Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2123/2023 19.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 16.204,78 manat məbləğində borcun cavabdeh “X6” MMC-dən (indiki adı Cavabdeh MMC) alınıb İddiaçı MMC-yə qaytarılması, həmçinin iddia verilməsi üçün ödənilmiş 139 manat məbləğində dövlət rüsumu, 300 manat məbləğində hüququ yardım üçün və 300 manat məbləğində mediasiyaya dair xərclərin, ümumilikdə 16.943,78 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X6” MMC (indiki adı Cavabdeh MMC) arasında xx.xx.2021-ci il tarixli FOO002/21 nömrəli təchizat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. Borcun təsdiqi ilə bağlı cavabdeh “X6” MMC-nin (indiki adı Cavabdeh MMC) nümayəndəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh “X6” MMC-nin (indiki adı Cavabdeh MMC) İddiaçı MMC-yə 16.204,78 manat borcu olduğunu öz imzası ilə təsdiq edir. Cavabdeh tərəfindən borcun təsdiqi ilə bağlı qarşılıqlı üzləşmə aktının tərtibindən sonra xx.xx.2022-ci il tarixində “X6” MMC-yə (indiki adı Cavabdeh MMC) xəbərdarlıq məktubu göndərilərək sözügedən aktla təsdiq edilmiş borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Göründüyü kimi, “X6” MMC (indiki adı Cavabdeh MMC) tərəfindən borcun təsdiqindən sonra 2 ilə yaxın müddət keçməsinə baxmayaraq onun tərəfindən bu borcun ödənilməsi bağlı hər hansı hərəkət edilməmişdir. İddiaçı MMC “X6” MMC (indiki adı Cavabdeh MMC) ilə aralarında razılığın əldə edilməsi üçün ona müqavilə üzrə öhdəliklərin icra edilməsi üzrə təklif göndərərək 15 gün ərzində vaxt vermişdir. Cavabdeh qeyd olunmuş müddət ərzində 16.204,78 manat borcu ödəməyindən Mediasiya Şurasına müraciət edilmişdir, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin tərəflərindən mediasiya ilə bağlı 300 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının əsası kimi yalnız üzləşmə aktı deyilən sənədi təqdim etmişdir. Həmin sənədə də diqqət yetirildiyində görünər ki, sənəd imzalanmış, lakin MMCnin möhürü yoxdur. Həmin sənədin kim tərəfindən imzalanmasından ümumiyyətlə məlumatsızdılar. Həmin sənəd bilindiyi kimi mühasib və ya direktor tərəfindən imzalanmalı və alt sənədlərə əsasən təsdiq edilməlidir. Lakin iddiaçının təqdim etdiyi sənədi kim imzalayıbsa, Top Supermarketlə əlaqəsi yoxdur. Olsa da, belə həmin şəxs mühasib və ya direktor deyil. Həmçinin möhürün olmaması həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edir. Bundan əlavə həmin sənədin əslinin də olmaması şübhə doğurur. Çünki sənəddən görünür ki, rəngli printerdən çıxarılmış sənəddir. Həmçinin satılmış malın təhviltəslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini və üzləşmə aktına Top Supermarket MMC-nin adından kimin imza etdiyini (çünki belə bir məsul şəxs MMC-də çalışmayıb) müəyyənləşdirilməsini xahiş edir. (müqavilənin 4.1.8, 4.1.9 və 4.2.2 bəndi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən, elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. əks olunması nəzərdə tutulmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yenidən yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi tərəfidən təqdim edilən təhvil təslimi aktlarını qəbul etmirlər. Belə ki, həmin aktlarda diqqət çəkən məqamlar var ki, şübhə doğurur. Belə ki, ilk növbədə qeyd edir ki, cavabdeh olaraq onların belə bir ştampları olmayıb. Ən əsası isə həmin vaxtı onların şirkətlərinin adı X3b. Necə olur ki, adları başqa ola-ola onların Top Supermarket ştampları olur. Ümumiyyətlə qanunvericiliyə əsasən də ştamp və ya möhür hazırlanması üçün ilkin olaraq həmin müəssisənin təsis sənədləri eyni adda olmalıdır. X6 xx.xx.2021-ci il tarixdə qeydiyyata alınıb. Lakin ad dəyişilikliyi, yəni Cavabdeh MMC olması xx.xx.2022-ci il tarixdə olmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənədlərdə ştamplar Cavabdeh MMC-nin adındandır. Halbuki, təqdim edilən aktlardakı dövr xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edir. Bu da onlarda belə bir möhürün olmamasını sübut edir. Həmçinin təqdim edilən aktlarda ümumiyyətlə kimlərin imza etməsi bəlli deyil. Elə aktlar da vardır ki, təhvil verən şəxs digər aktda təhvil alan kimi imza edir. Bunlardan xx.xx.2021-ci ilin 745,45 manatlıq aktını və xx.xx.2021-ci il tarixli 608,94 manatlıq aktını misal göstərmək olar. Həmin aktlarda Pərvin adlı şəxs birində təhvil verən digərində isə təhvil alan kimi çıxış edir. Digər aktlardakı imzalarında kimə məxsus olması bəlli deyil. Dİgər şübhəli məqam ondan ibarətdir ki, iddiaçının iddia etdiyi kimi və təqdim etdiyi kimi mal verilirdisə və malın dəyəri ödənilmirdisə niyə mal verilirdi. İddiaçı tərəfindən təqdim edilən təchizat müqaviləsinin 3.8-ci bəndinə əsasən verilmiş malların dəyəri 14 gün ərzində ödənilməli idi. Təqdim edilən aktlara əsasən niyə oktyabr ayında təqdim olunan malların dəyəri ödənilmədən noyabr ayında mal verilib? Ümumiyyətlə, müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. Yazıdan da görünür ki, imza Orucov adlı şəxs tərəfindən icra edilib. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdilər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 həmçinin izahatında cavabdeh şirkətlə 1 ilə yaxın əməkdaşlıq etdiklərini və təqdim edilmiş mallara görə cavabdeh şirkət tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı vermiş olduğu xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli etirazlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Vəkil2 izahatında iddianı qismən qəbul etdiklərini, qəbul etdikləri hissənin həcmi ilə bağlı məhkəməyə son iclasda məlumat verəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış “X7” MMC-nin (VÖEN: **********) hazırki adı “X6” MMC-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, (VÖEN: ********** olan) “X6” MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndədur. İddiaçı MMC ilə “X6” MMC (indiki adı Cavabdeh MMC) arasında 15 sentyabr 2021-ci il tarixli FOO002/21 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında (bundan sonra “Sifariş”) sifariş edilən malları (bundan sonra “Mal") alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və 31 dekabr 2021-ci ii tarixinədək qüvvədə qalacaqdır. 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir. 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. 3.8-ci bəndinə əsasən təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. 4.2.1-ci bəndinə əsasən təchiz edilmiş və qəbul edilmiş malın qiymətini təchizatçıya ödəmək alıcının vəzifəsidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış “X6” MMC-nin (VÖEN: **********) hazırki adı Cavabdeh MMC-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, (VÖEN: ********** olan) Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndədur. Malların təhvil-qəbul aktları ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən xx.xx.2021xx.xx.2022-ci il tarixlərində müxtəlif adda, miqdarda və qiymətlərdə olan ərzaq məhsulları (yağ, süd, un və s.) Cavabdehnə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları səlahiyyətli şəxslərin imzaları ilə yanaşı İddiaçı MMC-nin möhürü və Cavabdeh ştampı ilə də təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 16.075,21 manat məbləğində malların verilməsinə dair, o cümlədən 1.072,43 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 099593 nömrəli, 458,29 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 056953 nömrəli, 304,78 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 196796 nömrəli, 674,63 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 700724 nömrəli, 602,65 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 899462 nömrəli, 1.081,25 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 208455 nömrəli, 539,53 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 208457 nömrəli, 670,92 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 196795 nömrəli, 673,53 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 084801 nömrəli, 571,77 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 004903 nömrəli, 119,33 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 326680 nömrəli, 591,45 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 781452 nömrəli, 1.338,30 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 058418 nömrəli, 91,99 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 212139 nömrəli, 34,83 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 465937 nömrəli, 272,79 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 775395 nömrəli, 162,90 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 123147 nömrəli, 129,19 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 058039 nömrəli, 845,68 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 226264 nömrəli, 684,90 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 288681 nömrəli, 294,15 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 637640 nömrəli, 684,36 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 531123 nömrəli, 233,69 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 058059 nömrəli, 640,46 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 447108 nömrəli, 1.505,13 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 847015 nömrəli, 636,09 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 717973 nömrəli, 99,23 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 695263 nömrəli və 1.060,96 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 310638 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC ilə “X6” MMC (Top ümumi) arasında 2022-ci ilin mart tarixli üzləşdirmə aktı tərtib edilmiş və aktda “X6” MMC-nin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 16.204 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin (“X6” MMC (Top ümumi) tərəfindən Qocalı Kamran) imzası ilə təsdiq edilmişdir. X4 barəsində olan sosial arayışdan məlum olur ki, X4 2021-2022-ci illərdə Cavabdeh MMC-də satıcı və mühasib-operator vəzifələrində işləmiş və sonuncu dəfə mühasib operator vəzifəsində işləyən zaman əmək müqaviləsinə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. X1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı MMC-də audit şöbəsində nəzarətçi vəzifəsində çalışır. 10 ildir iddiaçı olan şirkətdə çalışır. T.Qulaməliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC şirkətin adıdır. “X6” MMC cavabdeh şirkətin rəsmi adı olmuş, həin şirkətin “Top Supermarketlər” adlı şəbəkəsi olmuş, ona görə də təhvil-təslim aktlarına Cavabdeh ştampı vurulmuşdur. Şirkət həm özü satırdı, həm də marketlərə malları təqdim edirdi. Mallar elektron qaimə ilə birlikdə birbaşa marketlərə təhvil verilir. Eyni zamanda təhvil-təslim aktı tərtib olunurdu. O sadəcə bir dəfə üzləşmə aktı tərtib edə bilib, çünki cavabdeh istəmirdi. Ödəniş olmayıb. Onlar malları depozit olaraq vermişdilər. Heç bir marketlər şəbəkəsi onların aktlarına möhür vurmur. Üzləşməni imzalayan şəxs ofisdə otururdu və bu səbəblə onlar onun səlahiyyətlərini təsdiq edən sənədi tələb etmədilər. Üzləşmə aktlarını öz ofislərində tərtib ediblər. Şirkətdə üzləşmə sektoru var idi. Üzləşmə aktını imzalamış Kamran müəllim ilə şəxsi tanışlığı yox idi. Aktın imzalanması üçün cavabdehə dəfələrlə müraciət etmişdi. Cavabdehə məxsus binada, qəbul şöbəsində, onları Kamran müəllimə yönəltdilər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC (əvvəlki adı ilə “X6” MMC) arasında - 15 sentyabr 2021-ci il tarixli FOO002/21 nömrəli təchizat (alqı-satqı) müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC həmin müqavilə əsasında təqdim edilmiş malların dəyərinin - 16.204,78 manat məbləğində borcun Cavabdeh MMC tərəfindən ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddiaya qarşı etirazını Cavabdeh MMC-nin İddiaçı MMC–yə 16.204 manat məbləğində borcunun olmasını təsdiq edən xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşdirmə aktına Cavabdeh MMC-nin möhürünün vurulmaması, sözügedən sənədin mühasib və ya direktor tərəfindən imzalanmalı olduğu halda sənədi imzalayan şəxsin Cavabdeh MMC ilə əlaqəsinin olmaması, olmuş olsa da belə həmin şəxsin mühasib və ya direktor işləməməsi, malların təhvil-təslim aktlarında isə Cavabdeh MMC-yə aid olmayan ştampların vurulması, həmin sənədləri imzalayan şəxslərin kimliyi barədə məlumatlarının olmaması ilə əsaslandırır. Göründüyü kimi iddia ərizəsində dəyərinin ödənilməsi tələb edilən malların iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olub-olmaması işin mübahisəli hallarını təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı malların təqdim edilməsi faktını təsdiq etmək üçün üzərində Cavabdehlərin ştamplarının vurulduğu təhvil-təslim aktlarını, elektron qaimələri, eləcə də cavabdehin iddiaçıya borcunun mövcudluğunu təsdiq edən qarşılıqlı borcların üzləşdirilməsi aktını təqdim etmişdir. Təqdim edilmiş sübutlarla bağlı məhkəmə qeyd edir ki, təhvil-təslim aktlarını cavabdeh tərəfdən imzalamış şəxslərin səlahiyyətli şəxs olması müəyyən edilməsə də, həmin aktların əksəriyyətinə Cavabdehlər şəbəkəsinin ştampları vurulmuşdur. Həmin dövrdə şirkətin adının “X6” MMC olduğu halda ştampın üzərində Cavabdeh yazılı ştamp vurulması barədə cavabdehin dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh şirkətin adı xx.xx.2022-ci il tarixdə dəyişdirilərək Cavabdeh MMC olsa da, cavabdeh şirkətə məxsus supermarketlər şəbəkəsinin 2021-ci ildən Cavabdeh adı altında fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı tərəfindən malların həmin şəbəkəyə daxil olan müxtəlif supermarketlərə təqdim edilməsi faktını nəzərə aldıqda sözügedən təhvil-təslim aktlarında “X6” MMC-nin deyil, Cavabdeh yazılı ştampların vurulduğu anlaşılandır. Qarşılıqlı üzləşmə aktına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi cavabdehin adından həmin aktı imzalamış Qocalı Kamran adlı şəxsin şirkətə aidiyyətinin olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı qarşılıqlı üzləşmə aktının təsdiq edildiyi dövrdə Qocalı Kamranın “X6” MMC-də mühasib vəzifəsində işləməsi müəyyən edilmişdir. Bununla yanaşı mübahisəli malların cavabdehə təqdim edilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimələr göndərilmiş və Cavabdeh MMC həmin qaimələrin heç birini normativ hüquqi aktda müəyyən edilmiş müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də şirkət üçün vergi öhdəliyi yaradan həmin elektron qaimələr ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamamışdır. Bundan əlavə məhkəmə həmçinin onu da qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın qəbul qismən qəbul etdiklərini, lakin hansı hissədə qəbul etdikləri barədə baxış iclasında məlumat verəcəyini qeyd etmiş, bununla da iddiaçı ilə alqı-satqı münasibətlərində olmaları, iddiaçının onlara mallar təqdim etməsi və həmin malların dəyərinin ödənilməməsi, yəni təqdim edilmiş mallara görə iddiaçıya borclarının olması (iddiaçının iddia etdiyi həcmdə olmasa belə) faktlarını faktiki olaraq təsdiq etmişdir. Digər tərəfdən cavabdeh tərəf iddiaçı tərəfindən onlara müəyyən həcmdə malların təqdim edilməsi faktını inkar etməsə də, tərəflər arasında malların təqdim edilməsinin iş materiallarına əlavə edilmiş təhvil-təslim aktları ilə deyil, fərqli formada rəsmiləşdirilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iş materiallarında olan sübutların məcmusu ilə təhvil-təslim aktlarında və elekron qaimələrdə göstərilən malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi öz təsdiqini tapır. Məhkəmə elektron qaimələrin ümumi məbləği (16.075,21 manat) ilə təhvil-təslim aktlarında qeyd olunan malların ümumi dəyəri arasında fərqin mövcudluğuna münasibətdə qeyd edir ki, İddiaçı MMC-nin həmin fərqin təhvil-təslim aktlarında göstərilmiş bəzi malların cavabdeh tərəfindən qaytarılması və elektron qaimələrdə həmin malların qaytarılmasının nəzərə alınması ilə izah etmişdir. Odur ki, məhkəmə iddiaçının təhvil-təslim aktlarında göstərilmiş malların bir hissəsinin qaytarılmasını etiraf etdiyini nəzərə alaraq iddiaçının təqdim etdiyi malların dəyərinin və belə olan halda cavabdehin borcunun elektron qaimələrin ümumi məbləğinə əsasən müəyyən edilməsini mümkün sayır. Cavabdehin həmçinin etirazında istinad etdiyi müqavilədəki imzanın direktor Qanuni nümayəndə tərəfindən deyil, “Orucov” adlı şəxs tərəfindən icra edilməsi barədə dəlilinə gəldikdə müqavilənin direktor tərəfindən imzalanmaması ehtimal edilsə belə, həmin müqaviləyə şirkətin möhürünün vurulması (həmin fakt mübahisələndirilməmişdir) və ən əsası da həmin müqavilə əsasında alqı-satqı əməliyyatlarının həyata keçirilməsi cavabdeh şirkətin səlahiyyətli şəxsinin həmin əqdi bəyənməsinə dəlalət edir. Mülki Məcəllənin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 16.075,21 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 16.075,21 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 139 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 138,61 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 139 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiymətinin 99%-ə yaxın hissəsi təmin edildiyindən məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16.075 manat əsas borc, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən ödənilmiş 139 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2123/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2123/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver