Məhkəmə qərarları › İş №e-2-2(113)-2112/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2112/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2112/2020 19.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı «Özkonaklı X5 Ürünleri İth. İhr. San. Tic. Ltd» şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı «Özkonaklı X5 Ürünleri İth. İhr. San. Tic. Ltd» şirkətinin Cavabdehnə qarşı 4893 Avro, 4034 ABŞ dolları, 98366 Türk lirəsi vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 4893 Avro, 4034 ABŞ dolları, 98366 Türk lirəsi vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-321/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Özkonaklı X5 X3 Sanayi və Ticaret Limited Şirkətinin iddia tələbi qismən təmin edilərək cavabdeh "Cavabdeh" MMC-dən vurulmuş zərərə görə 49200 avro və 5100 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya və kassasiya şikayətləri vermiş, lakin apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən şikayəti təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-321/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı hazırki iddia tələbi ilə cavadbehdən reqres hüququ üzrə uğramış olduğu zərəri (əlavə zərər) tələb etməkdədir. Belə ki, qeyd olunan məhkəmələr davam edərkən Türkiyə Respublikasının məhkəmələrində də daşıyıcı ekspeditor kimi iddiaçıya qarşı eyni predmet üzrə məhkəmə araşdırmaları davam edirdi, baxılan iş üzrə qəbul edilən qətnamələr qüvvəyə minməmişdi. Buna görə də iddiaçı cavabdehə qarşı Azərbaycan Respublikasının məhkəmələrində bundan əvvəlki iddiasında reqres hüququ üzrə iddia tələbini irəli sürə bilməmişdir. Hazırda Türkiyə Respublikasının məhkəmələrində iddiaçıya qarşı tələblər üzrə başlanmış sözügedən məhkəmə işləri yekunlaşmış, yekun məhkəmə aktı çıxarılmış və qərar icraya yönəldilmişdir. Odur ki, iddiaçı cavabdehə qarşı ona vurulmuş əlavə zərərin ödənilməsi üçün reqres hüququ üzrə tələblərini irəli sürərək yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı “San X4 İltş. Ve Güvenlik sistem Ltd. Şti” Şirkətinin Türkiyə Respublikasının məhkəmələrində cavadbeh Özkonaklı X5 X3 Sanayi və Ticaret Limited Şirkətinə qarşı iddia tələbləri üzrə Türkiyə Respublikası İstanbul 19 saylı Arbitraj Məhkəməsinin 2019/495 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin edilərək 52070 avronun iddia tarixindən etibarən 3095 saylı qanunun 4/a maddəsinə əsasən faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 49775 TL-nin iddia tarixindən etibarən avans faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 3800 ABŞ dollarının 3095 saylı qanunun 4/a maddəsinə əsasən faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, artıqla bağlı tələbin rədd edilməsi, qərarın qəbul edildiyi tarixdə qüvvədə olan Rüsum Tarifinə əsasən təyin edilən 26.496,30 TL rüsumdan 6.784,66 Tl-lik hissəsi alınaraq qalıq 19.711, 60 TL-lik nəğd rüsumun cavabdehdən tutularaq Xəzinədarlığa ödənilməsi, iddiaçı tərəf vəkillə təmsil edildiyindən Vəkillər üçün minimum əmək haqqı tarifinə əsasən təyin edilən 29.223,04 TL-lik pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəf vəkillə təmsil edildiyindən Vəkillər üçün minimum əmək haqqı tarifinə əsasən təyin edilən 2.725 TL-lik pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi iddiaçı tərəfindən çəkilən istintaq xərcləri olan 2.100 TL-lik ekspert pulu, 93.00 TL poçt rüsumu olmaqla ümumilikdə 2.193. TL istintaq xərcləri iddianın qəbul və rədd nisbətinə görə hesablanan 2.141 TL hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, geri galan qalıq hissənin iddiaçıdan tutulması, tərəflər tərəfindən ödənilən avans rüsumun qalıq hissəsinin qərar qüvvəyə mindikdən sonra tərəflərə verilməsinə dair qətnamə qəbul edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Türkiyə Respublikası 9 saylı icra qurumu Türkiyə Respublikası İstanbul 19 saylı Arbitraj Məhkəməsinin 2019/495 saylı, xx.xx.2019cu il tarixli qərarını icraata qəbul etmiş və 9.12.2019-cu il tarixində icra əmri verərək qərara əsasən faizlər ilə birlikdə hesablanmaqla borclu Özkonaklı X5 X3 Sanayi və Ticaret Limited Şirkəti tərəfindən 98.366.52 TL, 4.034,11 USD, 54.093,50 EUR ödənilməsini tələb etmişdir. Qeyd olunan vəsait məcburi qaydada Özkonaklı X5 X3 Sanayi və Ticaret Limited Şirkəti tərəfindən alınacaqdır və hazırda bu tələb üzrə icra qaydasında şirkətin əmlaklarına həbs qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq əlavə olaraq iddiaçıya dəymiş zərərin miqdarı həcmində vəsaiti, yəni 4893 avro, 4034,11 ABŞ dolları, 98 366,52 türk lirəsi vəsaiti iddiaçıya ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixlərində pretenziya (xəbərdarlıq, ihtar) göndərilmiş, lakin cavabdehdən cavab alınmamışdır. Cavabdehin könüllü olaraq borcunu ödəməsi yaxud pretenziya üzrə hər hanıs addım atması da gözlənilmirdi. Çünki qüvvəyə minmiş məhkəmə qətnaməsini icrasını könüllü həyata keçirməyən, hər vəchlə ödənişdən yayınan, məsələnin həll olunması üçün vaxtın müxtəlif bəhanələrlə illərlə uzatmağa çalışan cavabdehin vurduğu zərəri pretenziya və yaxud hər hansı xəbərdarlıq nəticəsində ödəyəcəyinə güman yoxdur. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-321/2017 saylı xx xxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iş üzrə müəyyən edilmişdir ki, Türkiyənin “X7. ve Tic A.Ş”xxxx“San. X4 İletişim və Güvenlik Sistemleri Limited Şirkəti” arasında yük daşınmasının həyata keçirilməsi barədə razılıq əldə edilmiş, razılığa əsasən Türkiyədən Qazaxıstan Respublikasına 49.200 avro dəyərində konserv qapaqları daşınmalı idi. Daha sonra daşımanın həyata keçirilməsi məqsədilə iddiaçı ilə “San Lojistik ve Dış Tic. LTD. Şti” şirkəti arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən iddiaçı, ixracatçı firma “X7. ve Dış Tic A.Ş” şirkətinin yükünü Türkiyənin Bursa şəhərindən Sayramskoye şosesi 6/N Çimkənd 160012 Qazaxıstan ünvanınadək daşımalı və Qazaxıstanın “TOO.JFM Company” şirkətinə çatdırmalı idi. Müqaviləyə əsasən çəkisi 21- 22 ton təşkil edən mallar xx.xx.2016-cı il tarixdə yüklənməli və yüklər **-DB-***/** ZA *** dövlət nişanlı nəqliyyat vasitəsilə ilə daşınmalı idi. Müqavilə üzrə 7.600 ABŞ dolları məbləğində müəyyən edilmiş xidmət haqqının 50%-i avans olaraq, qalan 50%-i isə mallar təhvil veriləndən 10 gün ərzində ilk cümə günü ödənilməli idi. Müqaviləyə əsasən, ekspeditor qismində iddiaçı ilə daşıyıcı şirkət cavabdeh arasında elektron yazışmalar vasitəsilə ilkin razılıq əldə olunmuş, cavabdeh iddiaçıya daşımanın həyata keçirilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə 14/11-24 saylı invoys göndərmiş, invoysda yüklərin 99- DB509/** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınacağı və xidmət haqqı olaraq 7.400 ABŞ dolları ödəniləcəyi göstərilmişdir. İnvoys cəmiyyətin direktoru tərəfindən imzalanmaqla və cəmiyyətin möhürü vurulmaqla təsdiq edilmişdir. Daha sonra xx.xx.2016cı il tarixdə ekspeditor qismində iddiaçı ilə daşıyıcı cavabdeh arasında qeyd olunan malların (konserv qapaqları) daşınması məqsədilə daşıma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mallar Türkiyənin Bursa şəhərindən Sayramskoye şosesi 6/N Çimkənd 160012 Qazaxıstan ünvanınadək daşınmalı və Qazaxıstanın “TOO. JFM Company” şirkətinə çatdırılmalı idi. Müqavilənin şərtlərinə görə mallar xx.xx.2016-cı il tarixdə **-DB- ***/** ZA *** dövlət nişanlı nəqliyyat vasitəsinə yüklənməli idi. 17 gün tranzit müddəti nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən malların daşınmasına görə ödəniləcək məbləğ 7.400 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən məbləğin 50%-nin avans olaraq, qalan 50%nin isə 10-15 gün ərzində ödənilməsi razılaşdırılmışdır. Yükün daşınması xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilə üzrə verilmiş etibarnamə əsasında A.Məmmədova həvalə edilmiş və beynəlxalq daşımanın həyata keçirilməsi üçün CMR verilmişdir. Belə ki, firma qismində cavabdeh ilə daşıyıcı qismində A.Məmmədov arasında xx.xx.2016- cı il tarixdə bağlanmış 447 saylı müqaviləyə əsasən beynəlxalq yük daşımalarının təşkili MERSEDES BENZ 1841 markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil, KOEGEL markalı, **-ZA- *** dövlət qeydiyyat nömrəli qoşqu vasitəsilə həyata keçirilməli idi. Müqavilənin 2-ci bəndində firmanın öhdəlikləri öz əksini tapmışdır: firma “ABADA”-da (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası) həqiqi üzvlüyünü təmin edir; daşıyıcını beynəlxalq daşımalarda tələb olunan bütün qanuni sənədlərlə təmin edir; respublika daxilində və xarici ölkələrdə daşıyıcını təmsil edir və hüquqlarını müdafiə edir; daşıyıcının yüklə təmin olunması üçün Respublika daxilində və xarici bazarda marketinq aparır; yüklərin daşınması üçün tariflərin daşıyıcı və müştəri arasında bazara uyğun şəkildə tənzimlənməsini həyata keçirir. Müqavilənin 3-cü bəndində daşıyıcının öhdəlikləri öz əksini tapmışdır: daşıyıcı öz nəqliyyat vasitəsini beynəlxalq yükdaşımalarını həyata keçirmək üçün Firmanın sərəncamına verir; beynəlxalq yük daşımalarının bütün şərtlərinə, o cümlədən xarici ölkələrin ərazisində beynəlxalq daşımaları həyata keçirərkən həmin ölkələrin qanunvericiliyinə əməl edir; firmadan aldığı hər bir sənəd və tapşırıq üçün məsuliyyət daşıyır və bu barədə vaxtlı-vaxtında hesabat verir; firmadan aldığı hər bir BYD kitabçası (KarnetTİR) üçün cavabdehlik daşıyır və heç bir halda onu başqa şəxsə vermir; alkoqol və tütün məmulatları (pivə, çaxır, xam tütün istisna olmaqla) daşınmasında, habelə dəyəri 60.000 avrodan yuxarı olan yüklərin daşınmasında BYD kitabçasından istifadə etmir; BYD kitabçasının etibarlılıq müddətini özbaşına dəyişmir; müqavilədə nəzərdə tutulmuş ödəniş haqlarını razılaşmaya əsasən vaxtlı-vaxtında ödəyir; Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq vergi, nəqliyyat və s. icra orqanları qarşısındakı bütün öhdəliklərə riayət edir. Müqavilənin 8-ci bəndinə əsasən, müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və xx xxxx 2016-cı ilə qədər etibarlıdır. Tərəflərin müqaviləyə dair iradları olmadığı təqdirdə növbəti ilin təqvim ilinin sonuna qədər avtomatik uzadılır. Bu müqavilə üzrə şərtlər və ya götürülmüş öhdəliklər daşıyıcı tərəfindən pozulduqda müqavilə firmanın təşəbbüsü ilə birtərəfli qaydada ləğv edilə bilər. Eyni zamanda bu müqavilə daşıyıcının təşəbbüsü ilə Firmadan könüllü surətdə çıxdıqda ləğv oluna bilər. Belə halda daşıyıcı çıxmazdan ən azı 3 ay qabaq firmanı yazılı surətdə xəbərdar etməlidir. Həmçinin, sürücü Rusiya ərazisinə daxil olan zaman saxlanılmış və 1.000 dollar məbləğində cərimə edilmiş, A.Məmmədov Rusiya ərazisində olarkən iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə Western Union vasitəsilə Rusiya Fedrasiyasına sürücünün adına 1.000 dollar məbləğdə pul göndərildikdən sonra cərimə sürücü tərəfindən ödənilmiş və xx.xx.2016-cı il tarixdə X1 şəhəri Novozıbkov Gömrük məntəqəsinin 3 saylı Gömrük Rəsmiləşdirmə və Gömrük Nəzarəti Şöbəsi tərəfindən daşınan mallar sürücüyə təvil verilmiş və buna dair təhvil-təslim aktı tərtib edilmişdir. Qeyd olunan akta əsasən brutto çəkisi 21.680 kq olan konserv bankalarını bağlamaq üçün qapaqlar Bryansk gömrüyü Novozıbkov Gömrük məntəqəsinin 3 saylı Gömrük Rəsmiləşdirmə və Gömrük Nəzarəti şöbəsinin QTTİ X2 tərəfindən cavabdehin xx.xx.2016cı il tarixli etibarnaməsinə əsasən A.Məmmədova təhvil verilmişdir. X1 Gömrük məntəqəsinin 3 saylı Gömrük Rəsmiləşdirmə və Gömrük Nəzarəti şöbəsi tərəfindən malın çatdırılma yeri (təyinat gömrük məntəqəsi olaraq) Belarus Respublikasının DGK Qomel gömrüyü “Novaya Quta” gömrük məntəqəsi müəyyən olunmuş, lakin Belarusiya gömrüyünə daxil olduqdan sonra mallardan heç bir məlumat əldə edilməmişdir. Qeyd edilənlərdən göründüyü kimi, hazırki halda daşıma müqaviləsi üzrə yükün itirilməsi ilə bağlı bilavasitə cavabdeh MMC tam məsuliyyət daşıyır. İş üzrə müəyyən edilir ki, cavabdeh MMC tərəfindən yük xx.xx.2016-cı il tarixdə daşınmaya qəbul edilmiş, lakin 3 aydan çox müddət keçməsinə baxmayaraq hazırkı vaxtadək mallardan heç bir məlumat daxil olmamışdır. Belə olan halda yük itirilmiş sayılır. Odur ki, iddia tələbi bu hissədə əsaslıdır, təmin edilməlidir və itirilmiş yükün dəyəri 49.200 avro cavabdehdən tutularaq iddiaçıya ödənilıməlidir. Eyni zamanda, iş üzrə müəyyən edilir ki, iddiaçı şirkət tərəfindən cavabdeh MMC-yə daşımanın həyata keçirilməsi ilə bağlı ümumilikdə 5.100 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Daşımanın həyata keçirilməsi baş tutmadığından daşıma haqqı da cavabdehdən tutularaq iddiaçı şirkətə ödənilməlidir. Qeyd olunan faktlar tərəflər arasında hazırki məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Buna görə də məhkəmə işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-321/2017 nömrəli xx xxxx 2017ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "Cavabdeh" MMC-dən vurulmuş zərərə görə 49200 avro və 5100 ABŞ dolları tutularaq iddiaçı Özkonaklı X5 X3 Sanayi və Ticaret Limited Şirkətinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, Türkiyənin “X7. ve Tic A.Ş”xxxx“San. X4 İletişim və Güvenlik Sistemleri Limited Şirkəti” arasında yük daşınmasının həyata keçirilməsi barədə razılıq əldə edilmiş, razılığa əsasən Türkiyədən Qazaxıstan Respublikasına 49.200 avro dəyərində konserv qapaqları daşınmalı idi. Daha sonra daşımanın həyata keçirilməsi məqsədilə iddiaçı ilə “San Lojistik ve Dış Tic. LTD. Şti” şirkəti arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən iddiaçı, ixracatçı firma “X7. ve Dış Tic A.Ş” şirkətinin yükünü Türkiyənin Bursa şəhərindən Sayramskoye şosesi 6/N Çimkənd 160012 Qazaxıstan ünvanınadək daşımalı və Qazaxıstanın “TOO.JFM Company” şirkətinə çatdırmalı idi. Müqaviləyə əsasən çəkisi 21-22 ton təşkil edən mallar xx.xx.2016-cı il tarixdə yüklənməli və yüklər **-DB-***/** ZA *** dövlət nişanlı nəqliyyat vasitəsilə ilə daşınmalı idi. Müqavilə üzrə 7.600 ABŞ dolları məbləğində müəyyən edilmiş xidmət haqqının 50%-i avans olaraq, qalan 50%-i isə mallar təhvil veriləndən 10 gün ərzində ilk cümə günü ödənilməli idi. Müqaviləyə əsasən, ekspeditor qismində iddiaçı ilə daşıyıcı şirkət cavabdeh arasında elektron yazışmalar vasitəsilə ilkin razılıq əldə olunmuş, cavabdeh iddiaçıya daşımanın həyata keçirilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə 14/11-24 saylı invoys göndərmiş, invoysda yüklərin 99- DB509/** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınacağı və xidmət haqqı olaraq 7.400 ABŞ dolları ödəniləcəyi göstərilmişdir. İnvoys cəmiyyətin direktoru tərəfindən imzalanmaqla və cəmiyyətin möhürü vurulmaqla təsdiq edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə ekspeditor qismində iddiaçı ilə daşıyıcı cavabdeh arasında qeyd olunan malların (konserv qapaqları) daşınması məqsədilə daşıma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mallar Türkiyənin Bursa şəhərindən Sayramskoye şosesi 6/N Çimkənd 160012 Qazaxıstan ünvanınadək daşınmalı və Qazaxıstanın “TOO. JFM Company” şirkətinə çatdırılmalı idi. Müqavilənin şərtlərinə görə mallar xx.xx.2016-cı il tarixdə **-DB-***/** ZA *** dövlət nişanlı nəqliyyat vasitəsinə yüklənməli idi. 17 gün tranzit müddəti nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən malların daşınmasına görə ödəniləcək məbləğ 7.400 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən məbləğin 50%-nin avans olaraq, qalan 50%-nin isə 10-15 gün ərzində ödənilməsi razılaşdırılmışdır. Yükün daşınması xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilə üzrə verilmiş etibarnamə əsasında A.Məmmədova həvalə edilmiş və beynəlxalq daşımanın həyata keçirilməsi üçün CMR verilmişdir. Belə ki, firma qismində cavabdeh ilə daşıyıcı qismində A.Məmmədov arasında xx.xx.2016- cı il tarixdə bağlanmış 447 saylı müqaviləyə əsasən beynəlxalq yük daşımalarının təşkili MERSEDES BENZ 1841 markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil, KOEGEL markalı, **-ZA-*** dövlət qeydiyyat nömrəli qoşqu vasitəsilə həyata keçirilməli idi. Müqavilənin 2-ci bəndində firmanın öhdəlikləri öz əksini tapmışdır: firma “ABADA”-da (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası) həqiqi üzvlüyünü təmin edir; daşıyıcını beynəlxalq daşımalarda tələb olunan bütün qanuni sənədlərlə təmin edir; respublika daxilində və xarici ölkələrdə daşıyıcını təmsil edir və hüquqlarını müdafiə edir; daşıyıcının yüklə təmin olunması üçün Respublika daxilində və xarici bazarda marketinq aparır; yüklərin daşınması üçün tariflərin daşıyıcı və müştəri arasında bazara uyğun şəkildə tənzimlənməsini həyata keçirir. Müqavilənin 3-cü bəndində daşıyıcının öhdəlikləri öz əksini tapmışdır: daşıyıcı öz nəqliyyat vasitəsini beynəlxalq yükdaşımalarını həyata keçirmək üçün Firmanın sərəncamına verir; beynəlxalq yük daşımalarının bütün şərtlərinə, o cümlədən xarici ölkələrin ərazisində beynəlxalq daşımaları həyata keçirərkən həmin ölkələrin qanunvericiliyinə əməl edir; firmadan aldığı hər bir sənəd və tapşırıq üçün məsuliyyət daşıyır və bu barədə vaxtlı-vaxtında hesabat verir; firmadan aldığı hər bir BYD kitabçası (KarnetTİR) üçün cavabdehlik daşıyır və heç bir halda onu başqa şəxsə vermir; alkoqol və tütün məmulatları (pivə, çaxır, xam tütün istisna olmaqla) daşınmasında, habelə dəyəri 60.000 avrodan yuxarı olan yüklərin daşınmasında BYD kitabçasından istifadə etmir; BYD kitabçasının etibarlılıq müddətini özbaşına dəyişmir; müqavilədə nəzərdə tutulmuş ödəniş haqlarını razılaşmaya əsasən vaxtlı-vaxtında ödəyir; Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq vergi, nəqliyyat və s. icra orqanları qarşısındakı bütün öhdəliklərə riayət edir. Müqavilənin 8-ci bəndinə əsasən, müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və xx xxxx 2016-cı ilə qədər etibarlıdır. Tərəflərin müqaviləyə dair iradları olmadığı təqdirdə növbəti ilin təqvim ilinin sonuna qədər avtomatik uzadılır. Bu müqavilə üzrə şərtlər və ya götürülmüş öhdəliklər daşıyıcı tərəfindən pozulduqda müqavilə firmanın təşəbbüsü ilə birtərəfli qaydada ləğv edilə bilər. Eyni zamanda bu müqavilə daşıyıcının təşəbbüsü ilə Firmadan könüllü surətdə çıxdıqda ləğv oluna bilər. Belə halda daşıyıcı çıxmazdan ən azı 3 ay qabaq firmanı yazılı surətdə xəbərdar etməlidir. Həmçinin, sürücü Rusiya ərazisinə daxil olan zaman saxlanılmış və 1.000 dollar məbləğində cərimə edilmiş, A.Məmmədov Rusiya ərazisində olarkən iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə Western Union vasitəsilə Rusiya Fedrasiyasına sürücünün adına 1.000 dollar məbləğdə pul göndərildikdən sonra cərimə sürücü tərəfindən ödənilmiş və xx.xx.2016-cı il tarixdə X1 şəhəri Novozıbkov Gömrük məntəqəsinin 3 saylı Gömrük Rəsmiləşdirmə və Gömrük Nəzarəti Şöbəsi tərəfindən daşınan mallar sürücüyə təvil verilmiş və buna dair təhvil-təslim aktı tərtib edilmişdir. Qeyd olunan akta əsasən brutto çəkisi 21.680 kq olan konserv bankalarını bağlamaq üçün qapaqlar Bryansk gömrüyü Novozıbkov Gömrük məntəqəsinin 3 saylı Gömrük Rəsmiləşdirmə və Gömrük Nəzarəti şöbəsinin QTTİ X2 tərəfindən cavabdehin xx.xx.2016-cı il tarixli etibarnaməsinə əsasən A.Məmmədova təhvil verilmişdir. X1 Gömrük məntəqəsinin 3 saylı Gömrük Rəsmiləşdirmə və Gömrük Nəzarəti şöbəsi tərəfindən malın çatdırılma yeri (təyinat gömrük məntəqəsi olaraq) Belarus Respublikasının DGK Qomel gömrüyü “Novaya Quta” gömrük məntəqəsi müəyyən olunmuş, lakin Belarusiya gömrüyünə daxil olduqdan sonra mallardan heç bir məlumat əldə edilməmişdir. Qeyd edilənlərdən göründüyü kimi, hazırki halda daşıma müqaviləsi üzrə yükün itirilməsi ilə bağlı bilavasitə cavabdeh MMC tam məsuliyyət daşıyır. İş üzrə müəyyən edilir ki, cavabdeh MMC tərəfindən yük xx.xx.2016-cı il tarixdə daşınmaya qəbul edilmiş, lakin 3 aydan çox müddət keçməsinə baxmayaraq hazırkı vaxtadək mallardan heç bir məlumat daxil olmamışdır. Belə olan halda yük itirilmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 14/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-1/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-321/2017 nömrəli xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının göstərilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-1/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Türkiyə Respublikası İstanbul 19 saylı Arbitraj Məhkəməsinin 2019/495 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı “San X4 İltş. Ve Güvenlik sistem Ltd. Şti” Şirkətinin cavadbeh Özkonaklı X5 X3 Sanayi və Ticaret Limited Şirkətinə qarşı iddia tələbləri üzrə qismən təmin edilərək, 52070 avronun iddia tarixindən etibarən 3095 saylı qanunun 4/a maddəsinə əsasən faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya verilməsi, 49775 TL-nin iddia tarixindən etibarən avans faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya verilməsi, 3800 ABŞ dollarının 3095 saylı qanunun 4/a maddəsinə əsasən faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya verilməsi, artıqla bağlı tələbin ləğv edilməsi, qərarın qəbul edildiyi tarixdə qüvvədə olan Rüsum Tarifinə əsasən təyin edilən 26.496,30 TL rüsumdan 6.784,66 Tl-lik hissəsi alınaraq qalıq 19.711, 60 TL-lik nəğd rüsumun cavabdehdən tutularaq Xəzinədarlığa verilməməsi, 6884,86 TL-lik nağd rüsumun cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddiaçı tərəf vəkillə təmsil edildiyindən Vəkillər üçün minimum əmək haqqı tarifinə əsasən təyin edilən 29.223,04 TL-lik pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi, cavabdeh tərəf vəkillə təmsil edildiyindən Vəkillər üçün minimum əmək haqqı tarifinə əsasən təyin edilən 2.725 TL-lik pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddiaçı tərəfindən çəkilən istintaq xərcləri olan 2.100 TL-lik ekspert pulu, 93.00 TL poçt rüsumu olmaqla ümumilikdə 2.193. TL istintaq xərcləri iddianın qəbul və rədd nisbətinə görə hesablanan 2.141 TL hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, geri galan qalıq hissənin iddiaçıdan tutulması, tərəflər tərəfindən ödənilən avans rüsumun qalıq hissəsinin qərar qüvvəyə mindikdən sonra tərəflərə verilməsi hökm verilmişdir. Türkiyə Respublikası İstanbul 9 saylı İcra Hakimiyyəti Orqanının xx xxxxxx 2019-cu il tarixli 45148 saylı icra əmrindən görünür ki, Türkiyə Respublikası İstanbul 19 saylı Arbitraj Məhkəməsinin 2019/495 saylı, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. Həmin Məcəllənin 852.3-cü maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Həmin Məcəllənin 852.5-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Türkiyənin “X7. ve Tic A.Ş”xxxx“San. X4 İletişim və Güvenlik Sistemleri Limited Şirkəti” arasında yük daşınmasının həyata keçirilməsi barədə razılıq əldə edilmiş, razılığa əsasən Türkiyədən Qazaxıstan Respublikasına 49.200 avro dəyərində konserv qapaqları daşınmalı idi. Sonra daşımanın həyata keçirilməsi məqsədilə iddiaçı ilə “San. X4 İletişim və Güvenlik Sistemleri Limited Şirkəti” arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Daha sonra xx.xx.2016-cı il tarixdə ekspeditor qismində iddiaçı ilə daşıyıcı cavabdeh arasında qeyd olunan malların (konserv qapaqları) daşınması məqsədilə daşıma müqaviləsi bağlanmışdır. Daşıma zamanı yük cavabdeh tərəfindən itirilmişdir. Nəticədə “San. X4 İletişim və Güvenlik Sistemleri Limited Şirkəti” iddiaçıya qarşı Türkiyə Respublikası İstanbul 19 saylı Arbitraj Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 2019/495 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı “San X4 İltş. Ve Güvenlik sistem Ltd. Şti” Şirkətinin cavadbeh Özkonaklı X5 X3 Sanayi və Ticaret Limited Şirkətinə qarşı iddia tələbləri üzrə qismən təmin edilərək, 52070 avronun iddia tarixindən etibarən 3095 saylı qanunun 4/a maddəsinə əsasən faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya verilməsi, 49775 TL-nin iddia tarixindən etibarən avans faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya verilməsi, 3800 ABŞ dollarının 3095 saylı qanunun 4/a maddəsinə əsasən faizi ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya verilməsi, artıqla bağlı tələbin ləğv edilməsi, qərarın qəbul edildiyi tarixdə qüvvədə olan Rüsum Tarifinə əsasən təyin edilən 26.496,30 TL rüsumdan 6.784,66 Tl-lik hissəsi alınaraq qalıq 19.711, 60 TL-lik nəğd rüsumun cavabdehdən tutularaq Xəzinədarlığa verilməsi, 6884,86 TL-lik nağd rüsumun cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddiaçı tərəf vəkillə təmsil edildiyindən Vəkillər üçün minimum əmək haqqı tarifinə əsasən təyin edilən 29.223,04 TL-lik pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi, cavabdeh tərəf vəkillə təmsil edildiyindən Vəkillər üçün minimum əmək haqqı tarifinə əsasən təyin edilən 2.725 TL-lik pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddiaçı tərəfindən çəkilən istintaq xərcləri olan 2.100 TL-lik ekspert pulu, 93.00 TL poçt rüsumu olmaqla ümumilikdə 2.193. TL istintaq xərcləri iddianın qəbul və rədd nisbətinə görə hesablanan 2.141 TL hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, geri galan qalıq hissənin iddiaçıdan tutulması, tərəflər tərəfindən ödənilən avans rüsumun qalıq hissəsinin qərar qüvvəyə mindikdən sonra tərəflərə verilməsi hökm verilmiş və qərar qanuni qüvvəyə minmişdir. Bununla da iddiaçının cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı reqres hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normalarının tələbinə əsasən, cavabdeh yükü itirdiyindən və bu hadisənin törədilməsində təqsirli bilindiyindən, bununla da əlaqədar cavabdeh, Türkiyə Respublikası İstanbul 19 saylı Arbitraj Məhkəməsinin qərarı ilə iddiaçıya dəymiş zərərə görə mülki məsuliyyət daşıdığından, məhkəmə qərarı ilə ondan tutulmuş pulun ödənişi ilə bağlı cavabdehə qarşı reqress qaydasında iddiası əsaslıdır və ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4893 Avro, 4034 ABŞ dolları, 98366 Türk lirəsi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq «Özkonaklı X5 Ürünleri İth. İhr. San. Tic. Ltd» şirkətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar