Məhkəmə qərarları › İş №e-2-2(113)-21/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-21/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-21/2023 09.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı Nümayəndə2 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Nümayəndə2 MMC-nin Cavabdeh MTK-ya qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə2 MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 228949 manat məbləğində əsas borcun, həmçinin liftlərin təhvil verildiyi tarixdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 44000 manat məbləğində vəsaitin tutularaq iddiaçı Nümayəndə2 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Lisenziyası (Lisenziya N 082526 Qeydiyyat N FHN/41-01890) əsasında fəaliyyət göstərən Nümayəndə2 ilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh Mənzil Tikinti Kooperativi arasında Cavabdeh MTK tərəfindən inşa edilmiş 22 mərtəbəli yaşayış binasına Nümayəndə2 MMC tərəfindən 6 komplekt liftlərin quraşdırılması üçün 09 yanvar 2015-ci il tarixində müqavilə imzalanmışdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 360000 manat təşkil etmişdir. Nümayəndə2 MMC tərəfindən həmin müqavilədə göstərilən 6 komplekt 22 dayanacaqlı liftlər xarici ölkədən idxal edilərək, tam quraşdırılaraq Fövqeladə Hallar Nazirliyində qeydiyyata alınmış və istismara tam təhvil verilmişdir. “Liftlərin istismara qəbul aktı” “Melkom“ MMC, Cavabdeh MTK və FHN-nin nümayəndəsi tərəfindən imzalanmışdır. Lakin müqavilə üzrə müqavilənin umumi dəyərinin 228949 manat məbləği Cavabdeh MTK tərəfindən Nümayəndə2 MMC-yə ödənilməmişdir. Beləliklə, 09 Yanvar 2015-ci il tarixli müqavilə əsasında "xxxx" MTK-nın Nümayəndə2 MMC-yə 228949 manat borcu yaranmışdır. Tərəfimizdən dəfələrlə müraciət etməyimizə baxmayaraq bu borc Cavabdeh MTK tərəfindən bu günə qədər müxtəlif bəhanələrlə ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə2 MMC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq isə izahatında cəmiyyətdə direktor vəzifəsində işlədiyini, müqavilə şərtlərinə görə 9 lift quraşdırılmalı olduğunu, lakin faktiki olaraq liftlərdən 6-sının (4-ü şərnişin və 2-si yük) quraşdırıldığını və sözügedən liftlərin xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X3 Agentliyi tərəfindən istismara qəbul edilməsinin təsdiq edilməsinə baxmayaraq, "xxxx" MTK tərəfindən 228949 manat məbləğində borc və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən yaranmış faiz borcu ödənilmədiyini bildirmişdir. Bununla yanaşı izahatında liftlərin xarici valyuta ilə alındığını və 2015-ci ildən ABŞ dollarının manata nisbətdə məzənnəsinin artdığına görə 228949 manat məbləğində borcun yarandığını bildirmişdir. Eyni zamanda izahatında hər birinin dəyəri 40000 manat olan 6 ədəd liftin ümumi dəyərinin 240000 manat məbləğində olduğunu, həmin borcdan "xxxx" MTK-nın 134000 manatını ödədiyini bildirərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MTK elektron məhkəmə sisteminə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri təsdiq edən hər hansı bir sənədi (təhvil-təslim aktı, liftlərin ölkəyə idxal edilməsinə dair gömrük sənədləri, elektron qaimə və s.) təqdim etməmişdir. Qeyd edək ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, müqavilənin 5.2 və 5.3-cü bəndlərinə görə tərəfimizdən 180000 manat ödənilməli idi. Lakin bu ödəniş edilməmişdir. Digər tərəfdən iddiaçı 3 illik iddia müddətini də ötürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09 yanvar 2015-ci il tarixli icraçı Nümayəndə2 MMC ilə sifarişçi Cavabdeh MTK arasında bağlanmış 19 nömrəli müqavilədən görünür ki, icraçı Nümayəndə2 MMC 3 komplekt 1000 kq-lıq, 6 komplekt 450 kq-lıq, liftləri quraşdırılmalı və təhvil verməli, sifarişçi Cavabdeh MTK isə bunun müqabilində 360000 manat məbləğində vəsaiti ödəməlidir. 30 iyul 2015-ci il tarixli 082526 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Nümayəndə2 MMC-yə verilən lisenziyadan görünür ki, Nümayəndə2 MMC-yə liftlərin quraşdırılması və təmiri icazəsi verilmişdir. 08 iyul 2017 və 26 yanvar 2018-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, Türkiyə Respublikasının “X4 Sanayi ve TİC.LTD.ŞTİ” tərəfindən sifariş verilən liftlərin hissələri Sınıq Körpü gömrük postundan keçən zaman gömrük orqanına elan edilmişdir. 01 sentyabr 2021-ci il tarixli xx/xx-03324 nömrəli Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyi tərəfindən verilən məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş 22 mərtəbəli yaşayış binasında Nümayəndə2 MMC tərəfindən quraşdırılmış 3 ədəd yük və 3 ədəd sərnişin liftlərinin qeydiyyata alınması və istirmara verilməsi haqqında aktların məhkəməyə göndərilməsi barədə baxılmışdır. Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixli, 029 nömrəli müraciətə əsasən 3 ədəd yük və 3 ədəd sərnişin liftinin texniki pasportları 39834, 39835, 39836, 39837, 39838, 39839 nömrələrlə xx.xx.2019-cu il tarixində qeydiyyata alınaraq quraşdırma və istismara qəbul aktları ilə birlikdə sahibkara qaytarılmışdır. 39834, 39835, 39836, 39837, 39838, 39839 nömrəli lift pasportlarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə ünvanında yerləşən Cavabdeh MTK-nın yaşayış binasında Nümayəndə2 MMC tərəfindən quraşdırılmış liftlər xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X3 Agentliyi tərəfindən istismara qəbul edilməsi təsdiq edilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, 09 yanvar 2015ci il tarixdə icraçı Nümayəndə2 MMC ilə sifarişçi Cavabdeh MTK arasında imzalanmış müqaviləyə əsasən icraçı Nümayəndə2 MMC 3 komplekt 1000 kiloqramlıq və 6 komplekt 450 kiloqramlıq liftləri quraşdırılmalı və təhvil verməli, sifarişçi Cavabdeh MTK isə bunun müqabilində 360000 manat məbləğində vəsait ödəməli idi. Faktiki olaraq 6 komplekt lift (4ü şərnişin və 2-si yük) quraşdırılmış və sözüzedən liftlər xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X3 Agentliyi tərəfindən istismara qəbul edilməsi təsdiq edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək 2015-ci ildən ABŞ dollarının manata nisbətdə məzənnəsinin artdığına istinad edərək 228949 manat məbləğində borcun ödənilməsini tələb etsə də, məhkəmə hesab edir ki, tələb həmin həcmdə təmin edilə bilməz. Belə ki, hər birinin dəyəri 40000 manat, ümumilikdə 6 ədəd liftin qiyməti olan 240000 manatdan "xxxx" MTK tərəfindən 134000 manat məbləğində pul ödənilmiş və faktiki olaraq 106000 manat borc qalmış, iddiaçının ABŞ dollarının manata nisbətdə məzənnənin artdığına istinad etməsi isə tam əsassızdır. Bunula yanaşı məhkəmə qeyd edir ki, iddiaçı Nümayəndə2 MMC Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 44000 manat məbləğində vəsaitin tutulmasını xahiş etsə də, həmin tələb qismən təmin edilməlidir. Belə ki, liftlərin istismara qəbul edilməsinin təsdiq edildiyi xx.xx.2019-cu il tarixdən yekun məhkəmə aktı qəbul edilən tarixədək 3 il 312 gün keçdiyinə görə 106000 manat məbləğində borca münasibətdə illik 5%-lə hesablamaqla 20493 (3 il-15900 manat + 312 gün-4593 (5300:360x312) manat) manat məbləğində faiz borcu yaranmışdır. Həmçinin iddianın əsassız olması, həmçinin iddia müddətin tətbiq edilməsi ilə bağlı iddianın rədd edilməsi ilə bağlı cavabdehin ərizəsinə münasibət bildirən məhkəmə qeyd edir ki, liftlər istismara qəbul edilməsi xx.xx.2019-cu il tarixdə təsdiq edildiyindən iddiaçı isə xx.xx.2021-ci il tarixdə məhkəməyə hazırki tələblə müraciət edərkən iddia müddəti ötürməmiş, eyni zamanda "xxxx" MTK iddianın əsassız olduğuna istinad etsə də, sonuncu özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllədə yerləşən binada istifadə olan liftlərin Nümayəndə2 MMC tərəfindən deyil, başqa şirkət tərəfindən quraşdırılması barədə sübutları (müqavilə, təhvil-təslim aktı, ödəniş tapşırığı və sair) məhkəməyə təqdim etməmişlər. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MTK-dan 106000 manat məbləğində əsas borcun, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 20493 manat faiz borcu cəmi 126493 manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə2 MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 106000 manat məbləğində əsas borcun, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 20493 manat faiz borcu cəmi 126493 manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə2 MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar