Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2101/2021 06.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı müqavilədən irəli gələn öhdəliyin yerinə yetirilməsi və vurulmuş maddi ziyanın ödənilməsinə” dair ilkin iddiası, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6 İddiaçı MMC-yə qarşı “satınalma müqaviləsinin ləğvi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin üzərinə İddiaçı MMC ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etmək və 40.580 manat məbləğində vurulmuş maddi ziyanı ödəmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8rşılıqlı iddia ərizəsi təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza va Reabilitasiya Agentliyi və "xxxx" MMC arasında 24.11.2020-ci il tarixdə bağlanan 17/2020 nömrəli satınalma müqaviləsinin ləğv edilməsini və İddiaçı MMC-nin ilk iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2001-ci ildən İnformasiya- Kommunikasiya Texnologiyaları sahəsində ixtisaslaşmış İddiaçı 27 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra Agentlik) X2 İnternet Portalında dərc etdiyi “Əlillik (TSERAS) altsisteminin təkmilləşdirilməsi” xidmətinin satın alınması adlı açıq tender (eTender) 016966 nömrəli müsabiqəsində qalib elan olunmuşdur. İddiaçı tenderə müraciəti, tenderin gedişatı və tender nəticəsinin əldə olunduğu zamanlarda heç bir hüquq pozuntusuna yol verməmiş, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində göstərilən bütün tələblərə riayət etmiş, mülki hüquq münasibətlərinə məsuliyyətlə yanaşmış, tenderin şərtlər toplusunda göstərilən bütün əməliyyatları yerinə yetirmiş, lazımi məlumatları təqdim etmiş və tenderdə ən uyğun aşağı qiyməti göstərərək qalib gəlmişdir. İddiaçı ilə cavabdeh arasında 24 noyabr 2020-ci ildə yuxarıda göstərilən altsistemin təkmilləşdirilməsi xidməti üzrə satınalma müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən, agentlik müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında icraçıya zəruri şəraiti yaratmağı və müvafiq məlumatları təqdim etməyi, icra edilmiş xidmətlərin icraçıdan vaxtında qəbul edilməsini və ödəmələrin aparılmasını öhdəsinə götürmüşdür.İddiaçı bağlanan müqavilə əsasında öz öhdəliklərinin icrasına başlasa da, cavabdeh tərəfindən 04 dekabr 2020-ci il tarixli, **********5 nömrəli məktub ilə müqavilənin ləğv edilməsi təklif edilmişdir. İddiaçı 07 dekabr 2020-ci il, 668 nömrəli cavab məktubunda bu təklifə etiraz etsə də, cavabdeh 10 dekabr 2020-ci il tarixli, **********0 nömrəli məktubunda dövlət büdcəsindən ayrılan vəsaitin məhdudluğunu əsas gətirərək müqaviləni ləğv etmək təklifini bir daha təkrarlamışdır.İddiaçı 06 yanvar 2021-ci il tarixli, 12 nömrəli cavab məktubunda ləğv etmə təklifinə bir daha etiraz etmiş, 15 fevral 2021-ci il tarixli, 133 nömrəli məktub ilə cavabdehə müqavilədən irəli gələn öhdəliklərin icra edilməsinin təmin edilməsinə dair pretenziya göndərmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, cavabdeh müqavilə imzaladıqdan sonra 1 iş günü ərzində sifarişçiyə təkmilləşdirilməsi nəzərdə tutulan altsistemin mənbə kodlarını, verilənlər bazasına qoşulma parametrləri barədə məlumatı, istifadə edilən vebservislər və onların qoşulma parametrləri barədə məlumatı təqdim etməyi öhdəsinə götürmüş olsa da, iddiaçının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, bu öhdəliyini yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilən 10 mart 2021-ci il tarixli, 12/275-m saylı məktubda cavabdehdən müqavilə üzrə öhdəliklərinin icra edilməsi bir daha xahiş edilmiş, yazılan məktublara heç bir cavabın alınmadığı bildirilmişdir. Həmçinin, cavabdehə ötən müddət ərzində iddiaçı tərəfindən satınalma müqaviləsində nəzərdə tutulan xidmətlər üzrə işləri icra etmək üçün cəlb edilən işçilərin əmək haqlarını, layihə işləri və boş dayanma vaxtı ilə bağlı digər ödənişləri təmin etmək məqsədi ilə 40.580 manat məbləğində maddi vəsait xərcləndiyi qeyd olunmuşdur. Bundan başqa, cavabdeh tərəfindən 10 dekabr 2020-ci il tarixli, **********0 nömrəli məktubunda maddi vəsaitin çatışmazlığı səbəbindən müqavilənin ləğvinin təklif edildiyi bildirilsə də, X2 elektron portalı”nda aparılan qısa araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən 2021-ci ilin aprel ayında “qeyri-maddi aktivlər (314000)üzrə açıq tender üsulu ilə satınalma həyata keçriləcəyini planlaşdırılmışdır. Cavabdehin davranışı, xüsusilə də iddiaçı ilə müqaviləni ləğv etmək təklifi, bütövlükdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üzrə müəyyən olunan dövlət siyasəti ilə, qeyri-neft sektorunun inkişafı və elektron dövlət strategiyaları ilə tam ziddiyyət təşkil edir. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı verilən iddia ərizəsində cavabdeh olan agentliyin VÖEN-i düzgün göstərilməmiş, mexaniki yanlışlığa yol verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin VÖEN-i dəqiqləşdirilmişdir və iddia ərizəsində cavabdeh olan agentliyin VÖEN-i ********** kimi göstərilməli idi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28.09.2020-ci il tarixinda etender.gov.az saytında va 29.09.2020-ci il tarixinda “Azərbaycan” qəzetində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinda Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) “Əlillik alt sisteminin təkmilləşdirilməsi xidmətinin satın alınması” üzra açıq tender elanı yerləşdirilmişdir. Tender təklifi göndərən mal göndərənlər arasında İddiaçı MMC (bundan sonra-cavabdeh) ən uyğun məbləği təklif etdiyindən tenderin qalibi elan olunmuş və 24 noyabr 2020-ci ilda agentliklə cavabdeh arasında “Əlillik alt sisteminin təkmilləşdirilməsi xidməti üzrə” 17/2020 nömrəli satınalma müqaviləsi (bundan sonra-müqavilə) bağlanmışdır. Müqavilə bağlanmasından 10 gün sonra cavabdehə **********5 nömrəli məktubla müqavilənin icrası ila bağlı ödəmənin aparılmasının dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrasında yaranmış problemlər səbəbindən mümkünsüz olmasına əsaslanaraq müqavilənin ləğvi barədə təklif göndərilmişdir. Lakin cavabdeh mövqeyi qeyri-ciddi hesab edərək 07.12.2020-ci il tarixli 668 nömrəli məktub ilə təklifə etiraz etmişdir. Həmçinin, həmin məktubda öhdəliklərin 9 gündür icrasına başlanıldığı bildirmişdir. Halbuki, həmin tarixdə cavabdehdən daxil olan 667 nömrəli digər məktubda cavabdeh müqavilənin icrası ilə bağlı mənbə kodlarının verilməsi, qoşulma üçün zəruri şəraitin yaradılması, sistem ilə bağlı əlavə izahların verilməsi və “X3 and Analytics Software” üzrə lisenziyanın təmin edilməsi ila bağlı müraciətlərinin agentlik tərəfindən cavabsız saxlanılmasının müqavilə üzrə öhdəliklərini vaxtında icrasını təmin etmələrini mümkünsüz etdiyini bildirmişdir. Müqavilə imzalandıqdan sonrakı 10 gün ərzində cavabdehin gördüyü iş yalnız lisenziyaların sifariş edilməsi olmuşdur. Yuxarıda qeyd edilən məlumatlar agentlik tərəfindən cavabdehə təqdim olunmadan müqavilə üzrə işlərin başlamasının mümkün olmadığını qarşı tərəf özü də məktubunda qeyd etmişdir. Cavabdehin 07.12.2020-ci il tarixli 668 nömrəli etiraz məktubuna cavab olaraq Agentlik 10.12.2020-ci il tarixdə yenidən müqavilənin ləğvi ilə bağlı mövqenin ciddi olması bərədə və qərarın əsaslandırıİmış izahı olan məktub göndərmişdir. Agentliyin maliyyələşməsi yalnız dövlət büdcəsindən ayrılan məhdud vəsaiti hesabına həyata keçirilir. Ona görə də həmin vəsaitlə agentliyin aparatı, tabeliyindəki tibbi-sosial ekspert komissiyaları və reabilitasiya müəssisələrinin fəaliyyəti ilə bağlı yalnız ən zəruri malların (iş və xidmətlərin) satın alınması mümkün olur. Bu səbəbdən agentliyin bütün maliyyə imkanları ətraflı təhlil edildikdən sonra müqavilənin predmeti olan xidmətin satın alınmasının qeyri-müəyyən vaxtadək təxirə salınması barədə qərar qəbul edilmişdir və vicdanlı va xoşniyyətli davranılaraq, qarşı tərəfin də hər hansı maliyyə itkisi ilə üzləşməsi ehtimalını aradan qaldırmaq məqsədilə mümkün ən qısa vaxtda cavabdehə müqavilənin ləğvi barədə təklif göndərilmiş və qərarı anlayışla qarşılanması bir neçə dəfə xahiş edilmişdir. Müqavilənin məhkəmədən kənar danışıqlar yolu ilə ləğvinə nail olmaq üçün zəruri bütün addımlar atıİmasına baxmayaraq, cavabdeh tərəf 15 fevral 2021-ci il tarixində agentliyə pretenziya təqdim edərək müqavilənin ləğvi barədə təklifə bir daha etiraz etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCnin nümayəndəsi və vəkili ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tərəflər arasında müqavilə imzalandıqdan sonra onlar işlərin bir hissəsini icra etməyə başlamışdılar. Daha sonra onlara müraciət edilmiş və dövlət büdcəsindən vəsait ayrılmadığına görə müqaviləyə xitam verilməsini təklif edilmişdir. “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında cavabdehin dövlət büdcəsi hesabına maliyyələşməsi barədə hər-hansı müddəa yoxdur. Əlavə olaraq tərəf tender elan etməzdən əvvəl özünün risklərini müəyyənləşdirməli idi ki, bununla bağlı olaraq hazırda müqavilənin icra edilməməsinin onlara heç bir aidiyyatı yoxdur. İkincisi büdcədən pul ayrılmamasını qarşı tərəf əsaslandırmalı olduğu halda əsaslandırmamışdır. Belə ki, dövlət büdcəsi bir il əvvəl Dövlət Büdcəsi” haqqında Azərbaycan Respublikası Qanunu ilə təsdiqlənir və dövlət büdcəsində xərclər dəqiqləşdirilir. Bununla bağlı olaraq, iddiaçı onlara edilən ödənişlərdən imtina edə bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 5.1 və 5.2-ci bəndlərinə əsasən, X4 1 000 000 (bir milyon) manatdır. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, kreditlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Müqavilə üzrə işlərin icra edilməsi üçün şirkət tərəfindən işçilər cəlb olunmuş, avadanlıqlar alınmış, lakin daha sonra müqavilədən imtina olunması nəticəsində iddiaçıya maddi ziyan dəymiş, qazanmağı ümid etdiyi gəlirlərdən məhrum olmuşdur. Qeyd olunanlara və ilkin iddia ərizəsinə əsasən, ilkin iddiaçının nümayəndəsi ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək qeyd etdi ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 3.3-cü bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Eləcə də müqaviləyə həmin müqavilənin 19.2, 19.3 və 22-ci maddələrinin tələbləri əsasında xitam verilmişdir. Əlavə olaraq Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa tələblərinə əsasən dövlət büdcəsində maliyyələşən müəssisəslərə ödənişlər aybaay həyata keçirilir. Bununla bağlı olaraq 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən şifahi olaraq qeyd olunan tender hər-hansı bir ödənişin olmaycağı bildirilmişdir. Qeyd olunan ay üçün sadəcə olaraq aparatın zəruri xərclərinin qarşılanması üçün vəsait ayrılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında “Əlillik altsistemi”nin (TSERAS) təkmilləşdirilməsi xidməti üzrə 17/2020 saylı, 24 noyabr 2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X11 üçün “Əlillik altsistemi”nin (TSERAS) təkmilləşdirilməsi xidmətinin (bundan sonra-“xidmət”) satın alınması məqsədi ilə bütün vergi və rüsumlar daxil olmaqla 112.100 (bir yüz on iki min yüz) manat məbləğində təklifini qəbul etmişdir. 2.3-cü bəndə əsasən sifarişçi təkmilləşdirilməsi nəzərdə tutulan altsistemin mənbə kodlarının (bu kodların izah verici sənədlərini və məlumatlar da daxil olmaqla), verilənlər bazaları üzrə məlumatın (verilənlər bazasının elementləri və onların izahı daxil olmaqla), verilənlər bazasına qoşulma parametrləri barədə məlumatın, istifadə edilən vebservislər və onların qoşulma parametrləri barədə məlumatın müqavilə imzalandıqdan sonra 1 (bir) iş günü ərzində icraçıya təqdim edilməsini, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 19.1-ci bəndinə əsasən müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, icraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır. 19.2-ci bəndə əsasən qarşısıalınmaz qüvvənin təsirinə sifarişçi və icraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr, zəlzələlər, daşqınlar, epidemiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. 19.3-cü bəndə əsasən icraçı qarşısıalınmaz qüvvənin təsiri barədə və yaranma səbəbləri haqqında yazılı məlumatı yubanmadan sifarişçiyə göndərməlidir. Əgər sifarişçidən yazılı təlimat daxil olmayıbsa, icraçı öz imkanları daxilində qarşısıalınmaz qüvvənin təsirindən asılı olmayan müqavilə öhdəliklərinin yerinə yetirilməsini davam etdirməli və qarşısıalınmaz qüvvənin təsirindən asılı olan müqavilə öhdəliklərini yerinə yetirilməsi üçün alternativ üsullar axtarmalıdır. 22.2-ci bəndinə əsasən sifarişçinin və ya icraçının ödəmə qabiliyyəti olmadıqda qarşı tərəf yazılı bildiriş göndərərək müqaviləni ləğv edə bilər. -17/2020 saylı, 24 noyabr 2020-ci il tarixli satınalma müqaviləsinə 1 saylı əlavə olan qiymət cədvəlindən məlum olur ki, təkmilləşdirmə işləri və analitik hesabatlılıq sistemi xidmətləri ümumilikdə 112.100 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqaviləyə 2 saylı əlavə olan xidmətin təhvil cədvəlinə əsasən “Əlillik altsistemi”nin (TSERAS) təkmilləşdirilməsi xidməti və Analitik Hesabatlılıq sistemi xidmətlərinin 15.12.2020-ci il tarixinə kimi təhvil verilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflər arasındakı məktublaşmadan məlum olur ki, 25.11.2020ci il tarixli 601 saylı məktubla İddiaçı MMC Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, 17/2020 saylı, 24 noyabr 2020-ci il tarixli satınalma müqaviləsinə əlavə 2-də qeyd edilmiş işlərin 30 gün ərzində təmin edilməsi nəzərdə tutulduğu, bununla bağlı olaraq informasiya sistemi üzrə əlaqələndirici şəxs barədə məlumat verilməsi bildirilmişdir. 30.11.2020-ci il tarixli 617 saylı məktubla İddiaçı MMC Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, müqaviləyə əsasən istifadəçilər üçün veb platforma üzərindən hesabatların əldə edilməsi məqsədilə alətin təqdim olunmalı olması qeyd olunmuş, bu məqsədlə alət olaraq “X3 and Analytics Software” üzrə lisenziyanın təmin edilməsi ilə bağlı olaraq istehsalçı ilə müzakirə zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində bu alətin lisenziyasından istifadə edildiyi bildirilmiş, yeni lisenziya qoyulacaq server, nazirliyin daha əvvəl aldığı və hazırda istifadə etdiyi lisenziya yerləşdirilmiş serverlə bir mühitdə yerləşdirilməsi barədə məlumat lazım olduğu qeyd olunmuş, problemlərin həlli yolları təklif edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanan 04 dekabr 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 17/2020 saylı 24 noyabr 2020-ci il tarixli satınalma müqaviləsinin icrası ilə bağlı ödəmənin aparılması dövlət büdcəsindən ayrılmış vəsaitin icrasında yaranmış problemlər səbəbindən mümkünsüzdür. Müqavilənin ləğvi təklif olunmuş və 5 gün müddətində təklifə münasibət bildirilməsi xahiş olunmuşdur. 667 nömrəli 07.12.2020-ci il tarixli məktubda İddiaçı MMC Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ötən müddət ərzində rəsmi müraciət və telefon zənglərinin cavablandırılmaması qeyd olunmuş, mümkün olan ən qısa zamanda müraciətlərə cavab verilməsi xahiş olunmuşdur. 668 nömrəli 07.12.2020-ci il tarixli məktubda İddiaçı MMC Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, 04 dekabr 2020-ci il tarixli **********5 saylı, 17/2020 saylı, 24 noyabr 2020-ci il tarixli satınalma müqaviləsinin ləğvi barədə qarşı tərəfin mövqeyinin qeyri-ciddi olması və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə ümumi şəkildə istinadın heç bir əsasının olmaması, 9 gün ərzində öhdəliklərin icrasına başlandığı halda bu cür yanaşmanın qəbuledilməz olması bildirilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 668 nömrəli 07.12.2020-ci il tarixli məktuba verilən 10 dekabr 2020-ci il tarixli **********0 nömrəli cavabda 17/2020 saylı, 24 noyabr 2020-ci il tarixli satınalma müqaviləsinin ləğvi barədə mövqelərinin tamamilə ciddi olduqları, Agentliyin maliyyələşməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinin məhdud olması, həmin vəsaitin Agentliyin aparatının, tabeliyində olan təchizatı ilə bağlı yalnız ən zəruri malların satın alınmasına imkan verməsi və bütün maliyyə imkanlarının ətraflı şəkildə təhlil edildikdən sonra müqavilənin qeyri-müəyyən müddətə təxirə salınmasının qərara alınması, Agentliyin dövlət büdcəsidən maliyyələşdiyini, hər-hansı əlavə gəlir mənbələrinin hələ ki, mövcud olmadığını nəzərə alaraq mövqeyin anlayışla qarşılanacağı qeyd olunmuşdur. 06.01.2021-ci il tarixli 12 saylı İddiaçı MMC tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilərək **********0 saylı 10 dekabr 2020-ci il tarixli məktubunda, qeyd olunan müqavilənin 22-ci maddəsinə istinad edilərək, müqavilənin ləğvinə səbəb olacaq halın olmadığı bildirilmişdir. 133 nörməli 15.02.2021-ci il tarixli məktubla İddiaçı MMC Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə pretenziya ünvanlayaraq 24.11.2020-ci il tarixli 17/2020 saylı satınalma müqaviləsinə uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbardarlıq edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı MMC-yə ünvanladığı 01 mart 2021-ci il tarixli ********** saylı məktubda qeyd olunmuşdur ki, agentliyin maliyyələşməsi hələ ki, yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirildiyi üçün məhduddur və maliyyə imkanları 24 noyabr 2020-ci il tarixli tender müqaviləsinin predmeti olan əlillik altsisteminin təkmilləşdirilməsi xidmətinin satın alınmasını qeyri-mümkün edir. 07 dekabr 2020-ci il tarixli 667 nömrəli məktubda göstərilən səbəblərə görə müqavilə üzrə öhdəliklərin icrasına başlanılması və müqavilənin maliyə məsələlərinə görə icrasının qeyrimümkün olmasını qarşı tərəfə bildirilməsini nəzərə alaraq mövqeyi anlayışla qarşılamalı və müqavilənin ləğvinə razılıq verməli olması qeyd olunmuş, müqavilənin ləğvinə razılığı 3 iş günü ərzində bildirilməsi xahiş olunmuş, əks halda müqavilənin ləğv edilməsi üçün zəruri tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 24 noyabr 2020-ci il tarixli satınalma müqaviləsinin icrasına cəlb edilmiş işçilərlə bağlı xərclərə aid iddiaçı tərəfindən təqdim edilmiş 18 iyun 2021-ci il tarixli sənədin surətində 2020-ci ilin noyabr ayı üzrə 19.182,1 manat, dekabr ayı ərzində cəmi 15.161,66 manat müqavilənin icrasına cəlb edilmiş şəxslərə ödəniş olması qeyd olunmuşdur. Məkəməyə təqdim edilmiş 19 iyun 2021-ci il tarixli arayışda icraçının öz hesabına çəkdiyi və çəkməli olduğu xərclər və məhrum olduğu maddi gəlirin həcmi barədə müqavilənin icrasına cəlb edilmiş şəxslərin əmək haqlarının və digər aylıq ödənişlərin verilməsi üçün 40.044,32 manat, müqavilənin icrası ilə bağlı sair texniki təminat xərcləri ilə bağlı 535.68 manat, müqavilənin icrasından əldə ediləcək qazanc 71.520 manat olaraq qeyd olunmuşdur. İş materiallarında olan 01 dekabr 2020-ci il və 04 dekabr 2020-ci il tarixli hesabfakturaya əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ümumilikdə müvafiq olaraq 127,81 manat və 52,82 manatlıq avadanlıq alınmışdır. Bununla bağlı olaraq EBAT seriyalı 302677 nömrəli 01.12.2020-ci il tarixli elektron qaimə əsasında 127,81 və EBAT seriyalı 455616 nömrəli 04.12.2020-ci il tarixli elektron qaiməyə əsasında 52,82 manatlıq elektron qaimə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan 24.11.2020-ci il tarixli hesab-fakturaya əsasən tədarükçü "xxxx" MMC, ödəyən Bakinity Distribution MMC olmaqla ümumilikdə 397,14 manat məbləğində mallar İddiaçı MMC tərəfindən alınmışdır. 24.11.2020-ci il tarixli təhvil-təslim aktına əsasən “icraçı” "xxxx" MMC, “sifarişçi” İddiaçı MMC olmaqla ümumilikdə 397,14 manat məbləğində xidmət İddiaçı MMC-yə təhvil verilmişdir. 19 iyun 2021-ci il tarixli İddiaçı MMC-nin direktoru və mühasibi tərəfindən tərtib olunan maddi zərər barədə aktda qeyd olunur ki, 24 noyabr 2020-ci il tarixli satınalma müqaviləsinin “sifarişçi” tərəfindən yerinə yetirilməməsi nəticəsində “icraçı”ya 2020-ci ilin noyabr və dekabr ayları ərzində maddi zərər dəymiş və o gəlirdən məhrum olmuşdur. Ümumilikdə dəymiş ziyan müqavilənin icrasına cəlb edilmiş şəxslərin əmək haqlarının və digər aylıq ödənişlərin verilməsi üçün 40.044,32 manat, müqavilənin icrası ilə bağlı sair texniki təminat xərcləri ilə bağlı 535.68 manat, müqavilənin icrasından əldə ediləcək qazanc 71.520 manat olaraq qiymətləndirilmişdir. Məhkəməyə təqdim edilmiş başlanğıc dövrü 01.01.2020-ci il, son dövrü isə 31.12.2020-ci il tarixi kimi qeyd edilən 2 saylı Xəzinədarlıq İdarəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyinə təqdim edilmiş üzləşmə aktından məlum olur ki, qeyd olunan dövr ərzində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyinə müxtəlif təyinat üzrə büdcədən ayırmalar aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında satınalma müqaviləsi bağlanmış və cavabdeh dövlət büdcəsindən maliyyələşən agentlikdir. İlkin iddia üzrə cavabdeh tərəfindən müqavilə bağlandıqdan sonra Agentliyin maliyyələşməsi dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirildiyi üçün məhdud olması və maliyyə imkanları 24 noyabr 2020-ci il tarixli tender müqaviləsinin predmeti olan əlillik altsisteminin təkmilləşdirilməsi xidmətinin satın alınmasını qeyri-mümkün etməsi səbəbindən müqavilənin ləğvi ilə bağlı qarşı tərəfə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.2ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 432.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qarşılıqlı iddia üzrə cavabdehin müqavilənin ləğv edilməsi” tələbinə münasibətdə məhkəmə hesab edir ki, müqavilənin ləğvi üçün ilk növbədə onun Mülki Məcəllənin 421.1ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin məzmununa da aydınlıq gətirilmişdir. Həmin Qərarda qeyd edilir ki, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Plenum Qərarında o da qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır:1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddianın maddi zərərin ödənilməsi tələbinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza va Reabilitasiya Agentliyi və İddiaçı MMC arasında 24.11.2020-ci il tarixdə bağlanan 17/2020 nömrəli satınalma müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilisin. Dövlət Tibbi-Sosial Ekspertiza va Reabilitasiya Agentliyi və İddiaçı MMC arasında 24.11.2020-ci il tarixdə bağlanan 17/2020 nömrəli satınalma müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2101/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2101/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver