Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2121/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 9.007,23 manat pul məbləğinin Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə qaytarılması, həmçinin iddia verilməsi üçün ödənilmiş 111 manat məbləğində dövlət rüsumu, 300 manat məbləğində hüquq yardım üçün və 100 manat məbləğində mediasiyaya dair xərclərin, ümumilikdə 9.518,23 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 0404 nömrəli malların təchizatı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən məhsul dəyərinin ödənilməsi Təchizatçı tərəfindən göndərmə vaxtı mövcud olan qiymətlə məhsulu aldıqdan 30 gün müddətində həyata keçirilir. Borcun təsdiqi ilə bağlı Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixli Qarşılıqlı üzləşmə Aktı tərtib edilmişdir. Həmin akta əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 10.005,08 manat borcu olduğunu öz imzası ilə təsdiq edir. Qarşılıqlı üzləşmə Aktı tərtib edildikdən və qalıq borc təsdiqləndikdən sonra tərəfinizdən 997,85 manat ödənilmiş və 9.007,23 manat qalıq borcunuz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş tərəflər arasında bağlanmış və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 0404 saylı malların təchizatı müqaviləsindən görünür ki, Təchizatçı (İddiaçı MMC) özünün idxal etdiyi müxtəlif növ malları alıcını (Cavabdeh MMC) təchiz emtəklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları yalnız ona təhvil verilən marketdə pərakəndə satışını həyata keçirməyi öhdəsinə götürür. İddia ərizəsinə əlavə olunmuş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş sentyabr 2021-ci il tarixli “Qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, cavabdehin iddiaçıya olan borcu 10.005,08 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası kimi, Mülki Məcəllənin 567 və 600.4-cü maddələri nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, sentyabr 2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC həmin aktı təsdiq etməklə 10.005,08 manat borcunun olmasını etiraf etmişdir İddiaçı qarşıqlı üzləşmə aktı tərtib edildikdən sonra cavabdeh tərəfindən 997,85 manat ödəniş edildiyini öz iddia ərizəsində bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 9.007,23 manat məbləğində pul (10.005,08-997,85) Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməldir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Mütəllimov və partnyorları” Vəkil Bürosu ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 290 (iki yüz doxsan) və əlavə 10 (on) manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Mütəllimov və partnyorları” vəkil bürosunun hesabına 1.500 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanları və iddiaçının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan 0xx.xx.2023-cü il tarixli BD15 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 100 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia ödənilmiş dövlət rüsumunun əvəzi qismində 111 manatın tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iddianın qiymətinin 9.007,23 manat olması nəzərə alındığında hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 111 manat dövlət rüsumu ödənilməli idi. Ancaq qeyd edilmiş rüsumun 100 manat hissəsi mediasiya sessiyasında ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq yalnız 11 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilən 100 manat məbləğində dövlət rüsumu artıq ödənildiyindən onun cavabdehdən tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 9.007 (doqquz min yeddi) manat 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11 (on bir) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2121/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2121/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver