Məhkəmə qərarları › İş №e-2-2(113)-2086/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2086/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2086/2021 25.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc olaraq 96.054,60 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 17,289 manat, cəmi 113,343.60 manat məbləğində borcun və ödənilməmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01.05.2017-ci il tarixdə 28/2017 saylı mal alğı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmiş müqavilə şərtlərinə əsasən iddiaçı müxtəlif vastlarda cavabdehə mal satmışdır. Sonuncu aldığı malların dəyəri olan 96,054.60 manat (ƏDV) daxil borcu iddiaçıya ödəməmişdir. Müqavilənin 6.2-ci bəndində göstərilmişdir ki, alıcı aldığı malın dəyərini razılaşdırılmış müddət ərzində ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə gecikən hər gün üçün qalan məbləğin 0,1 % məbləğində cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəmələri barədə müraciət edilsə də, lakin cavabdeh borcu ödəməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ç.Nağıyev iddia tələbi ilə qismən əsas borc hissəsində razılaşdığını, həqiqətən də həmin müqavilə üzrə iddiaçıya 96054,60 manat ödəməli olduqlarını, lakin iddiaçının da onlara aralarında olan digər bir müqavilə üzrə 12300 manat borcunun olduğunu, həmin borcun 96,054.60 manat məbləğdən çıxılmalı olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddia ərizəsində göstərilən dəbbə pulu ağlabatan deyildir, dəbbə pulunun da məbləğinin ağlabatan müəyyən edilməsini Məhkəmədən xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanan 01 may 2017-ci il tarixli 28/2017 nömrəli alğısatqı müqaviləsinə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı ilə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini Müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Alıcıya ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Müqavilənin 5.1-ci maddəsinə əsasən həmin müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə faktura və ya təhvil-təslim sənədi əsasında alıcıya təhvil verir. Müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. EAAW seriyalı, 179180 nömrəli 25.06.2019-cu il tarixli elektron qaimə üzrə 9097,39 manat, EAAW seriyalı 225899 nömrəli 25.06.2019-cu il tarixli elektron qaimə üzrə 7216,88 manat, EAAW seriyalı 896589 nömrəli 09.07.2019-cu il tarixli elektron qaimə üzrə 2596,0 manat, EAAW seriyalı 983815 nömrəli elektron qaimə üzrə 1147,43 manat, EAAX 042907 nömrəli, 15.07.2019-cu il tarixli elektron qaimə üzrə 2751,76 manat, EAAX nömrəli 220781 nömrəli, 19.07.2019-cu il tarixli elektron qaimə üzrə 2621,96 manat, EAAX seriyalı 586022 nömrəli elektron qaimə üzrə 6515,96 manat, EAAY nömrəli 118515 nömrəli elektron qaimə üzrə 776,68 manat, EAAY seriyalı 184174 nömrəli elektron qaimə üzrə 84,08 manat, EAAY seriyalı 346815 nömrəli, 09.08.2019-cu il tarixli elektron qaimə üzrə 3842,08 manat, EAAZ nömrəli 156187 nömrəli, 31.08.2019-cu il tarixli elektron qaimə üzrə 517,78 manat, EAAZ seriyalı 365449 nömrəli, 05.09.2019-cu il tarixli elektron qaimə üzrə 1035,57 manat, EAAZ nömrəli 393121 nömrəli, 05.09.2019-cu il tarixli elektron qaimə üzrə 549,88 manat, EBAA seriyalı 065864 nömrəli, 19.09.2019-cu il tarixli elektron qaimə üzrə 598,97 manat, EBAE seriyalı 117757 nömrəli, 19.12.2019-cu il tarixli elektron qaimə üzrə 287,63 manat, EBAE seriyalı 889643 nömrəli, 10.01.2020-ci il tarixli elektron qaimə üzrə 823,64 manat, EBAE seriyalı 939887 nömrəli, 14.01.2020-ci il tarixli elektron qaimə üzrə 3971,88 manat, EBAF seriyalı 119520 nömrəli, 21.01.2020-ci il tarixli elektron qaimə üzrə 785,41 manat, EBAF nömrəli 477164 nömrəli, 29.01.2020-ci il tarixli elektron qaimə üzrə 549,88 manat,EBAF nömrəli 632220 nömrəli, 30.01.2020-ci il tarixli elektron qaimə üzrə 5192,00 manat, EBAG seriyalı 482093 nömrəli, 18.02.2020-ci il tarixli elektron qaimə üzrə 5062,20 manat, EBAG seriyalı 141036 nömrəli, 11.02.2020-ci il tarixli elektron qaimə üzrə 708 manat, EBAG seriyalı 152260 nömrəli, 11.02.2020-ci il tarixli elektron qaimə üzrə 2360 manat, EBAG seriyalı 914420 nömrəli, 28.02.2020-ci il tarixli elektron qaimə üzrə 3894 manat, EBAH seriyalı 354310 nömrəli, 07.03.2020-ci il tarixli elektron qaimə üzrə 5269,88 manat, EBAH seriyalı 754801 nömrəli, 16.03.2020-ci il tarixli elektron qaimə üzrə 3919,96 manat, EBAH seriyalı 859024 nömrəli, 18.03.2020-ci il tarixli elektron qaimə üzrə 549,88 manat, EBAİ seriyalı 221573 nömrəli, 30.03.2020-ci il tarixli elektron qaimə üzrə 5321,80 manat, EBAİ seriyalı 479344 nömrəli, 08.04.2020-ci il tarixli elektron qaimə üzrə 191,75 manat, EBAJ seriyalı 110906 nömrəli, 23.04.2020-ci il tarixli elektron qaimə üzrə 4417,92 manat, EBAJ seriyalı 282761 nömrəli, 28.04.2020-ci il tarixli elektron qaimə üzrə 280,58 manat, EBAJ seriyalı 896833 nömrəli, 15.05.2020-ci il tarixli elektron qaimə üzrə 2699,84 manat, EBAK seriyalı 485672 nömrəli, 31.05.2020-ci il tarixli elektron qaimə üzrə 1017,51 manat, EBAK seriyalı 651978 nömrəli, 03.06.2020-ci il tarixli elektron qaimə üzrə 2128,72 manat, EBAK seriyalı 945380 nömrəli, 10.06.2020-ci il tarixli elektron qaimə üzrə 2647,92 manat, EBAL seriyalı 491454 nömrəli, 25.06.2020-ci il tarixli elektron qaimə üzrə 2024,88 manat, EBAL seriyalı 576790 nömrəli, 25.06.2020-ci il tarixli elektron qaimə üzrə 3945,92 manat, EBAL seriyalı 927498 nömrəli, 06.07.2020-ci il tarixli elektron qaimə üzrə 191,87 manat, EBAM seriyalı 428319 nömrəli, 16.07.2020-ci il tarixli elektron qaimə üzrə 3738,24 manat məbləğində iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və miqdarda mallar təhvil verilmişdir. İddiaçı cavabdehə 28.09.2020-ci il tarixdə və 23 oktyabr 2020-ci il tarixdə SK/67M/2020 nömrəli xəbərdarlıq məktubu ünvanlayaraq cavabdehdən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərini icra etməyi və ondan aldığı məhsullara görə ümumilikdə 96.054,60 manat olan borcunu ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01.05.2017-ci il tarixli, 28/2017 saylı alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 96.054,60 manat borcunun yarandığını, həmin borcun cavabdehin nümayəndəsi tərəfindən də qəbul edildiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 96.054,60 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış hazırkı müqavilənin 8.2-ci maddəsinə əsasən hesablanmış 17.289 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehin nümayəndəsi tərəfindən də etiraf edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1000 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 96.054,60 manat məbləğində əsas borc və 1000 manat məbləğində cərinə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 96.054,60 manat (doxsan altı min əlli dörd manat altmış qəpik) əsas borc, borcun gecikdirilməsinə görə 1000 (bir min) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 97.054,60 manat (doxsan yeddi min əlli dörd manat altmış qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumu pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar