **********1104701 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 150,00 manat **********1111501 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 262,50 manat **********1102701 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 250,00 manat **********1115901 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 262,50 manat **********1121401 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 350,00 manat **********1307001 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 350,00 manat **********1322001 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 111,29 manat **********1109501 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 525,00 manat **********1329901 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 100,34 manat **********1100501 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 825,00 manat **********1113501 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 116,13 manat **********1125801 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 100,33 manat **********1101301 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən - 150,00 manat, ümumilikdə 7.435,47 manat borcu qalmışdır. İşdə olan üçüncü şəxslər olan təhsil müəsissələri tərəfindən məhkəməyə ayrıayrılıqda göndərilmiş arayışlardan görünür ki, Cavabdeh MMC tərəfindən məktəbin madditexniki bazasından istifadə olunaraq, 5 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 182 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 47 nömrəli məktəbdə xx.xx.2017xx.xx.2017-ci il, 83 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 115 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 34 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 193 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 54 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 82 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 135 nömrəli məktəbdə xx.xx.2017xx.xx.2018-ci il, 70 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 272 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 177 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 214 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 18 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 95 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 163 nömrəli məktəbdə xx.xx.2017xx.xx.2017-ci il, 220 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 164 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 19 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 56 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 159 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 13 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 299 nömrəli məktəbdə xx.xx.2017xx.xx.2017-ci il, 36 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 258 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 99 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 178 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 27 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2018-ci il, 248 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2018-ci il, 93 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il, 251 nömrəli məktəbdə xx.xx.2017-xx.xx.2017-ci il ödənişli dərnəklər təşkil olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 439.1-ci maddəsinə uyğun olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilələr üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzibolunmazdır. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, müqavilələr ilə tərəflərin hər birinin öhdəlikləri olduğu halda, iddiaçı və ayrı-ayrılıqda üçüncü şəxslər tərəfindən öhdəliklərin tam icra edilmiş, lakin cavabdeh tərəfindən öz üzərinə düşən öhdəliklərinin tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli və “X1” MMC-dən 7.435,47 manat məbləğində pul tutularaq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “X1” MMC-dən 7.435,47 (yeddi min dörd yüz otuz beş) manat (qırx yeddi) qəpik manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar