Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2115/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, faiz borcu, hüquqi yardım və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 31375,02 manat (ƏDV daxil) borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 784,37 manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 3000 manatın, habelə ödənilmiş 196 manat dövlət rüsumunun əvəzinin, cəmi 35355,39 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC(bundan sonra “Cavabdeh”) arasında FP/53 saylı, 08 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müxtəlif növdə ehtiyat hissələrini və materialları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 31375,02 manat (ƏDV daxil) borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc, habelə borcun gecikdirilməsinə görə hesablanmış faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun 2 gün ərzində ödənilməsini xahiş etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış FP/53 saylı, 08 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, müqavilənin predmetini müqaviləyə əlavə olunan elektron qaimədə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə həmin malın qəbul edilərək haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə görə, hesablaşma sənədləri alıcıya təqdim edildikdən 30 iş günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçinin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış FP/53 saylı, 08 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini müqaviləyə əlavə olunan elektron qaimədə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə həmin malın qəbul edilərək haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.
9. Müqavilənin 1.2-ci bənidnə əsasən malların alqı-satqısı tərəflər arasına alqı-satqı müqaviləsi və hesab fakturanın imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə hesab faktura müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
10. Müqavilənin 2.1-ci bənidnə əsasən müqavilənin ümumi dəyəri hesab fakturada qeyd edilmiş malların dəyərinə müvafiq hesablanır.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən hesablaşma sənədləri alıcıya təqdim edildikdən 30 iş günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyir.
12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli EBDF689501 saylı eqaimə üzrə 5674.62 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDG117448 saylı e-qaimə üzrə 2171,20 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDG522649 saylı e-qaimə üzrə 1168,20 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDH025038 saylı e-qaimə üzrə 5861,06 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDH697919 saylı e-qaimə üzrə 553,42 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDH696520 saylı e-qaimə üzrə 1082,06 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDH693661 saylı e-qaimə üzrə 7316 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDH700382 saylı e-qaimə üzrə 115.64 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDJ145325 saylı e-qaimə üzrə 73,16 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDJ144783 saylı e-qaimə üzrə 113,28 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDJ321406 saylı e-qaimə üzrə 700,92 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDJ893429 saylı e-qaimə üzrə 1770 manat dəyərində, xx.xx.2023cü il tarixli EBDL562972 saylı e-qaimə üzrə 193,52 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDO493915 saylı e-qaimə üzrə 1486,80 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDO495464 saylı e-qaimə üzrə 1321,60 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDO496175 saylı e-qaimə üzrə 286,74 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDO493298 saylı e-qaimə üzrə 424,80 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDO497013 saylı e-qaimə üzrə 1062 manat dəyərində mallara dair e-qaimə təqdim edilmişdir.
13. xx.xx.2023-cü il tarixində ƏDV daxil 794,14 manat dəyərində, xx.xx.2023-cü il tarixində 4353,02 manat dəyərində, eyni tarixdə 413 manat dəyərində, xx.xx.2023-cü il tarixində 1309,80 manat dəyərində, xx.xx.2023-cü il tarixində 1168,20 manat dəyərində, xx.xx.2023-cü il tarixində 1256,70 manat dəyərində, xx.xx.2023-cü il tarixində 1679,14 manat dəyərində, eyni tarixdə 1364,08 manat, 1222,48 manat və 338,66 manat dəyərində, xx.xx.2023-cü il tarixində 7316 manat dəyərində, xx.xx.2023-cü il tarixində 901,52 manat dəyərində, xx.xx.2023-cü il tarixində 553,42 manat dəyərində, xx.xx.2023-cü il tarixində 115.64 manat dəyərində, xx.xx.2023-cü il tarixində 365,80 manat dəyərində, eyni tarixdə 1486,80 manat, 286,74 manat və 1321,60 manat dəyərində, xx.xx.2023-cü il tarixində 1062 manat dəyərində, xx.xx.2023-cü il tarixində 73,16 manat dəyərində, eyni tarixdə 113,28 manat dəyərində, xx.xx.2023-cü il tarixində 700,92 manat dəyərində, xx.xx.2023-cü il tarixində 1770 manat dəyərində, xx.xx.2023-cü il tarixində 193,52 manat dəyərində olmaqla 31372,02 manat (ƏDV daxil) malların cavabdehə təhvil verilməsinə dair təhvilqəbul sənədləri imzalanmışdır.
14. 17.04.2024-cü il tarixli hesabdan çıxarışa əsasən iddiaçının tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli hüquqi xidməti göstərilməsinin tapşırığı haqqında müqaviləyə əsasən 3000 manat, 33 saylı vəkil bürosu tərəfindən isə 32 saylı xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 1000 manat xidmət haqqı ödənilmişdir.
15. 17.04.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışa əsasən FNK Legal MMC-nin hesabına FLXS-04/1223 saylı xx.xx.2023—cü il tarixli müqavilə üzrə verilmiş EBDZ010550 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən hüquqi xidmət üzrə 540 manat dəyərində ödəniş edilmişdir.
16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə Mülki normanın alqı-satqı müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
21. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Tərəflər arasında bağlanmış FP/53 saylı, 08 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini müqaviləyə əlavə olunan elektron qaimədə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə həmin malın qəbul edilərək haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir, müqavilənin 1.2-ci bənidnə əsasən malların alqı-satqısı tərəflər arasına alqısatqı müqaviləsi və hesab fakturanın imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə hesab faktura müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir, müqavilənin 2.1-ci bənidnə əsasən müqavilənin ümumi dəyəri hesab fakturada qeyd edilmiş malların dəyərinə müvafiq hesablanır və Müqavilənin 2.2-ci bəndinə əsasən hesablaşma sənədləri alıcıya təqdim edildikdən 30 iş günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür.
26. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişlər.
27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
29. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
30. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
31. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
32. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
33. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
34. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmamışdır, bundan əlavə iş materiallarında malların təhvil verilməsinə dair iki tərəfli imzalanmış sənədlər də mövcüddür.
35. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə və tərəfindən satılmış mallara görə cavabdeh tərəfindən ödənilməli olduğu halda bugünə kimi ödənilməmiş pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
36. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla bir illik 784,37 manat məbləğində borc hesablanmışdır.
37. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
38. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
40. Belə ki, məhkəmə hesab edir ki, 1 illik gecikdirmə üçün 787,37 manat məbləğində pulun (31375,02/5%=1568,75 manat/12 ay=130,72 manat(1 ay üzrə faiz məbləği)x6 ay (gecikdirilmiş ay-xx.xx.2023-xx.xx.2024)=784,37 manat) cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.
41. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 196 manat məbləğində dövlət rüsumu və 3000 manat məbləğində (iddiaçının tələb etdiyi məbləğ) hüquqi yardıma görə pul məbləği iddiaçı tərəfindən ödənilmişdir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, dövlət rüsumunun əvəzi qismində 196 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli FP/53 saylı müqavilə üzrə 31375,02 manat əsas borc məbləği, 784,37 manat faiz borcu, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 196 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova