Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2097/2021 02.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra - İddiaçı MMMC) Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1033,40 manat borcun **********10000 nömrəli abonent kodu üzrə hesabdan silinməsi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun Cavabdehİstehsalat Birliyindən tutularaq iddiaçı «xxxx» MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı «xxxx» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 28.03.2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İddiaçı «xxxx» MMMC ilə Cavabdeh arasında bağlanmış 17.03.2020-ci il tarixli AMX-2027/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında «xxxx» MMMCqazla təchiz olunmuşdur (abonent kodu: **********10000). 2019-cu ilin noyabr ayında Qaz İxrac İdarəsi, Abşeron MAQS-i “İPA” və Metrologiya şöbəsinin rəisi A.Həsənov və Bakı RQSD-nin nümayəndəsi E.Bədəlov iddiaçı «xxxx» MMMC-nin sədrin iştirakı ilə istixananın elektron qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı qaz sayğacının maqnit ötürücüyə vurulmuş qurğusunun plombun qırıq olması, flyans birləşməsinə vurulan plombun naqlinin qırıq olması, lakin sayğacın qutusuna vurulmuş plombun mövcud olmasıaşkar olunmuşdır. Bununla bağlı akt tərtib olunmuşdur. 2020-ci ilin fevral ayında Cavabdeh işçiləri gəlib sayğacı yenisi ilə əvəz etmişlər. 2020-ci ilin mart ayında, yəni sayğac aparılandan bir ay sonra Metrologiya Departamentinə dəvət etdilər və sədrin iştirakı ilə sayğaca baxış keçirildi. Baxış zamanı qazsayğacının təmirə ehtiyacı olduğunu bildirdilər və təmirə lazım olan ehtiyat hissələrinin siyahısını və qiymət göstərilməklə ödəniş edilməsini bildirdilər. Bununla bağlı iddiaçı «xxxx» MMMC ilə SOCAR-ın Cavabdeh X1 Departament iarasında iddiaçı «xxxx» MMMCyə məxsus bir ədəd rotor tipli G-250 markalı 75096440 nömrəli qaz sayğacının 17.03.2020-ci il tarixli 09163 nömrəli qüsur aktı nəzərə almaqla təmir və ehtiyyat hissəsinin ayrılmasına dair 17.03.2020-ci il tarixdə xidmət müqaviləsi bağlanılmışdır. Qeyd edilən Xidmət Müqaviləsinin əsasən Metrologiya Departamentinə 663,24 manat ödənilmişdir. 07.05.2020-ci il tarixdə iddiaçı «xxxx» MMMC-yə Bakı Regional Qazın Satışı Departamenti tərəfindən hesab faktura daxil edildi ki, sayğac səhv işlədiyindən 1033,40 manat əlavə ödəniş olmalıdı. İddiaçı «xxxx» MMMC-nin Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyinə göndərilən müraciətinə cavab olaraq bildirilmişdir ki, korrektorun arxiv məlumatları əsasında 29.01.2020- 14.02.2020-ci il müddət ərzində korreksiya əmsalının müəyyən olunması, qeyd edilən dövr üçün istehlak olunan qazın həcminin turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun yenidən hesablanması və həmin qaz həcminin müəssisə ilə aparılmış hesablaşmalarda nəzərə alınması, habelə, 2020-ci ilin aprel ayı üzrə qeyriqanun hesablanmış 1033,40 manat məbləğində vəsaitin müəssisəsinin abonent saldosundan silinməsini məqsədə uyğun hesab edilir. Ona görə də, həmin nöqsanların aradan qaldırılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi tərədindən Cavabdehnə və “Qaz İxrac” İdarəsinə 22.06.2020-ci il tarixdə məktub göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, G-250 markalı 75096440 nömrəli qazsayğacı 3 ildən bir növbəti dövlət yoxlamasından keçirilməli olduğu halda 4 il 2 ay sonra, 18.02.2020-ci il tarixində (sonuncu dəfə sayğac 01.12.2015-ci il tarixində dövlət yoxlamasından keçirilmişdir) növbəti dövlət yoxlamasından keçirilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” haqqında 16.12.2016-cı il tarixli **********04 saylı Əmrinə əsasən sənaye tipli qaz sayğacları 3 ildə 1 dəfə dövrü yoxlanmalıdır. Bununla da qaz paylayıcısı tərəfindən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin tələbləri pozularaq ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitəsi yoxlama dövrliyinə uyğun olaraq yoxlamaya təqdim edilməmişdir. Bundan əlavə, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qazanxananın G-250 markalı 75096440 nömrəli qaz sayğacı 14.02.2020-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz xəttindən çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və həmin tarixdə G-250 markalı, 80108800 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılan qaz sayğacına 03.04.2020-ci il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilərkən impuls ötürücüsünə vurulan plombun aşkar olunmadığı, 01.10.2019-03.03.2020-ci il tarixləri əxatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P=1,18 bar, impuls ötürücüsünün yuvadan aralı vəziyyətdə və impuls ötürücüsünün nasaslığı səbəbindən elektron göstəricinin V mexaniki göstəricidən 182 924 m3 az olduğu barədə SS29/1640-00371 №-li akt tərtib edilmişdir. Cavabdeh İB tərəfindən 2020-ci ilin aprel ayı üzrə sayğac göstəricisindən kənar 5167 m3 (1033,40 manat) əlavə hesabat aparılmış və müəssisəsinin abonent saldosuna daxil edilmişdir. Həmin hesabat təhlil olunarkən belə məlum olmuşdur ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı departamenti tərəfindən sayğacın laboratoriya rəyinə əsasən qazsayğacının elektron və mexaniki göstəriciləriarasında yaranmış fərq maksimal təzyiqə vurularaq dəymiş ziyan hesablanmışdır. Bununla da qaz paylayıcısı tərəfindən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinəəsasən, “Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qazsayğacının göstəricilərinəəsasən tamhesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Eyni izamanda, sayğac göstəricisinin təzyiqə vurmaqla qazsərfinin hesablanması üsulu və ya dövlət standartı mövcud deyil. Həmçinin məlum olmuşdur ki, “Qaz İxrac” İdarəsi ilə Cavabdeh” İB arasında tərtib edilmiş 2020-ci ilin aprel ayı üçün nəql edilən təbii qazın qəbulu aktında “xxxx” MTK üzrə 43381 m3 göstərilsə də, Cavabdeh” İB tərəfindən abonent saldosuna 48548 m3 qaz sərfi daxil edilmişdir. 2020-ci ilin aprel ayı üzrə qeyri-qanun hesablanmış 1033,40 manat məbləğində vəsaitin müəssisəsinin abonent saldosundan silinməsi üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi tərəfindən Cavabdehnə və “Qazİxrac ”İdarəsinə 22.06.2020-ci il tarixdə məktub göndərilsə də bu günə kimi qeyri-qanun hesablanmış 1033,40 manat məbləğində borc iddiaçının abonen tsaldosundan silinməmişdir. СavabdehCavabdehnə qanunsuz hesablanmış 1033,40 manat borcun «xxxx» MMMCnin**********10000 nömrəli abonent kodu üzrə hesabdan silinməsinə dair pretenziya məktubunun göndərilməsinə baxmayaraq, həmin borc silinməmiş və məktuba cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də İddiaçı MMMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərini müdafiə etdiklərini bildirərək, işə onların iştirakı baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AMX-2027/20 nömrəli, 17.03.2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələrindən görünür ki, paylayıcı - Cavabdeh İB ilə istehlakçı - İddiaçı MMMC arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 08.04.2020-ci il tarixli, SS 29/1640-00371 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Xətai rayonu ərazisində yerləşən təsərrüfat obyektinin (qazanxananın) qaz xətti üzrərində quraşdırılmış G-250 markalı 75096440 nömrəli rotor tipli “Elster” qaz sayğacı 14.02.2020-ci il tarixində xəttdən çıxarılmış, 03.04.2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texnik baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:
1. İlkin baxış zamanı sayğacın daxili çirklidir. İmpuls ötürücüsünə vurulan plomb sayğacın üzərində aşkar olunmadı. İmpuls ötürücüsü öz yuvasından aralı vəziyyətdədir. Göstəricilər arasında fərq var.
2. 01.10.2019-03.03.2020-ci il tarixləri əhatə edən saatlı arxivə əsasən maksimal mütləq təzyiq P=1.18 bar, Pbaza=1.01325, Tbaza=20 dərəcə selsidir. Korreksiya olunmuş maksimal qaz həcmi 32 m3 korreksiya olunmamış qaz həcmi 30 m3 qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 182924 m3 azdır. Gündəlik arxivə əsasən son sərfiyyat 29.10.2019-cu il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1.01-1.17 bar civarında dəyişmişdir. Şteyker yenisi ilə əvəz edildi. 30.04.2020-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Xətai rayonu ərazisində yerləşən abonent kodu **********10000 olan İddiaçı MMMC-yə məxsus təsərrüfat obyektində qaz sayğacına baxış keçirilərkən sayğacın impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 182924 m3 az olduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması tələb edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən abonent kodu **********10000 olan İddiaçı MMMC-yə hesablanmış 1033,40 manat məbləğində borc silinməli, həmçinin cavabdeh “Cavabdeh'' İstehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent kodu **********10000 olan İddiaçınə hesablanmış 1033,40 manat məbləğində borc silinsin. Cavabdeh “Cavabdeh'' İstehsalat Birliyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Emin Əliyev