Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-208/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 338142,72 manat (üç yüz otuz səkkiz min bir yüz qırx iki manat yetmiş iki qəpik) məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlıq müəssisəsi olmaqla süd və süd məhsullarının istehsalı, emalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektidir. Cavabdeh iddiaçı şirkətdən müxtəlif ağartı məhsullarını müqavilə üzrə əldə edən fərdi sahibkardır. “Fiesta Group" MMC ilə Cavabdeh arasında 05 yanvar 2022-ci il tarixli müqavilə, 03 mart 2023-cü il tarixli 03/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilələrə əsasən Cavabdeh ümumilikdə 1036779,61 manat (bir milyon otuz altı min yeddi yüz yetmiş doqquz manat altmış bir qəpik) məbləğində mal satılmışdır. Cavabdeh eyni məbləğdə elektron-qaimələr göndərilsə də, bu günədək yalnız 698636,89 manat (altı yüz doxsan səkkiz min altı yüz otuz altı manat səksən doqquz qəpik) məbləğində ödəniş icra olunmuşdur. Cavabdeh 338142,72 manat (üç yüz otuz səkkiz min bir yüz qırx iki manat yetmiş iki qəpik) məbləğdə ödənilməmiş borcu, icra edilməmiş öhdəliyi qalmışdır. Bundan sonra isə cavabdehə pretenziya qaydasında müraciət olunmuş və öhdəliyin icra edilməsi xahiş edilmişdir. Məhkəmə icraatına qədər işin mediasiya vasitəsi ilə həlli üçün Bakı 16 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Həmin təşkilat tərəfindən verilmiş xx.xx.2023 tarixli MB/16-01231 nömrəli arayışa əsasən tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, razılığa gələ bilməmiş və tam mediasiya prosesinin davam etdirilməsi barədə qərar qəbul edilməmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 272260,40 manat və ƏDV məbləği 29980,97 manat olmaqla, ümumilikdə 302241,37 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.2, 448.1, 567.1, 598.1, 598.2-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək iddia tələbinə etiraz edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin istinad etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr naməlum şəxslər tərəfindən saxtalaşdırılmış, yəni Cavabdeh tərəfindən imzalanmamış və onun iradə ifadəsini özündə əks etdirməmişdir. O da nəzərə alınmalıdır ki, həmin müqavilələrdə nəinki Cavabdeh, eləcə də iddiaçının nümayəndəsinin də imzaları məqsədli olaraq saxtalaşdırılmışdır Belə olan təqdirdə həmin müqavilələrə istinad edilməklə, müqavilədən doğan öhdəliklərin icra edilməsi əsası ilə tələb irəli sürmək əsassızdır, təmin edilə bilməz.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, yuxarıda qeyd olunan ərizəyə uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş edir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəməyə icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh arasında bağlandığı iddia olunan xx.xx.2022-ci il tarixli müqavilə təqdim olunmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada daşıma xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan elektron qaimədə qeyd edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
9. Məhkəməyə satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlandığı iddia olunan xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi təqdim olunmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya süd məhsullarını satır, alıcı isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən 2 (iki) təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcı müqaviləyə əsasən sifariş edilmiş mallar üzrə sənədləri (hesab-faktura, qaimə faktura və digər zəruri sənədlər) alıcıya təqdim etməlidir. Təqdim edilmiş sənədlərdə göstərilmiş məbləğ mallar təhvil verildikdən sonra növbəti 20 (iyirmi) gün ərzində nağd qaydada və ya köçürmə yolu ilə ödənilir.
10. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-xx.xx.2023-cü il tarixləri aralığında elektron qaimələr göndərilmişdir. Həmin qaimələr üzrə ödənilməli əsas məbləğ 878626,8 manat, ƏDV məbləği isə 158152,81 manat olmaqla, 1036779,61 manat təşkil etmişdir.
11. Məhkəməyə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçının hesabına edilən ödənişlərlə bağlı "xxxx" QSC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC tərəfindən təqdim edilən cari hesabdan çıxarışlar təqdim olunmuşdur.
12. Bakı şəhər Nərimanov rayon Prokurorluğu tərəfindən məhkəməyə (sorğu əsasında) təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1468 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, **********656299 nömrəli 80000 manat pul vəsaitinin qəbuluna dair, xx.xx.2023-cü il tarixli **********163667 nömrəli 15000 manat pul vəsaitinin qəbuluna dair, xx.xx.2023-cü il tarixli **********163736 nömrəli 34000 manat pul vəsaitinin qəbuluna dair məxaric orderlərinin kserosurətlərində “qəbul” qrafalarında ǝks olunmuş imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilənin sonuncu vərəqində "fiziki şəxs" və "direktor" qrafalarındakı imzalar və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsinin sonuncu vərəqində "fiziki şəxs Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsinin sonuncu vərəqində “direktor X2” qrafasındakı imza - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilənin sonuncu vərəqində “fiziki şəxs” və “direktor” qrafalarındakı imzalarda və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsinin sonuncu vərəqində “fiziki şəxs Cavabdeh” qrafasındakı imzada - Cavabdeh həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsinin sonuncu vərəqində “direktor X2” qrafasındakı imzada - X1 həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/274 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 878626,8 manat əsas məbləğ və 158152,81 manat ƏDV məbləği olmaqla, ümumilikdə 1036779,61 manat məbləğində mal alınmış, eyni zamanda Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına əsas məbləğ olaraq 606366,40 manat, ƏDV sub-uçot hesabına isə 131171,84 manat məbləğində ödəniş həyata keçirilmişdir. Yekun olaraq, tərəflər arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən 272260,40 manat (878626,80 - 606366,40) əsas məbləğ üzrə, 26980,97 manat (158152,81 - 131171,84) ƏDV məbləği üzrə borc olmaqla, ümumilikdə 299241,37 manat məbləğində ödənilməmiş borc yaranmışdır.
14. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
18. İddia tələbini cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 272260,40 manat və ƏDV məbləği 29980,97 manat olmaqla, ümumilikdə 302241,37 manat məbləğində vəsaitin tutulması təşkil edir.
19. Cavabdeh tərəf müqavilələrin Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığına istinad edərək müqavilələrin cavabdehin iradə ifadəsini özündə əks etdirmədiyini bildirmiş və bu əsasla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, bağlandığı iddia olunan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrdəki imzalar Cavabdeh məxsus olmasa da, müqavilələr imzalandıqdan sonra fərdi sahibkar olan cavabdeh tərəfindən ona məxsus möhürlə təsdiq edilmişdir.
20. Əlavə olaraq kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardakı dəişikliklərin tarixçəsi bölümü üzrə vergi ödəyicisi olan İddiaçı tarixçəsindən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə MMC-nin qanuni təmsilşisi Cavabdeh olmuşdur. Yəni müqavilələrdə bağlanma vaxtı kimi qeyd olunan tarixlərdə Cavabdeh MMC-nin qanuni təmsilşisi olmuşdur. Müqavilələr hüquqi şəxs və fiziki şəxsin möhürü ilə təsdiq edilmişdir.
21. Qeyd olunmalıdır ki, iddiaçı tərəflər arasında bağlandığı iddia olunan 2 müqavilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə borcun tutulmasını xahiş etmiş və elektron qaimələrə istinad etmişdir. Həmin qaimələrdə əsas kimi xx.xx.2022-ci il tarixli müqaviləyə istinad olunmuşdur. Eyni zamanda təqdim olunmuş bank hesabından çıxarışlarda da ödəmələrin xx.xx.2022-ci il tarixli müqavilə üzrə edildiyi qeyd olunur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə xx.xx.2022-ci il tarixdə bağlanan müqavilədən irəli gələn mübahisədir və mübahisənin xx.xx.2022-ci il tarixli müqavilə ilə əlaqəsi yoxdur.
22. xx.xx.2022-ci il tarixli müqaviləyə gəlincə, məhkəməyə təqdim olunmuş yazılı müqavilə “Xidmətlərin göstərilməsi haqqında” müqavilə adlanır və müqavilənin predmetini sifarişçi olan Cavabdeh tərəfindən daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçı olan iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməsi, icraçı olan İddiaçı isə sifarişçinin müəyyən etdiyi qaydada daşıma xidmətlərini göstərməsi təşkil edir. Lakin işin faktiki hallarından görünür ki, tərəflər arasında olan hazırkı mübahisə alqı-satqı münasibətləri zəminində yaranan mübahisədir. Belə ki, təqdim olunmuş elektron qaimələrdən (qaimələrin hamısında xx.xx.2022-ci il tarixli müqaviləyə istinad olunur) görünür ki, cavabdehə süd məhsulları satılmış, ödənişlər də həmin müqavilə əsasında aparılmışdır. Ona görə də tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər mövcud olmuşdur. Lakin hazırkı iş üzrə həmin münasibətlərin xx.xx.2022-ci il tarixdə bağlandığı iddia olunan müqavilədən irəli gəldiyi müəyyən olunmur.
23. Ziddiyyətli məqamlardan bir də ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli müqavilənin nömrəsi 001-dir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci tarixli (həmin tarixli 2 qaimə), xx.xx.2022-ci il tarixli elektron qaimələrdə əsas kimi sadəcə xx.xx.2022-ci il tarixli müqaviləyə, digər elektron qaimələrdə isə xx.xx.2022-ci il tarixli, 002 saylı müqaviləyə istinad olunur. Məhkəməyə xx.xx.2022-ci il tarixli, 002 saylı müqavilə təqdim olunmamışdır.
24. Gəlinən nəticə ondan ibarətdir ki, istənilən halda tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə elektron qaimələr göndərilmiş və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənişlər edilmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı həm ilkin, həm iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində xx.xx.2022-ci il tarixli müqavilə üzrə (nömrə qeyd olunmur) üzrə borcun tutulmasını xahiş etmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun tutulmasına dair iddianın qismən təmin olunması qənatinə gəlinmişdir.
25. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 878626,8 manat əsas məbləğ və 158152,81 manat ƏDV məbləği olmaqla, ümumilikdə 1036779,61 manat məbləğində mal alınmış, eyni zamanda Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına əsas məbləğ olaraq 606366,40 manat, ƏDV sub-uçot hesabına isə 131171,84 manat məbləğində ödəniş həyata keçirilmişdir. Yekun olaraq 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən 272260,40 manat (878626,80 - 606366,40) əsas məbləğ , 26980,97 manat (158152,81 - 131171,84) ƏDV məbləği olmaqla, ümumilikdə 299241,37 manat məbləğində ödənilməmiş borc qalmışdır.
26. Həmçinin qeyd olunmalıdır ki, ekspert rəyində tərəflər arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən 272260,40 manat (878626,80 - 606366,40) əsas məbləğ üzrə, 26980,97 manat (158152,81 - 131171,84) ƏDV məbləği üzrə borc olmaqla, ümumilikdə 299241,37 manat məbləğində ödənilməmiş borc yarandığı qeyd olunsa da, iş materiallarından müəyyən olunur ki, əslində həmin borc 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə olan borcdur.
27. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının göstərilən öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, cavabdehin qalıq borc məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 272260,40 manat əsas borc, 26980,97 manat ƏDV məbləği olmaqla, cəmi 299241,37 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
28. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun 148,50 manat (yüz qırx səkkiz manat əlli qəpik) hissəsi Cavabdeh, 1,50 manat (bir manat əlli qəpik) hissəsi isə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 272260,40 manat (iki yüz yetmiş iki min iki yüz altmış manat qırx qəpik) əsas borc, 26980,97 manat (iyirmi altı min doqquz yüz səksən manat doxsan yeddi qəpik) ƏDV məbləği olmaqla, cəmi 299241,37 manat (iki yüz doxsan doqquz min iki yüz qırx bir manat otuz yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pulun 148,50 manat (yüz qırx səkkiz manat əlli qəpik) hissəsi Cavabdeh, 1,50 manat (bir manat əlli qəpik) hissəsi isə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova