Məhkəmə qərarları › İş №e-2-2(113)-2100/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2100/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2100/2021 08.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndələri X1 və (vəkil) Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30977,78 avro məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ Cavabdeh ilə ”İddiaçı” LTD arasında 28.11.2016-cı il tarixdə 192/2016 saylı “ARDNŞ-ın standartlaşma sistemi Malların alqısatqı müqaviləsi” bağlanmışdır. Müqavilənin predmetini ümumi dəyəri ******* avro olan mal-material və avadanlıqlar təşkil etmişdir. İddiaçı LTD-nin qeydiyyat dəyişikliyi edilmiş, şirkət “İddiaçı LP” adlanmışdır. Daha sonra 17.05.2018-ci il tarixli Hüquq və öhdəliklərin ötürülməsinə dair razılaşmaya əsasən “NinoxAlliance LP”-nin 28.11.2016-cı il tarixli 192/2016 saylı müqaviləyə əsasən tələbetmə hüququ İddiaçı SC-yə ötürülmüşdür. 28.11.2016-cı il tarixli 192/2016 saylı müqavilə üzrə satıcı “Azneft” İB-nə təchiz edərək müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirmiş və bunun müqabilində onun bank hesabına “Azneft” İB tərəfindən cəmi 2326622,22 avro ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən “Azneft” İB müqavilə üzrə aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilədəki malların qiyməti DAP Bakı, Azərbaycan şərtinə (İnkoterms 2010) əsasən müəyyən edilmiş və 1 saylı qoşmada göstərilmişdir və malların qiymətinə qablaşdırma, markirovka, yoxlama, saxlanma, Bakıya nəqletmə və “İnkoterms-2010”-də DAP şərtinə əsasən Satıcıya aid bütün digər xərclər daxildir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ******* avro təşkil edir. Müqavilənin 4-cü bəndinə görə alıcı müqavilə imzalandığı tarixdən sonra 10 bank günü ərzində satıcıya malların ümumi dəyərinin 50 %-ni, yəni ******* avro məbləğində avans ödənişi edəcəkdir. Razılığa əsasən alıcı növbəti 50%-ni hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi “Azneft” İB 30977,78 avro az ödəniş etmişdir. Cavabdeh bunu İddiaçı şirkətinə 10% ödəmə mənbəyində vergi tətbiqi ilə izahlandırmışdı ki, bu da 28.11.2016-cı il tarixli 192/2016 saylı Alqı-Satqı Müqaviləsinin 2.3-cü bəndinə ziddir. Belə ki, həmin bənddə bildirilmişdir ki, müqavilənin ümumi dəyərinə Alıcının ölkəsində ödənilən bütün rüsum və vergilər daxil deyil. Bu bəndə əsasən İddiaçı isə Azərbaycan Respublikasından xaricdə olan bütün vergiləri ödəyir. Deməli, ödəmə mənbəyindən vergini “Azneft”İB öz hesabından ödəməlidir, necə ki, digər vergiləri ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri X1 və (vəkil) Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək, izahatında sonuncu partiyada olan mallarla bağlı əlavə vergilər yarandığından və həmin məbləğin müqavilənin ümumi məbləğinə aid olmadığını bildirərək iddia tələbi rədd edilməsinin xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28.11.2016-cı il tarixli, 192/2016 nömrəli ARDNŞ-in standartlaşma sistemi malların alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı qoşmadan görünür ki, satıcı - «İddiaçı LTD.» şirkəti müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun mal-material və avadanlıqların “İnkoterms-2010”-a əsasən DAP Bakı, Azərbaycan şərtilə alıcı - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh ünvanına çatdırır, alıcı isə müqavilə əsasında malların dəyərini ödəyir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bu müqavilədəki malların qiyməti DAP Bakı, Azərbaycan şərtinə (İnkoterms 2010) əsasən müəyyən edilmiş və 1 saylı qoşmada göstərilmişdir və malların qiymətinə qablaşdırma, markirovka, yoxlama, saxlanma, Bakıya nəqletmə və “İnkoterms-2010”-də DAP şərtinə əsasən Satıcıya aid bütün digər xərclər daxildir. 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ******* avro təşkil edir. 2.3-cü bəndinə əsasən bu müqavilənin 2.1 və 2.2-ci bəndlərində göstərilmiş müqavilənin ümumi dəyərinə ixrac ölkəsində ödənilən bütün rüsum və vergilər (o cümlədən ƏDV) daxildir. Lakin müqavilənin ümumi dəyərinə alıcının ölkəsində ödənilən bütün rüsum və vergilər (ƏDV) daxil deyil. 4-cü bəndinə görə alıcı müqavilə imzalandığı tarixdən sonra 10 bank günü ərzində satıcıya malların ümumi dəyərinin 50 %-ni, yəni ******* avro məbləğində avans ödənişi edəcəkdir. Razılığa əsasən alıcı növbəti 50%-ni hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür Gömrük bəyyanəmələrindən görünür ki, İddiaçı tərəfindən müxtəlif qiymətə və məbləğdə olan mal-material və avadanlıqlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə göndərilmişdir. 28.11.2016-cı il tarixli, 192/2016 nömrəli müqaviləyə 10 yanvar 2018-ci il tarixli 2 saylı əlavədən görünür ki, İddiaçı LTD-nin qeydiyyat dəyişikliyi edilmiş, şirkət “İddiaçı LP” adlanmışdır. 17.05.2018-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsinə dair razılaşmadan görünür ki, “NinoxAlliance LP”-nin 28.11.2016-cı il tarixli 192/2016 saylı müqaviləyə əsasən tələbetmə hüququ İddiaçı SC-yə ötürülmüşdür. İddiaçı SC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, 28.11.2016-cı il tarixli, 192/2016 nömrəli müqavilənin predmetini ümumi dəyəri ******* avro olan malmaterial və avadanlıqlar təşkil etmişdir. Müqavilə üzrə İ və İİ mərhələlərdə müvafiq olaraq cəmi ******* avro və 815792,37 avro olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh müqavilə üzrə yekun olaraq cəmi 2326622,37 avro ödəniş etmiş və qalıq borc olan 30977,78 avro ödənilməmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2ci maddələri). Göründüyü kimi İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı - İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh müqavilənin 2.2 və 2.3-cü maddələrinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və satıcıya 30977,63 avro məbləğində borcunu ödəməmişdir. Məhkəmə 30977,63 avro məbləği ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən 30977,78 avro borcu tələb etsə də maliyyə arayışına əsasən ******* avro məbləğində olan mal-material və avadanlıqlara görə cavabdeh ümumlikdə 2326622,37 avro ödəniş etdiyindən, qalıq borc 30977,78 avro deyil, 30977,63 avro təşkil edir. Buna görə də məhkəmə iddia tələbini qismən, yəni 30977,63 avro məbləği hissəsində əsaslı hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30977,63 avro məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30977,63 avro məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar