Məhkəmə qərarları › İş №e-2-2(113)-2082/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2082/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2082/2022 13.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 21 may 2019-cu il tarixli MAS- 850 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, 2 ədəd “KHAZAR SD” minik markalı, **-PH-***, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, cavabdeh "xxxx" MMC-dən 21 may 2019-cu il tarixli MAS-850 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektlərinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 mart 2022-ci il tarixə 4550.02 manat gecikdirilmiş əsas, 211.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 200.04 manat dəbbə pulu, ümumilikdə 4961.07 manat borcun, mediasiya xidməti üçün ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 10.02 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.05.2022-ci il tarixdə iddiaçı tərəf elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmaıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və iddiaçı tərəfindən ödənilmiş 10,02 manat dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 876395478 saylı qəbzə əsasən iddiaçı tərəfindən ödənilmiş 10,02 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, elan olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar