Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2093/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı “İddiaçı MMM-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh Cavabdeh nümayəndələri X2 və X4 iştirakları ilə, İddiaçı “İddiaçı MMM-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı MMM Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14410,76 manat malın dəyərini təşkil edən əsas borc məbləğinin və 2594,95 manat ƏDV məbləğinin, o cümlədən iddia qaldırılması üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 17.035,70 (on yeddi min otuz beş manat yetmiş qəpik) manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin 14 aprelində və 2020-ci ilin 08 mayında “İddiaçı MMM ilə Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmışdır. Bağlanmış müqavilələrin 1.1-ci bəndinə əsasən İddiaçı tərəfindən Cavabdehnə ümumilikdə 84,744.00 (səksən dörd min yeddi yüz qırx dörd min) manat dəyərində mal təhvil verilmişdir. Lakin Cavabdeh müqavilənin 1.2-ci bəndinin şərtlərini pozaraq, aldığı malların dəyərini bugünədək tam şəkildə ödəməmişdir. Belə ki, göstərilən dövr üçün ümumilikdə 67,738.26 manat (altmış yeddi min yeddi yüz otuz səkkiz min manat 26 qəpik) ödəniş edilmiş, aldığı mallara görə isə hal-hazırda 17,005,70 manat (on yedi min beş manat 70 qəpik) İddiaçı MMM-ə ödənilməmiş borcu qalmışdır. Göstərilən borc məbləğinin 14410,76 manatı malın dəyərini təşkil edən borc, 2594,95 manatı isə ƏDV borcu təşkil edir. Dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq bugünə qədər müqavilələr üzrə borclar ödənilməmiş və borcların ödənilməsindən müxtəlif bəhanələrlə Cavabdeh imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı MMM-nin nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndələri X2 və X5 izahat verərək iddianı qismən etiraf etdiklərini bildirdilər. İş materiallarında olan “İddiaçı MMM ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2017-ci il tarixli 16/17 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qiymət razılaşma protokolunda nəzərdə tutulan və adı göstərilən malları müqavilənin şərtlərinə uyğun olaraq alıcının mülkiyyətinə verir, alıcı isə qiymət razılaşma protokolunda və adı göstərilən malları qəbul edib, onun müqabilində ödəniş etməyi üzərinə götürmüşdür. İş materiallarında olan “İddiaçı MMM ilə Cavabdeh arasında bağlanmış 08 may 2020-ci il tarixli 32/20 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qiymət razılaşma protokolunda nəzərdə tutulan və adı göstərilən malları müqavilənin şərtlərinə uyğun olaraq alıcının mülkiyyətinə verir, alıcı isə qiymət razılaşma protokolunda və adı göstərilən malları qəbul edib, onun müqabilində ödəniş etməyi üzərinə götürmüşdür. İş materiallarında olan 07.01.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh həmin tarixə “İddiaçı MMM-nə 27552,90 manat borcunun olduğunu etiraf etmişdir. İş materiallarında olan 474 saylı ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 26.02.2020-ci il tarixdə EQ 360952-HF saylı elektron qaiməyə əsasən 4500 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 475 saylı ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 26.02.2020-ci il tarixdə EQ 360952-HF saylı elektron qaiməyə əsasən 810 manat məbləğində ƏDV ödəniş etmişdir. İş materiallarında olan **********89 saylı ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 22.05.2020-ci il tarixdə EQ 700301- saylı elektron qaiməyə əsasən 8474,58 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 22.05.2020-ci il tarixdə EQ 700301 saylı elektron qaiməyə əsasən 1525,42 manat məbləğində ƏDV ödəniş etmişdir. İş materiallarında olan **********58 saylı ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 18.09.2020-ci il tarixdə EQ 837972-HF saylı elektron qaiməyə əsasən 1190 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan **********12 ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 21.09.2020-ci il tarixdə EQ 837972-HF saylı elektron qaiməyə əsasən 214,20 manat məbləğində ƏDV ödəniş etmişdir. İş materiallarında olan ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 21.10.2020-ci il tarixdə EQ 198380 saylı elektron qaiməyə əsasən 500 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 21.10.2020-ci il tarixdə EQ 198380 saylı elektron qaiməyə əsasən 90 manat məbləğində ƏDV ödəniş etmişdir. İş materiallarında olan **********64 saylı ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 27.10.2020-ci il tarixdə EQ 700301- saylı elektron qaiməyə əsasən 8474,58 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan ödəmə qəbzindən görünür ki, Cavabdeh “İddiaçı MMM-nə 28.10.2020-ci il tarixdə EQ 700301 saylı elektron qaiməyə əsasən 1525,42 manat məbləğində ƏDV ödəniş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Məhkəmə ilk növbədə qeyd edir ki, elektron qaimələr əsasında edilmiş ödənişlərə dair qəbzlərdən üzləşmə aktı imzalanmış yəni, 07.01.2020-ci il tarixə qədər yaranmış borca görə yalnız 03.10.2019-cu il tarixdə verilmiş EQ 700301 saylı qaimə aiddir. Digər ödənişlərə dair qəbzlər isə üzləşmə aktı imzalandıqdan sonra verilmiş elektron qaimə əsasında edilmiş ödənişlərdir, yəni üzləşmə aktı əsasında etiraf edilmiş borca heç bir aiddiyyatı yoxdur. Cavabdeh tərəfindən üzləşmə aktı imzalandıqdan sonra EQ 700301 əsasında 22.05.2020-ci il tarixdə ƏDV ilə birlikdə 10000 manat, 27.10.2020-ci il tarixdə ƏDV ilə birlikdə 10000 manat ödəniş edilmişdir. Beləliklə üzləşmə aktında ümumi məbləğin 34.267 manat olduğunu nəzərə alaraq cavabdehin ƏDV ilə birlikdə 14.267 manat (34.267-20.000=14.267) borcu qalmışdır. Məhkəmə qeyd edir ki, 14.267 manat qalıq borcun, əsas hissəsi 11.698,94 manat, ƏDV məbləği isə 2568,06 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11.698,94 manat əsas borc, 2568,06 ƏDV məbləği, cəmi 14.267 manat məbləğində pul xxxx”xxxx“İddiaçı MMM-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6103,74 manat əsas borc, 1098,6 ƏDV məbləği, cəmi 7202 manat məbləğində pul xxxx”xxxx“İddiaçı MMM-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti xxxx”xxxx“İddiaçı MMM-nə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2093/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2093/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver