Məhkəmə qərarları › İş №e-2-2(113)-208/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-208/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-208/2021 10.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” şirkətinə qarşı pul tələbinə dair ilkin və “xxxx” şirkətinin İddiaçı MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “xxxx” şirkətinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” şirkətindən 9.498,85 manat məbləğində borcun, 109,79 manat məbləğində cərimənin, 150 manat məbləğində vəkil xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 9788,64 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” şirkəti arasında xx xxxxxx 2019-cu il tarixli, № 03-19 İL saylı Müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) məktubları və yüklərinin çatdırılmasını, sifarişçi (cavabdeh) isə həmin müqavilənin 4-cü bölməsində göstərilən şərtlərə uyğun olaraq İcraçıya xidmət haqqını və digər xərcləri ödəməyi üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək çatdırılmış məktub və yüklərə görə cavabdeh iddiaçının xidmət haqqını ödəməkdən imtina edir. Qeyd edirlər ki, iddiaçı tərəfindən həmin xidmətlərə dair ƏDV də ödənilmiş və bu barədə sənədlər iddia ərizəsinə əlavə edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, hər ay xidmət göstərilən aydan sonra gələn ayın 15-dən gec olmayaraq iddiaçı manatla hesab hazırlayıb cavabdehə göndərir, cavabdeh həmin hesabı 10 gün ərzində ödəməlidir. Hazırda sözügedən müqavilə üzrə cavabdehin iddiaçıya 9,498.85 manat (ƏDV daxil) borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş (yazılı, elektron məktublar, telefon zəngləri), həmçinin sonuncu dəfə xx.xx.2020-ci il tarixli pretenziya göndərilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır. Sözügedən müqavilənin 3.7-ci bəndinə əsasən, cavabdeh hesabı müqavilənin 4-cü maddəsində göstərilən vaxtda ödəmədiyi halda iddiaçıya hər gecikmiş günə borcun 0,01% məbləğində cərimə ödəyir. Beləliklə, müqavilələrin şərtinə əsasən xx xxxx 2020-ci il tarixə iddiaçı cavabdehdən 142,03 manat məbləğində cəriməni tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanılan müqavilənin 6.2-ci maddəsinə əsasən, tərəflər danışıqlar yolu ilə razılığa gəlmədikdə, mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur. “xxxx” şirkəti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixli, 03-19İL nömrəli xidmət müqaviləsi əsasında daşıdığı X2 – CCS2 avadanlığına daşıma zamanı dəymiş ziyana görə avadanlığın dəyəri olan 1225 avro, daşıma xərcləri və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub “xxxx” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, hazırki qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı MMC xx xxxxxx 2019-cu il tarixli, 03-19İL nömrəli müqavilə ilə ekspres yüklərin və sənədlərin daşınması xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Şirkətə məxsus 1225 avro dəyərində olan X2 - CCS2 avadanlığının yoxlanılıb yenidən sertifikatlaşdırılması üçün 2020-ci ilin əvvəllərində yuxarıda qeyd olunan müqaviləyə uyğun olaraq yaranan daxili sifariş əsasında sözügedən avadanlığı müvafiq qaydada Almaniyada yerləşən Eaton Technologies GmbH şirkətinə göndərilmişdir. Daşınma zamanı avadanlıq yararsız vəziyyətə salındı, təmiri mümkünsüz hala gəldi və ekspertiza üçün avadanlığı yararsız alan Eaton Technologies GmbH tərəfindən zədə haqqında hesabat hazırlanıb “xxxx” şirkətinə təqdim olundu. Cavabdehə daşınma zamanı avadanlığa ciddi zərər dəydiyi barədə şifahi məlumat verilmişdir. Lakin cavabdeh bunu öz məsuliyyəti olaraq qəbul etməmişdir. Daha sonra həmin avadanlıq yenidən yararsız vəziyyətdə USPS vasitəsi ilə geri göndərilmişdir. Hazırda həmin avadanlıq tam yararsız vəziyyətdə şirkətin anbarında saxlanılır. Həmin modelin istehsalı dayandırılıb. Bu səbəbdən də eynisi ilə həmin modeli sifariş etmək qeyri-mümkündür. Eaton Technologies GmbH yalnız bu avadanlığın yenilənmiş modelini təklif edir. Daşınma və idxal gömrük xərcləri xaric aşağıda qeyd olunduğu kimi 9621,30 avrodur. MM-nin 859.2-ci maddəsinə əsasən daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” şirkətinin cavabdeh İddiaçınə qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2020-ci il tarixdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilədə göstərildiyi kimi “xxxx” ASC-də olan AZ49KABA******************** nömrəli hesablaşma hesabındakı pul vəsaitinin üzərinə iddia tələbi həcmində həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pulun tutulması tələbinə dair ilkin və “xxxx” şirkətinin İddiaçı MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 2(103)-760/2020 saylı qərardadı ilə “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2357/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonradan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən qətnamə çıxarıldığı gün Azərbaycan Respublikası manat məzənnəsi ekvivalentində daşıma nəticəsində zədələnmiş və tamamilə yararsız hala düşmüş avadanlığın yenisinin bazar qiymətini təşkil edən 9.621,30 avro, həmin avadanlığın Almaniyadan geriyə Azərbaycana qaytarılması üçün daşıma xərci olaraq ödənilmiş ƏDV daxil 540.63 manat və qarşılıqlı iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsinə dair yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia əsassızdır. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150-ci maddəsinin tələblərinə cavab vermir. Qarşılıqlı iddia üzrə cavabdehdən 1,225 avronun tələb edilməsi ilə bağlı bildirilir ki, avadanlığın dəyərinin 1225 avro olması nə ilə sübut edilir? cavabdeh iddiaçının göstərdiyi kimi həmin daşımanı 2020-ci ilin əvvəlində etdiyi halda, hansı səbəbdən iddiaçı cavabdehə bu barədə məlumat verməmiş, yalnız cavabdeh müqavilə üzrə göstərdiyi xidmətlərə dair haqq tələb etdikdə və iddiaçıya məhkəməyə müraciət edəcəyini bildirdikdə, ona daşıdığı X2 – CCS2 avadanlığının guya yararsız vəziyyətə salınmasını iddia ərizəsində göstərildiyi kimi şifahi şəkildə bildirmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixli, № 03-19 İL saylı Müqavilənin 3.1-ci maddəsinə əsasən, cavabdehin məsuliyyəti yalnız onun təqsiri olduğu halda yaranırsa, cavabdeh iddiaçının təqsirini nə ilə sübuta yetirir? Göründüyü kimi iddiaçı süni şəkildə iddia tələbi yaradaraq, özünə qarşı qaldırılan iddiadan boyun qaçırmaq istəyir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (icraçı) ilə “xxxx” şirkəti (sifarişçi) arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli 03-19İL saylı müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti icraçı tərəfindən sifarişçiyə onun ekspres məktubların və yüklərinin çatdırılması üzrə xidmətlərdir. 1.4-cü bəndinə görə ekspres-yük altında aşağıdakılar nəzərdə tutulub: konvertlərə, bağlamalara və istənilən başqa konteynerlərə qablaşdırılmış sənədlər, malın nümunələri və başqa yüklər icraçı tərəfindən çatdırılmaq üçün qəbul olunmuş və göndərən, alan və tranzit ölkələrin qanunvericiliyinə əsasən beynəlxalq ekspres-yüklərə tələb olunan qayda ilə hazırlanmış yüklər. Ekspres yük bir və ya bir neçə hissədən ibarət ola bilər. Müqavilənin 2.1-ci bəndində sifarişçinin öhdəlikləri göstərilmişdir. 2.1.1-ci bəndinə əsasən sifarişçi qabaqcadan (ekspres-yükün növündən və təyinat məntəqəsindən asılı olaraq) icraçıya icraçının xidməti zonasında olan alıcıya ekspresyükün göndərilməsi haqqında məlumat verir. Məlumat mobil telefon, faksla və ya elektron poçtla göndərilə bilər. Tərəflər arasında olan məlumatlar aşağıdakılar göstərilməlidir: ekspres-yükün təyinat məntəqəsi, ekspres-yükün alıcısının ünvanı, ekspres-yükün qaiməsinin nömrəsi, yerlərin sayı, ekspres-yükün çəkisi, icraçının göstərilən əlavə xidmətlərin siyahısı. Müqavilənin 2.3-cü bəndində icraçının öhdəlikləri göstərilmişdir. 2.3.1-ci bəndinə görə təyin olunmuş məntəqədən ekspres-yükü alıb və onu müqavilə tərəflərinin razılaşdırılmış vaxtda alıcıya çatdırmaq icraçının öhdəliyidir. 2.3.2-ci bəndinə əsasən sifarişçinin ekspres-yükünün tərkibini yoxlamaq icraçının öhdəsində deyil. 3.1-ci bəndinə görə ekspres-yük yalnız icraçının təqsirinə görə yaxud da itsə o zaman icraçı sifarişçinin qarşısında məsuliyyət daşıyır. 3.3-cü bəndinə əsasən sığorta olunmamış ekspres-yükün zədələnməsi yaxud itməsi halında icraçı məhdud məsuliyyət daşıyır: bir qaimə üzrə ekspres-yükün hər tam və natamam kiloqramına 10 ABŞ dolları məbləğində amma 50 ABŞ dollarından az olmamaq şərtilə. 3.4-cü bəndinə əsasən müqavilənin şərtlərinin icrası yaxud lazımi səviyyədə icra edilməməsi sifarişçinin yaxud ekspres-yükün alıcısının təqsirinə görə olubsa o zaman icraçı müqavilə üzrə məsuliyyətdən azad olunur. 3.7-ci bəndinə görə sifarişçi hesabı müqavilənin 4 maddəsində göstərilən vaxtda ödəmədiyi halda icraçıya hər gecikdirilmiş günə borcun 0.01% məbləğində cərimə ödəyir. 5.1-ci bəndinə əsasən müqavilə xx xxxxxx 2019-cu il tarixindən qüvvəyə minir və 2 il ərzində qüvvədə olur. 30 gün əvvəlcədən yazılı surətdə o biri tərəfi xəbərdarlıq etməklə tərəflərin biri müqaviləni birtərəfli qaydada ləğv etməyə hüququ var. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 2.496,88 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 917590 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 1.564,68 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 947066 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 1.103,30 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 189727 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 1.626,87 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 325140 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 802.40 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 394768 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 982.94 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 406585 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 671.01 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 422287 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 260.78 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 600442 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 375.12 manat dəyərində xidmətin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 730649 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 2.946,88 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 31/20 saylı hesab təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 1.564,68 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 89/20 saylı hesab təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 1.626,87 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 121/20 saylı hesab təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 1.103,30 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 131/20 saylı hesab təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 802.40 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 183/20 saylı hesab təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 982,94 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 190/20 saylı hesab təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 671,01 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 207/20 saylı hesab təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 260,78 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 220/20 saylı hesab təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına göstərilmiş xidmətlərə görə 375,12 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 262/20 saylı hesab təqdim edilmişdir. - “xxxx” şirkəti tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qarşılıqlı üzləşdirmə aktından görünür ki, Cavabdeh şirkətinin İddiaçı MMC-yə olan borcu ƏDV daxil 7.742,29 manat təşkil edir. -Gömrük bəyannaməsindən görünür ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən CALİBRATİON X2-CCS2 avadanlıq kalibrasiya olunmaq üçün xx.xx.2020-ci il tarixdə Almaniya Federativ Respublikasına göndərilmişdir. -X4 Worldwidу şirkəti tərəfindən tərtib edilmiş yoxlamanın nəticəsinə dair arayışdan görünür ki, CCS2 məhsulu ağır zədələnmiş formada gəlmiş, lazer sensorda mövcud olan nöqsan sınaqdan keçirilən zaman aşkar olunmuşdur. 4um/6u/14um dəyərləri etibarsızdır, avadanlıq təmir oluna bilməz. -İddiaçı MMC tərəfindən “xxxx” şirkətinə ünvanlanmış pretenziya məktubundan görünür ki, 9.498,85 manat məbləğində pulun məktubu aldıqdan sonra 10 bank günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin, həmçinin gecikdirilmiş hər gün üçün cərimənin və məhkəmə xərclərinin tutulması ilə bağlı müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -X5 Mübarizoviç məhkəmə verdiyi ifadəsində göstərmişdir ki, şirkətdə elə avadanlıqlar var, hansı ki, müəyyən vaxtdan sonra kalibrasiya olunmalıdır. Kalibrasiya müxtəlif dövlətlərdə aparılır. Avadanlıq Almaniyaya göndərilmişdir. Avadanlıq salamat gəlib çatmadı. Bununla bağlı xidmət göstərən məktub yazıb, bütün məlumatları bildirib. Adətən bir ildən bir (12 aydan bir) avadanlıq kalibrasiya olunmalıdır. Avadanlıqda heç bir problem yox idi. Almaniya şirkətindən məlumatı alan kimi avadanlığın təmirə yararlı olub-olmaması dəqiqləşdirilmiş, həmin avadanlığın təmirə yararsız olması müəyyən edilmişdir. Qarşı tərəfə də bu barədə bildiriş verilmişdir. Bu avadanlıq ilk dəfə deyil təkrar olaraq kalibrasiyaya göndərilmişdir. Cihazın çəkisi təxminən 14 kiloqramdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia ərizəsində iki tələb irəli sürmüşdür.

1. Göstərilmiş yükdaşınması xidmətinə görə 9.498,85 manat məbləğində haqqın tutulması tələbi. Həmin tələbə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin xx xxxxxx 2019-cu il tarixli 03-19İL saylı yükdaşınması müqaviləsi üzrə borcunun olmasını, eləcə də həmin borcun iddia ərizəsində göstərdiyi məbləğdə olmasını sübuta yetirmək üçün ilkin iddia üzrə cavabdehin sifarişi əsasında yükdaşınmalarının həyata keçirilməsini təsdiq edən yol qaimələrini, eləcə də həmin yol qaimələri əsasında cavabdehə təqdim edilmiş elektron qaimələri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia tələbini qismən qəbul etmiş və ilkin iddia üzrə iddiaçının daşıma xidməti üzrə ilkin iddia üzrə cavabdehə borcunun 7.742,29 manat məbləğində olmasını bildirmişdir. Lakin ilkin iddia üzrə cavabdeh borcun məhz qəbul etdiyi məbləğdə olmasını təsdiq edən hər hansı sübutu (məsələn, yük daşıma xidmətinin dəyərinin bir hissəsini ödəməsi barədə ödəniş sənədləri və s.) məhkəməyə təqdim etməmiş, eləcə də hansı elektron qaimələr üzrə borcu qəbul etdiyini və hansılar üzrə borcu qəbul etmədiyini və hansı əsasla qəbul etməməsini də dəqiqləşdirməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə ilkin iddia üzrə cavabdeh “xxxx” şirkətinin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü yük daşınma xidmətinə görə haqqı ödəmək öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini, nəticədə ilkin iddia üzrə İddiaçı MMC-yə 9498,85 manat məbləğində borcunun yarandığını, ilkin iddia üzrə İddiaçı MMCnin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə 9498,85 manat məbləğində borc tutulmalıdır.

2. Əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 109,79 manat məbləğində dəbbə pulunun ödənilməsi tələbi Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh “xxxx” şirkətinin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır, eyni zamanda ilkin iddia üzrə iddiaçının dəbbə pulu olaraq tələb etdiyi 109,79 manat məbləği dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almaqla tənasübsüz surətdə yüksək deyildir. Buna görə də həmin hissədə iddia təmin edilməlidir. İlkin iddia üzrə məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, MPM-in: 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işin materiallarına əlavə edilmiş xəzinə mədaxil orderindən isə görünür ki, İsmayılbəyli və Partnorları Vəkil Bürosuna vəkil orderinə görə 150 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda ilkin iddia ərizəsindən də göründüyü kimi ilkin iddia verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda ilkin iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tərəfindən ödənilmiş vəkil xidmətinə görə haqqın və dövlət rüsumunun əvəzində müvafiq olaraq 150 manat və 30 manat məbləğində pul vəsaitləri ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı „xxxx“ şirkətinin irəli sürdüyü qarşılıqlı iddiaya gəldikdə məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddia üzrə tələb yükdaşınma zamanı yükün zədələnməsi nəticəsində dəymiş maddi zərərin (yeni avadanlıq əldə edilməsi üçün tələb olunan məbləğ və avadanlığın Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına daşınması xərcləri) əvəzi olaraq pulun tutulması tələbidir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini sifarişi əsasında CALİBRATİON X2-CCS2 adlı avadanlığın qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Almaniya Federativ Respublikasına daşınması zamanı avadanlığın zədələnməsi və nəticədə onlara 9.621,30 avro (oxşar avadanlığın qiyməti) və 540,63 manat (daşıma xərci) məbləğində zərər vurulması ilə əsaslandırmışdır. Mülki Məcəllənin: 859.2-ci maddəsinə görə daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.5-ci maddəyə görə daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə. Hazırkı işin materiallarından isə görünür ki, əvvəla qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən avadanlığın zədələnməsinin məhz yükdaşınması zamanı baş verməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı yük qəbul edilərkən yükalan tərəfindən yükün zədəli olması ilə bağlı hər hansı qeyd-şərt verilməsi və ya yükün qəbul edildiyi vaxtdan 8 gün ərzində yükgöndərən və ya yükalan tərəfindən yükün zədələnməsi ilə bağlı yükdaşıyıcıya qarşı hər hansı bir tələb irəli sürməsi də iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda isə avadanlığın zədələnməsinin daşınma nəticəsində baş verməsi ehtimal edilsə belə daşıyıcıya qarşı bütün iddialar Mülki Məcəllənin 859.5-ci maddəsinin tələbləri baxımından ödənilmiş hesab edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən avadanlığın zədələnməsi nəticəsində ona dəymiş maddi zərərin məbləğini, o cümlədən zədələnmiş avadanlığın və ya ona oxşar avadanlığın bazar qiymətini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.

Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia təmin edilsin. İlkin iddia üzrə cavabdeh “xxxx” şirkətindən 9498,85 manat (doqquz min dörd yüz doxsan səkkiz manat səksən beş qəpik) məbləğində əsas borcun, 109,79 manat (yüz doqquz manat yetmiş doqquz qəpik) məbləğində dəbbə pulunun, cəmi 9608,64 manat (doqquz min altı yüz səkkiz manat altmış dörd qəpik) məbləğində pul vəsaitinin, vəkil xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçı MMC -yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” şirkətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar