Məhkəmə qərarları › İş №e-2-2(113)-2083/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2083/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2083/2022 13.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı 12 may 2020-ci il tarixli, Hİ-083/2020 saylı müqavilə üzrə ƏDV daxil 167391,10 (bir yüz altmış yeddi üç yüz doxsan bir manat on qəpik) manat məbləğində borcun, 33832 (otuz üç min səkkiz yüz otuz iki) manat dəbbə pulunun (cərimənin) 400 (dörd yüz) manat mediasiya xərcinin, 491,62 (dörd yüz doxsan bir manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 202114,72 (iki yüz iki min bir yüz on dörd manat yetmiş iki qəpikk) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏ N ETDİ: İddiaçı Cavabdehnə qarşı 12 may 2020-ci il tarixli, Hİ-083/2020 saylı müqavilə üzrə ƏDV daxil 167391,10 (bir yüz altmış yeddi üç yüz doxsan bir manat on qəpik) manat məbləğində borcun, 33832 (otuz üç min səkkiz yüz otuz iki) manat dəbbə pulunun (cərimənin) 400 (dörd yüz) manat mediasiya xərcinin, 491,62 (dörd yüz doxsan bir manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 202114,72 (iki yüz iki min bir yüz on dörd manat yetmiş iki qəpikk) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi məhkəməyə ərizəylə müraciət edərək, iddia ərizəsinin qaytarılmasını və işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi ərizəyə etiraz etmədiyini bildirərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar