Məhkəmə qərarları › İş №e-2-2(113)-2108/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2108/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2108/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası “X6” X8rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) cavabdeh Azərbaycan Respublikası “X6” X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 864,71 manat (səkkiz yüz altmış dörd manat yetmiş bir qəpik) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası “X6” X12 məxsus “X15” markalı, 99JH581 dövlət qeydiyyat nişanlı avtomobil 02 mart 2020-ci il tarixində X2 tərəfindən idarə olunaraq, “xxxx” MMC-də KASKO BUTİK sığorta məhsulu üzrə sığortalanmış “Renault Megane” markalı, 99RC814 dövlət qeydiyyat nişanlı avtomobilə aeroport yolunda yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə müvafiq DYP tərəfindən qeydə alınmışdır. Hadisə nəticəsində sığortalıya “xxxx” MMC tərəfindən 864,71 AZN (səkkiz yüz altmış dörd manat yetmiş bir qəpik) sığorta ödənişi verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, bildirdi ki, 02 mart 2020-ci il tarixində Azərbaycan Respublikası “X6” X12 məxsus “X15” markalı, 99JH581 dövlət qeydiyyat nişanlı avtomobil qəza törədərək “Renault Megane” markalı, 99RC814 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Lakin hesab edir ki, qeyd edilən zərərin məbləği avtomobilin məxsus olduğu Azərbaycan Respublikası “X6” X10 deyil, avtomobilin qəza törədilən zaman sürücüsü X1 tutulmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - M6804 saylı sığorta şəhadətnaməsinə əsasən “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil 03.09.2019-cu il tarixdən 03.09.2020-ci il tarixədək dövr üzrə Kasko Butik sığortası ilə sığortalanmışdır. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, 02 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası “X6” X12 məxsus “X15” markalı, 99JH581 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 yol-nəqliyyat hadisəsi törədərək, “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı və “Toyota FJ-Cruiser minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. - 02 mart 2020-ci il tarixdə Bakı şəhər DYPİ Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “X15” markalı, 99JH581 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X15” markalı, 99JH581 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər Baş Səhiyyə İdarəsi “X6” X12 məxsusdur. - 3496 saylı yol vərəqindən görünür ki, “X15” markalı, 99JH581 dövlət qeydiyyat nişanlı avtomobil 01.03.2020-ci il tarixdən 15.03.2020-ci il tarixədək idarə edilmək A.Cəfərova üçün verilmişdir. - “xxxx” ASC tərəfindən tərtib edilmiş 16.03.2020-ci il tarixli 100642 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3497 manat məbləğində ziyan dəymişdir. - 06.04.2020-ci il tarixli, CCL-1756/2020 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” ASC-nin Səbail filialında **********26504100 nömrəli hesabına 2529,29 manat məbləğində ödəniş edilmişdir. - 04.06.2020-ci il tarixli, M6804CLM1 nömrəli ödəniş tapşırığından görünür ki, “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə “xxxx” MMC tərəfindən “xxxx” ASC-nin Gənclik filialında X4 hesabına 864,71 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası “X6” X12 məxsus X15 markalı, 99JH581 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 yol-nəqliyyat hadisəsi törədərək, “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı və “Toyota FJ-Cruiser minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş və nəticədə “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə (sürücü X11) 3497 manat məbləğində zərər dəymişdir. “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar 04.06.2020-ci il tarixdə X4 hesabına “xxxx” ASC tərəfindən 2529,29 manat məbləğində, 04.06.2020-ci il tarixdə isə “xxxx” MMC tərəfindən 864,71 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin faktiki hallarını və qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı subroqasiya qaydasında həmin məbləği cavabdehdən (nəqliyyat vasitəsinin mülkiyyətçisindən) tələb etmək hüququna malik olsuğundan, iddia təmin edilməli, cavabdehdən 864,71 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası “X6” X10 864,71 (səkkiz yüz altmış dörd manat yetmiş bir qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 894,71 (səkkiz yüz doxsan dörd manat yetmiş bir qəpik) manat məbləğində pul iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar