Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2099/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 və qeyrisinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sadiq oğlun oğluna qarşı “pul və lizinq predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və qeyrisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, .İddiaçı ASC ilə Cavabdeh2 oğlaurasında imzalanmış 06 sentyabr 2022-cü il tarixli, 189-22 saylı Daxili Lizinq müqaviləsinə xitam verilməsi; 2.Lizinq verən İddiaçı ASC-nin mülkiyyətində olan və Lizinq alanın qanunsuz və əsassız istifadəsində olan “Land Rover” minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Lizinq alan Cavabdeh2 alınaraq, Lizinq verənə təhvil verilməsi; 3. Lizinq alandan xx.xx.2025-ci il tarixə 06 sentyabr 2022-cü il tarixli, 189-22 saylı Daxili Lizinq müqaviləsi üzrə üzrə 76 858,63 manat əsas borcu, 15 860 manat lizinq mükafatı, 25 825 manat cərimə borcu olmaqla, cəmi 118 544 manat manat borcun, vəkil xidmətlərinə görə ödənilmiş 500 xidmət haqqının, 410 manat dövlət rüsumunun cəmi əvəzinin Cavabdeh2və Cavabdeh1 Sadiq oğlundan birgə qaydada tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 oğlaurasında imzalanmış 06 sentyabr 2022-cü il tarixli, 189-22 saylı Daxili Lizinq müqaviləsinə əsasən, Lizinq verən ona məxsus olan “LAND ROVER” minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 97 750 manata, 36 ay müddətində, illik 23 %-lə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) Lizinq alanın istifadəsinə və sahibliyinə verilmişdir. Həmçinin yuxarıda qeyd edilən 06 sentyabr 2022-cü il tarixli, 189-22 saylı Lizinq müqaviləsinin təminatı olaraq, İddiaçı ASC ilə Cavabdeh1 Sadiq oğlu arasında Z189-22 saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin Lizinq alan müqavilə üzrə öhdəliklərini kobudcasına pozaraq, 294 gündən çoxdur ki gecikmədədir. O həmçinin nəqliyyat vasitəsi üzərində istifadə və sahiblik etməkdə davam edir. Müqavilə üzrə öhdəliklərin vaxtında və lazımıca icra edilməsi üçün Lizin alan Lizinq verənə elektron qaydada pretenziya və bildiriş göndərmişdir. Həmçinin Lizinq verən müqavilə üzrə borc öhdəliklərini icra etməməklə yanaşı Lizinq alana məxsus olan nəqliyyat vasitəsini qanunsuz və əsassız olaraq istismar edir. Nəqliyyat vasitəsi faktiki olaraq, Lizinq alanın qanunsuz istifadə və sahibliyində olduğundan tərəfimizdən xx.xx.2025-ci il tarixə borc barədə maliyyə arayışı tərtib edilmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixə Lizinq alanın Lizinq verənə 06 sentyabr 2022-cü il tarixli, 189-22 saylı Daxili Lizinq müqaviləsi üzrə üzrə 76 858,63 manat əsas borcu, 15 860 manat lizinq mükafatı, 25 825 manat cərimə borcu olmaqla, cəmi 118 544 manat ödənilməmiş borcu vardır. Eyni zamanda artıq mübahisəni danışıqlar yolu ilə həll edə bilmədiyimiz üçün tərəfimizdən bu məsələnin məhkəmə qaydasında həll edilməsi, iddia ərizəsinin hazırlnması, məhkəmədə iddianın müdafiə edilməsi üçün Arbitrium Vəkil Bürosunun üzvü Vəkil ilə də 500 (beş yüz) manat məbləğində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinin qismən qəbul edərək, tələbi əsas borc və lizinq mükafati hissəsində qəbul etdiyini bildirdi və digər hissədə iddiamın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh2 oğlu (lizinq alan) arasında 06 sentyabr 2022ci il tarixdə 189-22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə «əlavə 2» -də qeyd olunmuş, ətraflı təsviri verilmiş (Şəxsiyyət vəsiqəsi: AZE********, xx-xx-2018 il tarixində ASAN2 tərəfindən verilmişdir) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanm müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən əmlak Lizinq alana Lizinq verən tərəfindən 36 ay müddətinə, lizinqə verilir. - 3.1-ci bəndinə əsasən Qiymətin 31450 (otuz bir min dörd yüz əlli) AZN hissəsi avtomaşının sənədləri Alıcıya verildikdən sonra avans şəklində Satıcıya ödənilir. Qalan məbləği 97750 (Doxsanyeddi min yeddi yüz əlli) AZN hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir. - 4.1-ci bəndinə əsasən Əmlaka mülkiyyət və sərəncam hüququ bu lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində Lizinq verənə, sahiblik və istifadə hüququ isə Lizinq alana məxsusdur. Lizinq haqları şəklində ödənilən vəsaitlər Lizinq alanın Əmlaka mülkiyyət hüquqununun payçısı olması deyil. Lizinq alan yalnız hazırkı Müqavilə üzrə bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra Əmlaka olan mülkiyyət və sərəncam hüququnu əldə edə bilər. - 10.1-ci bəndinə əsasən lizinq alan lizinq haqqını Lizinq verənə Ödəmə Cədvəlinə uyğun olaraq ödəməlidir, və Əmlakın gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil. - 11.1-ci bəndinə əsasən Ödəmə Cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə Lizinqalan lizinq haqqını Lizinq verənin hesabına ödəməzsə ödənişin Pozulması baş verir. Bununla Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə Cərimə faizi, ödəyəcək. - 22.1-ci bəndinə əsasən Müqavilə müddəti Lizinq alanın öhdəlikləri yerinə yetirməməyinə əsasən vaxtından əvvəl bitmiş hesab olunarsa, Lizinq alan Əmlakı 3 (üç) iş günü ərzində Lizinq verənə təhvil verməyə borcludur. Əmlakın sökülməsi, daşınması, daşınma sığortası, yükləmə və s. xərclər Lizinq alanın hesabına ödənilməlidir. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC ilə Cavabdeh1 Sadiq oğlu arasında xx.xx.2022-ci il tarixli Z189-22 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən zamin lizinq verən qarşısında Lizinq alanın "6" sentyabr 2022-ci il tarixli 189-22 saylı illik 23% (iyirmi üç) faiz, 97750 (Doxsanyeddi min yeddi yüz əlli man.) AZN məbləğdə, 36 ay müddətinə daxili maliyə lizinqi müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») üzrə Öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür. - 2.1-ci bəndinə əsasən zamin Lizinq alanın Lizinq verən qarşısında Lizinq Müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır. - 2.2-ci bəndinə əsasən zamin Lizinq alanın Lizinq Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Lizinq verən qarşısında Lizinq alan ilə eyni həcmdə məsuliyyət daşıyır. - 2.3-cü bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən Lizinq müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də Zaminə qarşı Lizinq Müqaviləsi üzrə öz tələblərini irəli sürür. Müqavilə lizinq alanın və zaminin imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 36 ay müddətində hər ay 3783.88 manat olmaqla cəmi 136219.44 manat (97750 manat əsas borc; 38469.44 manat faiz borcu) məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası ilə təsdiq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, “lizinq verən” tərəfindən “LAND ROVER” minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “lizinq alana” təhvil verilmişdir.
12. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə Cavabdeh2 06 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə gecikmiş əsas borcu 78658.63 manat, lizinq mükafatı 15860.5 manat,cərimə borcu 118544.23 manat təşkil edir.
13. İddiaçı ASC tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir. V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
15. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Vİ.Məhkəmənin mövqeyi:
16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında daxiili lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı ASC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan “LAND ROVER” minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizinq alan Cavabdeh2 təhvil vermişdir. Bundan sonra lizinq alan Cavabdeh2 ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə lizinq müqaviləsi üzrə 76 858,63 manat məbləğində əsas borcu və 15 860 manat lizinq mükafatı borcu yaranmışdır. Cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlarla da təsdiq olunmuşdur ki, tərəflər arasında lizinq müqaviləsinin mövcudluğu, lizinq predmetinin cavabdehə thvil verildiyi və müqavilə üzrə cavabdehin iddiaçıya 76 858,63 manat əsas və 15 860 manat lizinq mükafatı borcu olması işin mübahisəsiz halıdır və cavabdeh olan əsas borclu tərəfindən mübahisələndirilmir. Tərəflər arasında mübahisəli hal: iddia tələbinin cəriməyə aid hissəsidir.
18. Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh2 76 858,63 manat və 15 860 manat lizinq mükafatı borcu məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
19. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
20. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq 06 sentyabr 2022-cü il tarixli, 189-22 saylı müqavilə üzrə dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir.
21. İddia tələbinin digər hissəsi lizinq müqaviləsinin ləğv edilməsindən ibarətdir.
22. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinə faktiki xx.xx.2025-ci il tarixdən birtərəflər qaydada iddiaçı tərəfindən xitam verildiyindən və davam etmədiyindən, cavabdeh müqaviləni əhəmiyyətli dərəcə pozduğu üçün müqavilə münasibətlərinə xitam verildiyindən tərəflər arasında imzalanmış xx.xx.2022ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
23. Digər tərəfdən iş materiallarından görünür ki, mübahisəli lizinq müqaviləsinə xx.xx.2022-ci il tarixdə lizinqin müddətinin bitməsi ilə bağlı xitam verilməsinə baxmayaraq lizinq alan lizinq ödənişlərini ödəmək öhdəliklərini tam şəkildə icra etmədiyindən onun lizinq obyektini öz mülkiyyətinə keçirmək hüququ yaranmamışdır. Odur ki, İddiaçı ASC lizinq obyekti olan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılmasını tələb etməkdə haqlıdır.
24. Məhkəmə zamin Cavabdeh1 xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə borc alan Cavabdeh2 bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC lizinq müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 410 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 377 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 189-22 saylı Daxili Lizinq müqaviləsi xitam olunmuş hesab edilsin. “Land Rover” minik markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin lizinq alan Cavabdeh2 alınaraq, İddiaçı ASC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə qaydada xx.xx.2025-ci il tarixə xx.xx.2022-ci il tarixli, 189-22 saylı Daxili Lizinq müqaviləsi üzrə 76858.63 (yetmiş altı min səkkiz yüz əlli səkkiz manat altmış üç qəpik) manat əsas borc, 15860 (on beş min səkkiz yüz altmış) manat lizinq mükafatı, 3000 (üç min) cərimə borcu olmaqla, cəmi 95718.63 (doxsan beş min yeddi yüz on səkkiz manat altmış üç qəpik) manat borc, 300 (üç yüz) manat vəkil xidmətlərinə görə haqq, 377 (üç yüz yetmiş yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova