Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2129/2020 24.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, İddiaçı1 Cavabdehnə qarşı cavabdehdən “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən bu günədək ƏDV daxil 8374,09 manat əsas borc və gecikdirilmiş dəbbə faizinə görə 4940,72 manat və ödənilmiş 30 manat dövlət rüsumu, toplam olaraq 13344,81 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən bu günədək ƏDV daxil 8374,09 manat əsas borc və gecikdirilmiş dəbbə faizinə görə 4940,72 manat və ödənilmiş 30 manat dövlət rüsumu, toplam olaraq 13344,81 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. İddiaçı ərizəsində cavabdehdən 8374,09 manat məbləğində pul vəsaiti ilə yanaşı 4940,72 manat gecikdirilmiş dəbbə faizin ödənilməsini tələb etmişdir ki, bu halda tərəflər arasında mübahisənin mövcud olması istisna olunmur.Belə olan halda məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmədiyindən iddiaya kiçik iddia kimi sadələşdirilmiş qaydada baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Cavabdehnə qarşı cavabdehdən “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən bu günədək ƏDV daxil 8374,09 manat əsas borc və gecikdirilmiş dəbbə faizinə görə 4940,72 manat və ödənilmiş 30 manat dövlət rüsumu, toplam olaraq 13344,81 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə ərizəni qəbul etməkdən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2129/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2129/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver